143 milyonluq yeyinti ittihamı ilə mühakimə olunan general barədə
Kriminal 15 Noy 2024 19:50:00 64 0
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu gün tamamlanıb.
Bu xəbəri də oxu: Gülnarə Xəlilova Ankarada "Əhməd Cavad" medalı ilə təltif olunub
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bu iş üzrə dövlətə dəymiş ziyandan nə qədər ödənildiyi elan edilib.
DTX-nin məktubunda qeyd edilib ki, Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidən bütün təqsirləndirilən şəxslər tərəfindən cəmi 38 milyon 664 min manat ödənilib.
Bunun 12 milyon 203 min manatını Nizami Məmmədov, 110 min manatı Cəlal Kazımov, 101 min manatı isə Vüsal Əlizadə tərəfindən ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.
Buraya həm ibtidai, həm də məhkəmə istintaqı vaxtı qaytarılan pullar daxilir. Məsələn, general Məmmədov 12 milyon 203 mini ibtidai istintaq vaxtı qaytarmışdı.
Amma generalın vəkili deyir ki, müvəkkilinin rəisi işlədiyi Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov onun adından 210 min manat ödəniş edib. Amma həmin məbləğ qeydə alınmayıb.
Fikrət Əliyevin sədrlik etdiyi hakimlər vəkilin etirazına münasibət bildirməyib.
Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Amma o, çıxış etmək üçün vaxt istəyib.
Dövlət ittihamçının israrından sonra çıxışlar mərhələsi 1 həftəlik təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin sabiq rəisləri - polkovniklər - Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Aparıcı Kamilə Babayeva qızı Natella ilə birlikdə istirahətindən görü
Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Na
İş həyatında bürclərin rolu çox böyükdür.
Noyabrın 16-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Paytaxtda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndiril
Müğənni Ofeliya Şabanova maraqlı açıqlama verib.
Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.
Avstraliyada dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer vəfat edib
Bir müddət əvvəl Bakıda rüşvətə görə həbs edilmiş F.İsmayılovun a
Ağ düyü, tez-tez istifadə olunan bir qida olsa da, mütəxəssislər onun h�
Bakıda və Abşeron yarımadasında noyabrın 17-si günün birinci yarısında
Rusiya prezidenti Vladimir Putinə ölkə vətəndaşlarının 78,8 faizi etimad