Kolumbiyada güclü zəlzələ oldu


Dünya 08 Haz 2025 18:39:00 80 0

Kolumbiyada güclü zəlzələ oldu

Kolumbiyanın mərkəzində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 17:08-də qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 km şimal-şərqdə yerləşib.