Anar: “Özümü “Ötən ilin son gecəsi”ndəki "Həmidə" kimi hiss edirəm"


Kriminal 31 Dek 2024 22:23:00 126 0

Anar: “Özümü “Ötən ilin son gecəsi”ndəki "Həmidə" kimi hiss edirəm"

Hər il dekabrın 31-i televiziya kanallarında yayımlanan "Ötən ilin son gecəsi" filminin mətn müəllifi ilə bayram ərəfəsində söhbətləşmək elə filmin çəkildiyi illərə səyahət etmək deməkdir. Ötən əsrin ab-havasını hiss etmək üçün "90lar cafe"də dediyimiz vaxtda vədələşdik və bir neçə saatlıq zamanın fövqündə olmağı bacardıq...

Bu xəbəri də oxu: Rövşən Mehdiyev həbsdə qaldı

Xalq yazıçısı Anarın APA-ya "Ötən ilin son gecəsi" müsahibəsi

- Anar müəllim, siz yaşda adamların növbəti ildən umacağı olur?

- Umacağı təkcə həmin ilə çıxmaq olur, yəni bir il də yaşamaq istəyir.

- 2025-dən başqa nələr gözləyirsiniz?

- Vaxt umuram. Həmişə deyirəm ki, ölümdən qorxmuram. Hamı gec-tez öləcək. Allah lütf edib ki, bu yaşa çatmışam. Yəqin, Allah belə lazım bilib. Təəssüf ki, dostlarımın çoxu vaxtsız getdi həyatdan. Bircə ondan qorxuram ki, əcəl qəfil gələr, natamam qalan bəzi işlərimi tamamlaya bilmərəm.

- Hansı işlərdi onlar?

- Beynimdə, ürəyimdə beş-altı kitab var ki, onları yazıb bitirmək istəyirəm.

- Məsələn?

- Müxtəlifdi... Aralarında bioqrafik kitablar da var. Bəziləri, demək olar, hazırdı... Gülməli də olsa, deyəcəm. "Keçən keçdi, olan oldu" adlı ailəmizin bioqrafiyasını əhatə edən kitab yazıram, bu kitabın anonsunu isə, XX əsrdə vermişdim... Bir ay lazımdı ki, tamamlayım. Çox güman, 25-ci ildə hazır olacaq.

- Digər kitablar nə barədədir?

- Dediyim kimi beş kitab hazırlayıram, hərəsi bir janrdadır. Biri povestdir, biri memuardır, biri esselərdi. Bir kitab da artıq nəşriyyatdadır. İki ailədə dörd Xalq şairi, üç Xalq yazıçısı. Səməd Vurğunla Rəsul Rzanın ailəsində dörd Xalq şairi var: Rəsul Rza, Nigar Rəfibəyli, Səməd Vurğun, Vaqif Səmədoğlu. Üç Xalq yazıçısı var: Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu və mən. Kitab bu barədədir.

- Ən yaddaqalan Yeni il axşamınız nə vaxt olub? Həmin Yeni ili yaddaqalan edən hadisələri xatırlayırsızmı?

- Hadisələr çox olub. Atam-anam sağ olanda Yeni il gecələrini onlarla birgə qeyd edirdim. Sonra ayrı yaşayası oldum, həmişə bayramı onlarla qeyd edə bilmədim. Buna görə təəssüflənirəm. Yeni ilə bir gün qalmış ailəmizin həyatında kədərli hadisə baş verdi, dekabrın 31-də qayınatam rəhmətə getdi. Anam deyirdi ki, bundan sonra siz Yeni ili kədərqarışıq hisslərlə qarşılayacaqsınız. O gündən çox illər keçməsinə baxmayaraq, hər il dekabrın 31-i onun məzarını ziyarət edirik.

- Atalı-analı bayramaxşamılarından yadınızda nə qalıb?

- Atamın bir sözünü xatırlayıram. Yeni ilin gəlişindən beş dəqiqə keçəndən sonra deyirdi: "Ay aman, artıq yeni ildən də beş dəqiqə keçdi". Bir arzusu da var idi; deyirdi, bir gün də olsa, XXI əsrdə yaşayım. Qismət olmadı...

- Siz iki əsr gördünüz...

- Bəli.

- XXII əsri görməyi arzulamırsınız?

- Yox, daha ona qalmaram...

- Yeni ili xaricdə qarşılamısınız?

- Bəli, Moskvada.

- Necə xatırlayırsınız?

- Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, bir neçə moskvalı dostumla birgə qarşılamışdıq Yeni ili. Elə adi, sadə masa arxasında...

