Tramp Milli Qvardiyanı LosAncelesə GÖNDƏRİR


Dünya 08 Haz 2025 10:52:00 60 0

Tramp Milli Qvardiyanı LosAncelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyusom və Los-Anceles meri Karen Bassa cavab verib.

Son.az-nın xəbərinə görə, Donald Tramp "Truth Social"-da paylaşımında bildirib ki, əgər qubernator və mer öz vəzifələrini yerinə yetirə bilmirsə, federal hökumət müdaxilə edərək problemi həll edəcək və edir.

ABŞ Prezidenti Gavin Nyusom və Karen Bassın vəzifələrini yerinə yetirə bilmədiyini hər kəsin bildiyini də vurğulayıb. /APA