Bağlı qapılar arasında çarəsizlik İndi də BMT platformasından
Siyasət 25 Avq 2023 11:34:00 375 0
Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xələl gətirən davranışlara davam edir. Təxribat xarakterli hərəkətləri ilə daim diqqət çəkən Ermənistan indi də BMT platformasından istifadə etməyə başlayıb. Açıq debatlarda Azərbaycana böthan atmağa çalışan Ermənistan nəticəsizlik ilə üzləşməmək üçün bu dəfə fərqli üsul seçib.
Bu xəbəri də oxu: Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin məlumatında bildirib ki, avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında təxribat xarakterli gizli tədbir keçirib. Hətta, onlar iclas otağının qarşısında mühafizə də qoyublar. İclasa qərəzli ekspertlər dəvət olunub, kiçik qrup ölkələri iştirak edib. Halbuki, BMT-nin divarları daxilində ictimai müzakirələr qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda açıq formatda, keçirilir. Bu barədə üzv dövlətlər tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirilir.
Erməni diplomatların seçdiyi format bu Təşkilatın məqsədləri ilə bir araya sığmır. Hətta, BMT Katibliyi konfrans zalının məlumat ekranında, xüsusi qeyddə bu tədbirin BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.
Dünya təşkilatının platformasından sui-istifadə edən Ermənistanın bu gizli tədbiri keçirməkdə məqsədinin dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək olduğu aydın məsələdir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasında açıq müzakirələr zamanı layiqli cavab aldıqdan sonra bu cür meyillərinin daha da artması təsadüf deyil. Niyyəti bəlli olan Ermənistanın Daimi Nümayəndəliyinin görünür bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi qalmır.
Bəxtiyar Umarlı Son.az
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə
Kapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçir
Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədə
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbə
Hər dəfə zəlzələ baş verən zaman ortaya çıxan suallardan biri də bina
Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli ticarət və inves
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma "artsaxın müs
Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra do�
Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti
Zabuxdan çıxanda 37 yaşım var idi, indi 68 yaşım. 31 ildən sonra doğma k
Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı efi
Britaniya mediası "Vaqner" lideri Yevgeni Priqojinin ölümünə səb