- Həyat yoldaşınız Zemfira xanımın səhhətində yaranan problemlərə çox həssas yanaşırsınız. Hətta xaricdə olanda apteklərdən şəxsən özünüz dərman axtarırsınız...

- Bu xüsusi həssaslıq deyil, məncə, çox normal haldı. Elə belə də olmalıdır... Məsələn, Türkiyədən apteklərdən hansısa dərmanı axtarmağım çox adi haldır. Birinci dəfə bu söhbət Nəbi Xəzri ilə Türkiyədə səfərdəykən olub. Aptekdən Zemfira xanım üçün bir dərman axtarırdım. Nəbi müəllim buna çox təəccüblənmişdi. Niyə təəccüblənmişdi? İndi də bilmirəm. Ötən il sizinlə səfərdə olanda da eyni hal baş verdi, hətta Ulucay Akif bunu yazmışdı... Ailəmdi, ömür-gün yoldaşımdı, həyatımı onunla keçirmişəm. Yeddi yaşından tanıyıram onu...

- Yazıçılar məişət qayğılarından uzaqda dayanmağa çalışırlar. Amma elə hal yaşanır, istəsən də, istəməsən də, məişət gəlib yaxandan ikiəlli yapışır. Maraqlıdır, yazı-pozu əhlinin də övladları yerbəyer etmək kimi nigaranlığı var, ya onlar bu məsələyə bir az soyuq yanaşır?

- Valideynlik hissi peşəyə baxmır. Yazıçı da eynilə övladlarından ötrü nigaran olur. Özü də qəribədir, sən hamının qeydinə qala bilərsən, amma öz balanın qeydinə qalanda deyirlər ki, niyə sən ona xüsusi yanaşırsan?.. Bilirsən ki, oğlum da, qızım da yazır. Hər cür çalışıram ki, Yazıçılar Birliyi vasitəsilə onlar heç bir imtiyazdan yararlanmasın. Nə təqaüd, nə hansısa təltif, nə çap olunmaq, heç nə... Nə edirlərsə, öz güclərinə edirlər. Bu halda belə söz qoşurlar ki, Anar öz balalarına təqaüd verir. Görün, nəsə etsəydim, nələr danışardılar?! Onda da deyəcəkdilər ki, Anar Yazıçılar Birliyinin binasını balalarına bağışlayıb.

- Təsadüfən, bu gün Yusif Səmədoğlunun doğulduğu gündür...

- Həyatda rast gəldiyim ən işıqlı, təmiz adamlardan biri Yusif idi. Çox istedadlı yazıçı, incə qəlbli, zövqlü insan idi. Daim onun yeri görünür. Həm də çox həssas idi. Hansısa səbəblərdən ovqatım olmayanda Yusifin xüsusi qayğısını hiss edirdim... 93-cü ildə yeddi ay Türkiyədə dərs dedim. Getməmişdən əvvəl Yazıçılar Birliyində plenum çağırıldı və Yusif birliyin birinci katibi seçildi. O vaxtlar Yusifin ölkə rəhbərliyi ilə münasibətləri yaxşı idi və ona çox hörmət edirdilər. Başqası olsaydı, mənim Azərbaycanda olmamağımdan istifadə edib plenum çağırardı və Yazıçılar Birliyinin sədri olardı. Buna nə hökumət, nə də yazıçılar etiraz edərdi. Sözün açığı, mən də razı olardım. Amma Yusif bunu etmədi. Çünki dostluq, etibar onun üçün vəzifədən üstün idi. Qəzetlər mənim ölkədən birdəfəlik getməyim barədə yazanda Yusif təkzib yazırdı ki, Anar müvəqqəti gedib. Bunu çox az adam edə bilərdi. Həmin az adamlardan biri də Yusif idi.

- Altmışıncılar nəsrindən üçünüz qalmısınız: Əkrəm Əylisli, Elçin Əfəndiyev və siz. Hərdən elə bilirəm, gizlin hardasa görüşürsünüz. Bu, həqiqət olmasa belə, maraqlı yalandı...

- Elçinlə ayda bir dəfə, iki dəfə gizlin yox, aşkar görüşürük. Ya mən zəng edirəm, ya o zəng edir. Əkrəmlə görüşmürük.

- Əkrəm Əylislini görmək istəyirsiniz?

