Fransa və Ermənistanın gizli BMT "əməliyyatı":


Siyasət 25 Avq 2023 13:41:00 319 0

Fransa və Ermənistanın gizli BMT "əməliyyatı":

Elçin Alıoğlu TREND  

Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizli şəkildə qapalı iclas keçirib.

İki gün əvvəl Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında adəti üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib.

Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun açıq, ədalətli müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə qoyaraq qapalı iclas təşkil edib.

BMT qaydalarına görə, bu beynəlxalq strukturda hər hasnı dövlət müzakirəldər, dinləmələr və ya debatlar təşkil edəndə mütləq şəkildə həmin regiondakı ölkələrin nümayəndələri dəvət olunur, dəvətlər paylanır.

Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın təlimatına əsasən qapalı və gizli şəkildə keçirilmiş müzakirələrə Cənubi Qafqaz bölgəsinin təmsil edən Azərbaycanla Gürcüstan təvət almayıblar.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin olayla bağlı yaydığı rəsmi açıqlamasında deyilir: "Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir.

Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır".

BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir.

Görünür, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur.

Erməni diplomatların davranışı və xüsusilə də bağlı qapılar arxasında müzakirələr təşkil edərək həmin "debat"lara qatılmaq istəyən digər, "xüsusi dəvət" almamış ölkələrin, o cümlədən Azərbaycan və Gürcüstanın diplomatlarını "qaydaları pozacaqları təqdirdə" polislə belə, hədələnmələri BMT üçün rəzalət, biabırçılıq və rüsvayçılıqdır.

Bəhs etdiyimiz olay BMT-nin Nizamnaməsinə, bu beynəlxalq təşkilatın məramlarına və prinsiplərinə tam zidd hadisə olmaqla yanaşı, Ermənistan diplomatiyasının aqressivliyi ilə yanaşı, zavallı və miskin durumda olduğunu nümayiş etdirir.

BMT Katibliyi qapalı iclasın olduğu konfrans zalının məlumat ekranında həmin tədbirinin bilavasitə Ermənistanın təşkilatçılığı ilə keçirildiyi, iclasın məsuliyyətinin də rəsmi İrəvanın daşıdığı vurğulanmışdı.

Xüsusi əlavə qeyddə isə iclasın BMT Katibliyi tərəfindən rəsmi olaraq təsdiqlənmədiyi, "Ermənistanın təşəbbüsü" olduğu bəyan edilib.

BMT rəhbərliyi sözügedən iclasın "Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olmasına yönəlmiş çoxtərəfli prosesin tərkib hissəsi olmadığını" da qeyd edib.

Amma bununla iş bitmir: Azərbaycanla Ermənistan arasınqda münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəyə ümumiyyətlə, yol verilməməli idi.

Bütün bunlarla yanaşı, Ermənistanın BMT-dəki demarşlarının və marazmatik hərəkətlərinin rəsmi İrəvanın təhəbbüsü, yaxud "diplomatik yaradıcılığı" olması ilə balı ciddi şübhələr var. Çünki BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında faktiki siyasi məğlubiyyətə düçar olan Fransa planlarını təxirə salmaq və ya ləğv etmək niyyətində deyil.

Tam əksinə - rəsmi Paris ermənilərdən faydalanaraq Cənubi Qafqazda geosiyasi təsir rıçaqlarına yiyələnmək üçün bir qədər də fəallaşmaqdadır.

Fransanın ən nüfuzlu qəzetlərindən olan Le Figaro-nun baş redaktor müavini, aşkar ermənipərəstliyi və Azərbaycana antipatiyası ilə tarnınan Jan-Kristof Büisson bildirib ki, rəsmi Paris BMT Təhlükəsizlik Şurasına müraciət edərək "Qarabağdakı 120 min erməniyə təcili və fövqalədə yardımlarla bağlı" iclas keçirilməsini, müvafiq qətnamə qəbul olunmasını tələb etməyə hazırlaşır.

Bundan başqa, Parisdə rəsmi qurumlarla yerli erməni diasporu qarabağlı ermənilər üçün humanitar yüklü maşın karvanı hazırlayırlar.

Fransa prezidenti Emmanuel Makronun yeni planının da uğursuzluğa duçar olacağı aydındır, çünki rəsmi Parisin təlimatı ilə Ermənistanın BMT TŞ-ə müraciətindən sonra keçirilmiş iclasda, məlum, Azərbaycana qarşı yönəlmiş qətnamə və ya sənəd qəbul edilmədi.

BMT TŞ-də yeni iclas keçirilərək müzakirələr aparılarsa, hətta Makronun niyyəti baş tutarsa və qətnamə qəbul edilərsə, rəsmi Bakının mövqelərində zərrə qədər dəyişiklik olan deyil.

Parisin ssenarisi və ermənilərin şəmişəki kimi, statist rolunda fəal iştirakı ilə keçiriləcək iclasda qətnamənin qəbul olunması mümkün sonuclar arasında ən mənfisidir. Lakin həmin sonuc olsa da, Azərbaycan adekvat addımlar atacaq.

BMT T Ş 1993-cü ildə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması ilə bağtıl 4 (!) qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin sənədlərin heç birini icra etmədi. Ermənistan tam 30 il BMT-nin qətnamələrini qulaqardına vurdu, kollektiv Qərb də heç nə baş verməyibmiş kimi davrandı.

Belədirsə, Azərbaycana da BMT TŞ-də Fransanın təkidi və Ermənistanın baş rolda oynaması şərtilə qəbul ediləcək hansısa sənədi rədd etməyə nə və ya kim mane ola bilər ki...

