Xankəndidəki bu şəxslə bağlı
Siyasət 22 Avq 2023 10:48:00 292 0
Xankəndi sakininin "Telegram"da müraciəti ilə bağlı cinayət işi başlanıb.
Bu xəbəri də oxu: Ruben Vardanyan barəsində cinayət işi məhkəməyə göndərilib
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil "Artsax Respublikası" kimi adlandırması, ərazimizdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan "Yerli özünü müdafiə qüvvələri" adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.
Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlz�
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 2 181 gəmi qə
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edil
Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind�
İş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun fə
Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük ma
Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahl�
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-
Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b