- Açığı, yox. Çünki mən ondan çox incimişəm. Atam haqqında, mənim haqqımda bütün yazdıqlarına baxmayaraq, vaxtilə "Komsomolski pravda" qəzetində onun haqqında məqalə yazdım. Moskvada Əkrəm barədə çıxan ilk yazı idi. Əkrəm deyir, Anar bu yazını da sifarişlə yazıb. Halbuki öz təşəbbüsümlə yazmışam. "Daş yuxular" haqq-hesabından sonra o təklənməsin deyə, həmin məqaləni Azərbaycan dilinə çevirib "Azərbaycan" jurnalında çap etdirdim. "Daş yuxular"dan sonra Azərbaycan mətbuatında ilk dəfə idi ki, Əkrəm haqqında müsbət yazı gedirdi. Dedim, Əkrəm nəcabət göstərər, zəng edib deyər ki, sağ ol, hamı məni pisikdirdiyi vaxtda sən belə addım atmısan. Olmadı, gördüm düzələn deyil...

- Bu yaxınlarda Əkrəm müəllim "Tənha çinarın nağılı" adlı yazı yazdı...

- Mənə göstərdilər, yarısı yalan idi. Dedilər, cavab yaz, dedim, lazım deyil.

- Yazır ki, 87-ci ildə "Karvansara" restoranında görüşmüsünüz, Yazıçılar İttifaqının katibi vəzifəsini təklif etmisiniz. Əvvəl, razı olmayıb, siz kövrəlmisiniz, sonra razılaşıb...

- Əşi, nə kövrəlmək?! Boş sözdü. Görüşdük, əvvəlcə, qəbul etmədi təklifimi, sonra razılaşdı. Bilirsən, niyə ondan inciyirəm? Çox şeyi uydurur. O Yazıçılar İttifaqının üzvlüyündən istefa ərizəsində yazıb ki, xahiş edirəm, məni üzvlükdən azad edəsiniz. İndi deyir, guya, o vaxt ərizədə yazıb ki, getdikcə daha çox iylənməkdə olan və iyləndikcə daha çox üfunət saçan bir təşkilatın üzvü olmağın... nə bilim nə... O ərizə məndə qalır və belə sözlər orda yoxdu. Bax bunu niyə yalan deyirsən, ay Əkrəm?

- Sadiqlik məsələsini əsas tutursunuz...

- Bəli.

- Həmin sadiq adamlardan biri sürücünüz Seyran kişi idi. Bir neçə həftə əvvəl vəfat etdi...

- O bizim ailə üzvümüz kimi idi. Sonuncu gün hansısa tədbirdən gəldik. Həmişə məni liftə qədər ötürürdü. Bu dəfə də liftin önünə qədər gəldi. Dedim, Seyran, daha get, birinci gün gələrsən. Dedi, yox, gözləyəcəm, lift qalxsın, sonra gedəcəm. Sonuncu qayğısı bu oldu. Getdi, bazar ertəsi gəlməli idi. İki gün sonra zəng gəldi ki, Seyran dünyadan köçüb. Elə bildim, göy guruldadı. Heç gözləməzdim... Bəziləri deyirdi ki, gözləri zəifdir, qəza törədə bilər. Deyirdim, yox, nə qədər işləyə biləcək, mən hər yerə onunla gedəcəm... Yeri çox görünür...

- "Ötən ilin son gecəsi" pyesinizdə Yeni il axşamı tənha qalan Həmidə obrazı var. Övladları hərəsi bir yerdə təzə ili qarşılayır, ana isə tənha qalır, mərhum həyat yoldaşının səs yazısını dinləyir. Günü-gündən seyrələn ətrafınızın fonunda nə vaxtsa özünüzü Həmidənin situasiyasında hiss etmisiniz?

- Daim özümü Həmidənin situasiyasında hiss edirəm. Bəzən həmsöhbət tapmıram. Elə söhbətlər var ki, onları ancaq öz yaşıdlarımla, həyat yolumuz bir olan, eyni problemlərlə üzləşdiyim adamlarla edə bilərdim. Onların çoxu qalmayıb, bir-iki nəfər var.

- "Ötən ilin son gecəsi" pyesiniz yeni il ab-havası kontekstində yazılıb deyə bir neçə dəfə rejissorların müraciət etdiyi əsər olub...

