Ermənilərin suiqəsd çağırışı:
Siyasət 22 Avq 2023 09:51:00 357 0
Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini və diplomatlarını hədəf alan çağırışlarının arxasında siyasi qruplar dayanır. Onlar ASALA və digər terrorçu qruplardır ki, erməni diasporunun himayəçiliyi ilə müxtəlif ölkələrdə fəaliyyət göstəriblər və indi də göstərirlər.
Bu xəbəri də oxu: Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edəcək RƏSMİ
Son.az bildirir ki, bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə ermənilərin sosial şəbəkələrdəki çağırışlara münasibət bildirərkən deyib.
Erməni diasporu tərəfindən formalaşdırılan terrorçu qrupların hazırda gizli şəkildə fəaliyyət göstərdiyini deyən politoloq bildirib ki, sosial şəbəkələrdə müzakirə olunan sui-qəsd çağırışlarına ciddi yanaşmaq lazımdır:
"Erməni diasporu tərəfindən mütəşəkkil surətdə təşkil olunmuş müəyyən qruplar var. Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Sadəcə olaraq, latent şəkildədir və fəaliyyətləri bir o qədər də gözə çarpmır. Bu bizə məlumdur. O təşkilatlar hamısı məxfi və qeyri-qanunidir. Onlar lazımi vaxtda, müəyyən siqnaldan sonra hərəkətə keçə bilərlər. Sosial şəbəkələrdə yayılan hədə-qorxular ondan xəbər verir ki, qruplar aktivləşir. Bu da müəyyən təhlükə törədir. Bu ilin əvvəllərində Fransada yerləşən diplomatik nümayəndəliyə olan hücumda, müxtəlif dövrlərdə Azərbaycanın ictimai-siyasi şəxslərinə qarşı aksiyalarda, xaricdə yaşayan vətəndaşlara qarşı törədilən xəsarətlərdə bu cür destruktiv qüvvələrin əli olub".
O, erməni qrupların həyata keçirdiyi cinayət əməllərinə qarşı sərt reaksiya verilmədiyini bildirib:
"Bununla bağlı araşdırmalar aparılıb, cinayət işi qaldırılıb. Təəssüflər olsun ki, təsirli reaksiya yoxdur. Odur ki, biz diqqətli olmalıyıq. Vətəndaşlarımız ayıq-sayıq davranmalıdır. Təhlükəsizlik işləri aparılmalıdır ki, bizim diplomatik nümayəndələrimizə və xaricdə yaşayan soydaşlarımıza qarşı cinayətlər törədilməsin".
Qeyd edək ki, son günlər ermənilərin sosial mediada azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışları ciddi narahatlıq yaradıb. Bununla bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili bəyanat yayıb. Bildirib ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətə yol açan siyasətindən əl çəkməli, həmçinin, aidiyyəti beynəlxalq təşkilatlar insan hüquqlarına zidd olan bu əməllərin qarşısının alınması üçün zəruri tədbirləri görməlidirlər.
Son.az
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b
Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludl
Avqustun 22-də saat 08 radələrində Bakının Nərimanov rayonunun Rövşən
Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrin
"BMT Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kipr Türk Respubl
Adolf Hitlerin Avstriyadakı evi polis idarəsinə çevriləcək.
Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstandan Ukraynanın Qara dənizdək
Türkiyə hökuməti İstanbulun təxminən 1,5 milyona yaxın sakinini zəlzəl