Parisdə qarabağlı ermənilərə yardım məqsədilə humanitar yüklü maşın karvanının hazırlanmasına gəldikdə isə, bu, ümumiyyətlə, siyasi məzhəkədir.

Ermənistanın Xankəndinə yollamaq istədiyi 21 ağırtonnajlı yük maşınını hələ də Həkərii çayının qarşı tərəfində, "Laçın" sərhəd postu ilə üzbəüz qaldığını, gözləntinin artıq həftələrlə davam etdiyini nəzərə alsaq, Fransadan yolda çıxacaq maşınlar da orada dayana bilər.

Fransa prezidenti Emmanuel Makron həmin əraziyə istədiyi sayda, markada və tonnajda yük maşınlarını Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinə yollaya bilər.

Nə də olmasa, orada durmuş 21 erməni TIR-ının sürücüləri darıxmazlar, bəlkə fransız dilini də öyrənə bilərlər.

Azərbaycanın icazəsi olmadan Ermənistan ərazisindən ölkəmizə nəinki ağırtonnajlı yük mahını, hətta oyuncaq avtomobil belə, daxil ola bilməz.

Emmanuel Makron istədiyi qədər ssenarilər hazırlaya bilər BMT-də qapalı və gizli iclaslar keçirilə bilər, fransız siyasətçilər ermənilərlə birlikdə dezinformasiya və propaqandanı ifrat həttə çatdıra bilərlər.

Heç nə dəyihməyəcək - Azərbaycan "qarabağlı ermənilərin humanitar fəlakəti" adı ilə bəsit məzmunlu şounu siyasiləşdirənlərə görə suverenlik, ərazi bütövlüyü prinsiplərindən geri çəkilən deyil.

Elçin Alıoğlu

Nə oldu, Kasprşik? like
  • 25 Avq 13:35  
Siyasət Nə oldu, Kasprşik?

ATƏT-in baş katibi səlahiyyətlərini icra edən Buyar Osmaninin şəxsi nüm

arrow Ətraflı
Qafanİrəvan aviareysi bu gün baş tutmayıb like
  • 25 Avq 13:33  
Digərləri Qafanİrəvan aviareysi bu gün baş tutmayıb

Ermənistan mənbələri yazır ki, İrəvandan Qafana təyyarə gəlmədiyinə

arrow Ətraflı
Burakın 10 milyonluq yeni avtomobili like
  • 25 Avq 12:58  
Şou-biznes Burakın 10 milyonluq yeni avtomobili

Türkiyəli aktyor Burak Özçivit yeni avtomobil alıb.

arrow Ətraflı
Toyda biabırçılıq  Gəlin utancından bilmədi nə etsin like
  • 25 Avq 12:25  
Digərləri Toyda biabırçılıq Gəlin utancından bilmədi nə etsin

Sosial şəbəkələrdə yayılan kadrlar maraq doğurub.

arrow Ətraflı
Cəbrayılda mina partladı like
  • 25 Avq 12:22  
Digərləri Cəbrayılda mina partladı

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi �

arrow Ətraflı
Bu, Priqojinin üsyanının növbəti mərhələsidir  Jdanov like
  • 25 Avq 12:14  
Digərləri Bu, Priqojinin üsyanının növbəti mərhələsidir Jdanov

"Vaqner" rəhbəri Yevgeni Priqojinin sağ ola biləcəyini istisna et

arrow Ətraflı
Ukrayna ordusu Krıma hücum edib, like
  • 25 Avq 12:06  
Dünya Ukrayna ordusu Krıma hücum edib,

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasın

arrow Ətraflı
Prokurorluq: Xəzərdə tikinti trestində platformada iki nəfərin ölümü araşdırılır like
  • 25 Avq 12:03  
Kriminal Prokurorluq: Xəzərdə tikinti trestində platformada iki nəfərin ölümü araşdırılır

Dünən Xəzərdə Neft Qaz Çıxarma İdarəsinin Tikinti Trestində iki nəfə

arrow Ətraflı
III ixtisas qrupu üzrə müsabiqə şərtləri açıqlandı like
  • 25 Avq 11:52  
Digərləri III ixtisas qrupu üzrə müsabiqə şərtləri açıqlandı

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etm�

arrow Ətraflı
Bu qurumlarda nöqsanlar aşkarlandı like
  • 25 Avq 11:41  
Digərləri Bu qurumlarda nöqsanlar aşkarlandı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D

arrow Ətraflı
Kamaləddin Qafarov: like
  • 25 Avq 11:40  
Siyasət Kamaləddin Qafarov:

"Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən,

arrow Ətraflı
Bu şəxslər üçün pulsuz, özəl tibb xidməti like
  • 25 Avq 11:38  
Digərləri Bu şəxslər üçün pulsuz, özəl tibb xidməti

Azərbaycan dövlət səhiyyə sistemində ilk dəfə Naxçıvan Muxtar Respubli

arrow Ətraflı
Bağlı qapılar arasında çarəsizlik  İndi də BMT platformasından like
  • 25 Avq 11:34  
Siyasət Bağlı qapılar arasında çarəsizlik İndi də BMT platformasından

Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xə

arrow Ətraflı
"Kadınım"da rol alacaqlar like
  • 25 Avq 11:32  
Şou-biznes "Kadınım"da rol alacaqlar

Türkiyəli aktyor İbrahim Çelikkolun "Kadınım" serialında tərə

arrow Ətraflı
MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan edildi like
  • 25 Avq 11:22  
Digərləri MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan edildi

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə

arrow Ətraflı