Nə oldu, Kasprşik?
Siyasət 25 Avq 2023 13:35:00 314 0
ATƏT-in baş katibi səlahiyyətlərini icra edən Buyar Osmaninin şəxsi nümayəndəsi Ancey Kasprşik Azərbaycan sərhədinə gəlib.
Bu xəbəri də oxu: Prezident Kristalina Georgiyeva ilə görüşüb FOTO
Səfərlə bağlı rəsmi məlumata görə, sən demə, A.Kaprşik "Laçın dəhlizində olmalı, mövcud vəziyyətlə bağlı məruzə hazırlamalı" imiş.
O, İrəvanda olarkən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşərək, danışıqlar aparıb.
Fotolarsa sadəcə, möhtəşəmdir.
Qəmli Kasprşik, qəmli aşotlar və yekə binokl.
Kasprşik binoklda Laçın rayonuna baxır, köks ötürür.
Halbuki bu idiot və siyasi fırıldaqçı səfərdən əvvəl "proseslərin baş verdiyi yerə yollanaraq orada nələr olduğunu müşahidə edəcək, sonra isə qarabağlı ermənilərin problemlərini həll etməyə çalışacağam".
Yəni ermənilər elə bilirdilər ki, Kasprşik gələcək, sərhədçilərimizə göz ağardacaq, barmaq silkələyəcək, sonra da ermənilərə "Haydı, ardımca, düz Xankəndinə doğru!" deyəcək.
Həftələrdən bəri sərhədin o tayında it döyən erməni sürücülər də dırmaşacaqlar kabinlərə, TIR-lar yönələcək Xankəndinə.
A.Kasprşik kədərlidir.
"Laçın dəhlizində olmaq istədim, alınmadı. Amma sərhəddəki bölgələrə baş çəkdim, situasiya ilə tanış oldum. Ümumiyyətlə, görüşlərim çox oldu. Geri dönərək buradakı vəziyyətlə bağlı məlumat verəcəyəm", - o, deyib.
Ermənistan rəhbərliyi Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan qarabağlı ermənilərin guya "humanitar fəlakət və aclıqla üzləşdiklərini" iddia edir, hətta "acından ölən qarabağlı ermənilər" olduğunu vurğulayır.
Halbuki həmin ərazilərdə aclıq və ya qıtlıq yoxdur.
"Acından ölmə"yə gəldikdə isə, qarabağlı ermənilər arasında belə hadisə olmayıb. Varsa belə, bununla bağlı faktı nə Ermənistanın müvafiq dövlət qurumları, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndindəki ofisi qeydə almayıb.
Ancey Kasprşik isə istədiyi məzmunda məruzə hazırlaya bilər.
Bir zamanlar ATƏT-in Minsk Qrupunun tərkibində o, bu cür sarsaq fəaliyyət göstərərək zəngin təcrübə toplamış, dəyəri çap olunduğu kağızdan artıq olmayan çoxsaylı məruzələr hazırlamışdı.
Elçin Alıoğlu Son.az
Ermənistan mənbələri yazır ki, İrəvandan Qafana təyyarə gəlmədiyinə
Sosial şəbəkələrdə yayılan kadrlar maraq doğurub.
Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi �
"Vaqner" rəhbəri Yevgeni Priqojinin sağ ola biləcəyini istisna et
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasın
Dünən Xəzərdə Neft Qaz Çıxarma İdarəsinin Tikinti Trestində iki nəfə
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etm�
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D
Azərbaycan dövlət səhiyyə sistemində ilk dəfə Naxçıvan Muxtar Respubli
Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xə
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə
Kapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçir