İcarəyə götürdüyü texnikaları satana ağır cəza
Kriminal 22 Avq 2023 10:08:00 371 0
Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük maşınlarını dələduzluq yolu ilə ələ keçirərək metal qırıntısı kimi satmaqda ittiham edilib.
Bu xəbəri də oxu: 143 milyonluq yeyinti ittihamı ilə mühakimə olunan general barədə
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İttihama görə, təqsirləndirilən şəxs və atası Xətai rayonunda yerləşən yük maşınlarının icarəsi və lizinqi ilə məşğul olan şirkətdə işləyiblər. Şirkət özünə məxsus müxtəlif kran, ekskovator və digər texnikaları icarəyə və lizinqə verir. V.İsmayılov maddi vəziyyəti yaxşı olmadığı üçün şirkətdən 1 ədəd qaldırıcı kran və 1 ədəd ekskavator icarəyə götürüb.
O, 110 min manatlıq (80 min manat eskavator, 30 min manat kıran) həmin texnikaları Goranboy rayonuna aparıb, metal qırıntısı kimi 27 min manata satıb.
V.İsmayılov başqa bir şirkətdən eyni metodla 5 min 500 manat dəyərində MAZ markalı su maşınını icarəyə götürmək adı ilə ələ keçirərək metal kimi 5 min manata satıb. O, əldə etdiyi pulları şəxsi mənafeyinə sərf edib.
Cinayət işi üzrə ümumilikdə dəymiş ziyan 115 min manat hesablanıb.
Təqsirləndirilən şəxs barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, ziyanı ödəməsinə şərait yaradılıb. V.ismayılov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.
Bu günlərdə iş üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən Vasif İsmayılov külli miqdarda dələduzluqda təqsirli bilinərək 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında həbs edilib.
Son.az
Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahl�
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-
Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b
Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludl
Avqustun 22-də saat 08 radələrində Bakının Nərimanov rayonunun Rövşən
Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrin
"BMT Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kipr Türk Respubl
Adolf Hitlerin Avstriyadakı evi polis idarəsinə çevriləcək.