- Moskva televiziyası iki dəfə "Ötən ilin son gecəsi"ni səhnələşdirmişdi. Birincini televiziyadan izləmişdim, bəyənməmişdim. Çünki Həmidə xanım obrazını canlandıran aktrisa yüngülvari oynayırdı rolu. Təxminən, üç-dörd ay sonra ikinci teletamaşanı çəkdilər. O isə çox ürəyimcə oldu. Tamaşa nümayiş ediləndən sonra Ləmbəranski mənə teleqram vurdu, məmnuniyyətini bildirdi. Sonra "Ötən ilin son gecəsi" radio tamaşasını hazırladılar. Həmidə xanım obrazını Ramiz Həsənoğlunun anası Ətayə Əliyeva ifa edirdi. Sonra əsər Gənc Tamaşaçılar Teatrında səhnələşdirildi, baş rolu Firəngiz Şərifova oynayırdı. Ondan bir neçə il sonra Azərpaşa Nemətovun quruluşunda pyesin rus dilində olan variantı səhnəyə qoyuldu, elə həmin tamaşada da Firəngiz Şərifova Həmidə xanım obrazını canlandırırdı. Bir müddət sonra - 1978-ci ildə Ramiz Həsənoğlu "Ötən ilin son gecəsi" teletamaşasını çəkdi, Zərnigar Ağakişiyeva baş rolda idi. Nəhayət, 1983-cü ildə Gülbəniz Əzimzadənin rejissorluğu ilə eyniadlı film çəkildi. Həmin filmdə də Həmidə xanım obrazını Elmira Şabanova canlandırırdı.

- Hansı versiyanı daha çox bəyənmisiniz?

- Moskvada çəkilmiş ilk versiyadan başqa, hamısını bəyənmişəm. Hərəsinin öz məziyyəti var... SSRİ xarici işlər naziri Qromıko 83-də çəkilən filmi izləyəndə televiziyanın sədrinə zəng edib ki, uşaqlar evə qayıdacaqlar, ya yox? Sədr deyib, qayıdacaqlar... Əslində, istəmirdim film o cür bitsin. Məcbur olub dəyişdik.

- Finalı hansı səbəblə dəyişdilər?

- Hər şeyə müdaxilə edirdilər. İndi Rusiyanın filmlərinə baxıram, gülmək tutur məni. Filmlərində hamı içir. O vaxt filmdə stolun üzərində bir rumka belə ola bilməzdi. Qəribə şeylər var idi... Tələbləri belə idi ki, gərək, hər şey nikbin sonluqla bitsin. Dedilər, ya çəkiləcək, ya da çəkilməyəcək. Məcbur qaldım... Sənətə də çox xəyanət etməməyə çalışdıq, nisbətən, bədii final tapdıq.

- Anar müəllim, vəsiyyət eləmisiniz?

- "Yaşamaq haqqı" kitabım mənim vəsiyyətimdir. Onun əvvəlində yazmışam ki, ölməyə tələsmirəm, amma vəsiyyət adama yüngüllük gətirir. Bu kitab xalqıma vəsiyyətimdir.

- Onu iki-üç kəlməyə sığışdıra bilərik?

- Mümkün deyil... İstərəm, o kitabı bütün azərbaycanlılar oxusun. İstərəm, cavan yazıçılar o kitabı oxusun. "Anar nə yazıb ki?" deyənlər də "Yaşamaq haqqı"nı oxusun. Eybi yox, oxusun, ondan sonra desin, Anar nə yazıb ki?.. Bilirəm, elə adamlar var ki, mən nə yazsam, deyəcəklər pisdir...

- Bu müsahibə dekabrın 31-i axşam yayımlanacaq. 2025-ci ilin ilk günü söhbətimizi oxuyanlar bu müsahibəni ötən ilin son gecəsinin söhbəti, yaxud ötən ilin son söhbəti kimi səciyyələndirəcəklər. Elə hesab edək ki, ekran qarşısındasınız, bu bayramaxşamı ürək sözlərinizi xalqımızla bölüşün...

- Bütün insanlara xoşbəxtlik, rifah arzulayıram. Nə edim, necə edim deməsinlər. Ailə başçıları ailələrini dolandıra bilsinlər, balalarını böyüdə bilsinlər. Müharibə olmasın, ölüm-itim olmasın. İnsanların fərəhli günləri daha çox olsun. Rusiya-Ukrayna müharibəsi də bitsin...

