Bu qurumlarda nöqsanlar aşkarlandı
Digərləri 25 Avq 2023 11:41:00 321 0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkarlayıb.
Bu xəbəri də oxu: Niyə daim çay və ya qəhvə içmək istəyirik?
Son.az xəbər verir ki, Xidmətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qurum Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, "Azərişıq" və "Azərsu" ASC-lər, "Bakı Metropoliteni" və "Azərbaycan Hava Yolları" QSC-lərin tabeliyindəki müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğu) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirir.
"Bu zaman məcburi metroloji və texniki tələblərə uyğun olmayan, o cümlədən, yoxlamadan keçirilməmiş və tipi təsdiq olunmamış ölçmə vasitələrinin istifadə olunması halları aşkarlanıb. Nöqsanların aradan qaldırılması məqsədilə Dövlət Xidməti sözügedən qurumlara müraciət ünvanlayıb.
"Azərişıq", "Azərsu" və "Azərbaycan Hava Yolları" çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə əsasən tədbirlər görüb və nəticələri barədə Dövlət Xidmətinə məlumat verib. Digər qurumlar isə nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsini davam etdirir", - məlumatda deyilir.
Xatırladaq ki, yoxlamaya ümumilikdə 11 mindən çox ölçmə vasitəsi cəlb olunub. O cümlədən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516, "Azərişığ"ın tabeliyində olan 2 müəssisədə 12, "Azərsu"yun tabeliyində olan 7 müəssisədə 259, "Azərbaycan Hava Yolları"nın tabeliyində olan 5 müəssisədə 165, "Azərbaycan Dəmir Yolları"nın tabeliyində olan 59 müəssisədə 3 481, "Bakı Metropoliteni"ndə isə 6 713 ölçmə vasitəsi yoxlamadan keçirilib.
Son.az
Azərbaycan dövlət səhiyyə sistemində ilk dəfə Naxçıvan Muxtar Respubli
Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xə
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə
Kapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçir
Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədə
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbə
Hər dəfə zəlzələ baş verən zaman ortaya çıxan suallardan biri də bina
Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli ticarət və inves
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma "artsaxın müs
Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra do�
Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti