Kamaləddin Qafarov:


Siyasət 25 Avq 2023 11:40:00 333 0

Kamaləddin Qafarov:

"Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü  dövlətlərdir. Bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi, birmənalı olaraq, bütün Türk dünyasının güclənməsinə xidmət edir. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr  dövlət başçılarının səyləri nəticəsində getdikcə intensivləşir. İqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır. Bu strategiya ticari-iqtisadi sahədə ciddi inkişafa səbəb olub. Avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana etdiyi rəsmi dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir". - bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də mətbuat üçün  bəyanatlarında   ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklər üzərində formalaşdığını və ən yüksək səviyyədə qurulduğunu bir daha bəyan etdilər. Özbəkistan Prezidenti ölkələrində Azərbaycanın bütün uğurlarının hər zaman böyük fərəh və sevinc hissi ilə qarşılandığını vurğuladı.  Prezidentimiz cənab İlham Əliyev isə qardaş Özbəkistanın  məhz Şavkat Mirziyoyevin rəhbərliyi altında quruculuq yolu ilə uğurla irəlilədiyini, ölkənin inkişafı, potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, beynəlxalq məsələlərdə nüfuzunun artması istiqamətində məqsədyönlü və uğurlu siyasətin həyata keçirildiyini vurğulayaraq, qardaş Özbəkistan xalqının Prezident seçkilərində ən düzgün seçim etdiyini xüsusi qeyd etdi. Dövlətimizin başçısı Özbəkistan Prezidenti seçilməsindən sonra Şavkat Mirziyoyevin ilk dövlət səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək, bunun qardaşlığın və dostluğun bariz göstəricisi olduğunu bildirdi. Bir məqam da xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan və Özbəkistan Prezidentlərinin keçirdikləri hər bir görüş, apardıqları bütün  danışıqlar bu gün bütün dünyanı narahat edən çox ciddi çağırışlara ümumi baxışlar fonunda iki ölkənin dövlət başçılarına ortaq məxrəcə gəlməyə imkan verir. Bu isə ölkələrimizin və xalqlarımızın yaranan bütün problemli situasiyalardan minimum itkilərlə çıxmasına möhkəm zəmin yaradır."

K.Qafarov Azərbaycan ilə Özbəkistan arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayaraq  deyib: " Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçıları arasında aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektri müzakirə olunub. İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilib. Bütün sahələr üzrə, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, energetika, nəqliyyat sahələrində qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərdə münasibətlər və digər istiqamətlərdə gələcək inkişaf yolları müzakirə edilib və müəyyən olunub. Faktiki olaraq, ölkələrimiz arasında münasibətlərin gələcəyi müəyyən edilib. Yeri gəlmişkən, Azərbaycan ilə Özbəkistan arasında imzalanmış çox sayda sənədlər də bu münasibətlərin artıq tamamilə yeni və ən yüksək səviyyədə olduğunu deməyə əsas verir.  Xüsusilə Ali Dövlətlərarası Şuranın yaradılması haqqında  imzalanmış müqavilə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və gündəliyin kifayət qədər geniş olmasının göstəricisi kimi qiymətləndirilməlidir".

Bu şəxslər üçün pulsuz, özəl tibb xidməti like
  • 25 Avq 11:38  
Digərləri Bu şəxslər üçün pulsuz, özəl tibb xidməti

Azərbaycan dövlət səhiyyə sistemində ilk dəfə Naxçıvan Muxtar Respubli

arrow Ətraflı
Bağlı qapılar arasında çarəsizlik  İndi də BMT platformasından like
  • 25 Avq 11:34  
Siyasət Bağlı qapılar arasında çarəsizlik İndi də BMT platformasından

Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xə

arrow Ətraflı
"Kadınım"da rol alacaqlar like
  • 25 Avq 11:32  
Şou-biznes "Kadınım"da rol alacaqlar

Türkiyəli aktyor İbrahim Çelikkolun "Kadınım" serialında tərə

arrow Ətraflı
MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan edildi like
  • 25 Avq 11:22  
Digərləri MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan edildi

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə

arrow Ətraflı
Biznesinizi böyütmək arzunuzu Kapital Bankla gerçəkləşdirin like
  • 25 Avq 11:11  
Digərləri Biznesinizi böyütmək arzunuzu Kapital Bankla gerçəkləşdirin

Kapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçir

arrow Ətraflı
İranda KrımKonqo qızdırması virusu yayıldı: like
  • 25 Avq 11:10  
Digərləri İranda KrımKonqo qızdırması virusu yayıldı:

İranda Krım-Konqo qızdırması virusu yayılıb.

arrow Ətraflı
Paşinyan rus sülhməramlılardan xilas olmaq istəyir like
  • 25 Avq 11:00  
Siyasət Paşinyan rus sülhməramlılardan xilas olmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədə

arrow Ətraflı
Naxçıvanda daha iki vəzifəli şəxs like
  • 25 Avq 10:51  
Digərləri Naxçıvanda daha iki vəzifəli şəxs

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbə

arrow Ətraflı
Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır like
  • 25 Avq 10:50  
Digərləri Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır

Hər dəfə zəlzələ baş verən zaman ortaya çıxan suallardan biri də bina

arrow Ətraflı
Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb like
  • 25 Avq 10:40  
Digərləri Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qarabağdakı separatçılar 2 sentyabra “hazırlaşır” like
  • 25 Avq 10:29  
Siyasət Qarabağdakı separatçılar 2 sentyabra “hazırlaşır”

Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma "artsaxın müs

arrow Ətraflı
Vətən həsrəti sona çatdı like
  • 25 Avq 10:24  
Digərləri Vətən həsrəti sona çatdı

Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra do�

arrow Ətraflı
Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan like
  • 25 Avq 10:19  
Kriminal Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan

Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti

arrow Ətraflı
Zabuxda ilk gedəcəyim yer ataanamın məzarı olacaq like
  • 25 Avq 10:08  
Digərləri Zabuxda ilk gedəcəyim yer ataanamın məzarı olacaq

Zabuxdan çıxanda 37 yaşım var idi, indi 68 yaşım. 31 ildən sonra doğma k

arrow Ətraflı