Söhbəti yekunlaşdıran kimi saatına baxdı. Harasa tələsib-tələsmədiyini xəbər aldım. Dedi, Vaqif Səmədoğlu haqqında sənədli film çəkiblər, onun premyerasına getməliyəm. 86 yaşlı Xalq yazıçısının tələsik hazırlaşıb qapıdan çıxdığını, əli ilə dümağ saçlarını səliqəyə salıb zil qara maşına əyləşdiyini, maşının dar küçələrdən keçib gözdən itdiyini seyr edəndə bu prosesi lentə almadığıma görə təəssüfləndim... Son.az

Üç ölkə Gürcüstan rəsmiləri üçün vizasız gedişgəlişi ləğv edəcək like
  • 31 Dek 22:11  
Digərləri Üç ölkə Gürcüstan rəsmiləri üçün vizasız gedişgəlişi ləğv edəcək

Fransa, Almaniya və Polşa hökumətləri Gürcüstanın diplomatik və xidmət

arrow Ətraflı
Dekabrın 31də sevdiklərinizə deməməli olduğunuz 3 İFADƏ like
  • 31 Dek 22:01  
Digərləri Dekabrın 31də sevdiklərinizə deməməli olduğunuz 3 İFADƏ

Bir çoxları, ünsiyyət mütəxəssislərinin qeyd etdiyi kimi, isti və boş

arrow Ətraflı
Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir! like
  • 31 Dek 21:47  
Digərləri Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Vaxtilə Ermənistan Rusiyanın istəyi ilə Bəşər Əsəd rejiminə dəstək

arrow Ətraflı
Azərbaycanda azyaşlı fişəngin partlaması nəticəsində yaralandı  vəziyyəti ağırdır like
  • 31 Dek 21:37  
Digərləri Azərbaycanda azyaşlı fişəngin partlaması nəticəsində yaralandı vəziyyəti ağırdır

21:37 İsmayıllıda pirotexniki vasitənin partlaması nəticəsində 2 nəf

arrow Ətraflı
Puerto Rikonun 90%i işıqsız qaldı like
  • 31 Dek 21:31  
Dünya Puerto Rikonun 90%i işıqsız qaldı

Puerto Rikonun enerji şəbəkəsindəki ciddi nasazlıq genişmiqyaslı elektri

arrow Ətraflı
"Bakıya gələn kimi şikayət edəcəyəm: 100150 manat göndərin" like
  • 31 Dek 21:20  
Şou-biznes "Bakıya gələn kimi şikayət edəcəyəm: 100150 manat göndərin"

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) adından dələduzluq edilib.

arrow Ətraflı
Yeni il süfrəsinin zərərli məhsulları: Uzaq durun like
  • 31 Dek 21:04  
Digərləri Yeni il süfrəsinin zərərli məhsulları: Uzaq durun

Yeni il süfrəsində mütləq zərərli məhsullar arasında spirtin adını ç

arrow Ətraflı
Gürcüstanda Şaxta baba patentləşdirildi like
  • 31 Dek 20:49  
Digərləri Gürcüstanda Şaxta baba patentləşdirildi

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi Şaxta babanı intellektual mü

arrow Ətraflı
Axır ki, yaralanan xanımını gördü  Göz yaşlarını saxlaya bilmədi like
  • 31 Dek 20:37  
Digərləri Axır ki, yaralanan xanımını gördü Göz yaşlarını saxlaya bilmədi

Aktau yaxınlığında təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat

arrow Ətraflı
Cəmiyyəti bayağılığa sürükləyən platforma like
  • 31 Dek 20:32  
Digərləri Cəmiyyəti bayağılığa sürükləyən platforma

Son günlər "TikTok" sosial şəbəkəsində baş verənlər narahatl

arrow Ətraflı
“Embraer 190” təyyarəsi neçə milyondur ? like
  • 31 Dek 20:07  
Digərləri “Embraer 190” təyyarəsi neçə milyondur ?

Mülki aviasiya tarixində ən böyük təzminatı Liviyanın o vaxtkı lideri M

arrow Ətraflı
Təbii qaz rekord həddə bahalaşdı like
  • 31 Dek 19:58  
Digərləri Təbii qaz rekord həddə bahalaşdı

Təbii qaz rekord həddə bahalaşıb.

arrow Ətraflı
Afaq bu tarixdə efirə qayıdır like
  • 31 Dek 19:47  
Şou-biznes Afaq bu tarixdə efirə qayıdır

Aparıcı Afaq Gəncəlinin "Afaqla ONLAR" verilişinin yayım tarixi

arrow Ətraflı
Qılınc, Saniyə, Dua...  Azərbaycan uşağa qoyulan nadir adlar like
  • 31 Dek 19:38  
Digərləri Qılınc, Saniyə, Dua... Azərbaycan uşağa qoyulan nadir adlar

2024-cü ildə Azərbaycanda uşaqlara verilən bir sıra nadir adlar məlum olu

arrow Ətraflı
Gəncədə 49 yaşlı kişi bıçaqlandı like
  • 31 Dek 19:27  
Kriminal Gəncədə 49 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı