Mənsimovun gizlinləri üzə çıxır: “Palmali” rəhbərinin Azərbaycan əleyhinə fəaliyyəti haqda
Siyasət 22 Avq 2023 10:13:00 317 0
İş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun fəaliyyətində qaranlıq məqamlar zaman keçdikcə üzə çıxır. İctimaiyyət getdikcə anlayır ki, heç də hər şey təqdim edildiyi kimi vətənpərvərlikdən və humanizmdən irəli gəlmir. Ortada tamam başqa məqsədlər, niyyətlər var.
Bu xəbəri də oxu: Azərbaycan Ermənistan arasında sülh prosesinin irəlilədilməsi regiondakı siyasətimizin əsas istiqamətlərindən biridir XİN
Əldə olunan milyonların, milyardların cüzi hissəsi tələbələrin təhsilinə, ayrı-ayrı insanların sosial problemlərinin həllinə, xeyriyyəçilik məsələlərinə yönəldilir. Bu fəaliyyətin PR-ı aparılır. İctimai rəy manipulyasiya edilir. Nəticədə hətta qatı cinayətkar belə insanların gözündə qəhrəmana çevrilir. Ancaq bu işlərin alt qatında o qədər çirkli, eybəcər məqamlar var ki, normalda, onların açıqlanması istənilən mesenatı bitirə bilər.
Globalinfo.az saytı Mübariz Mənsimovun öz personası və fəaliyyəti ətrafında qurduğu PR (piar) mexanizmi barədə bilgilərini bölüşür. Əvvəlcədən deyək ki, bu fəaliyyət "Palmali" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsindən - Fazil Qasımovdan uzanan xətdir. Bu xətt Azərbaycan müxalifətinin bəzi qanadına, bir sıra jurnalistlərə, xaricdə yaşayan radikallara, Türkiyədəki iş adamlarına, rəsmi şəxslərə, media mənsublarına, Avropadakı ermənilərə və onların işbirliyində olduğu qruplara kimi gedib çıxıb. Mübariz Mənsimovdan gələn tapşırıqların icrasını isə birbaşa şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Fazil Qasımov həyata keçirib.
Xatırladaq ki, Fazil Qasımov bu il avqust 8-də Türkiyədə həbs edilərək Bakıya gətirilib. Onun həbsinin FETÖ şəbəkəsi ilə bağlı olduğu deyilir.
Fazil Qasımov və Erekan Erkut
Fazil Qasımovun Mübariz Mənsimovla tanışlığının tarixçəsi birincinin Özyegin Universitetində təhsil aldığı dövrə təsadüf edir. Universitetin rektoru Erekan Erkut vasitəsilə Mübariz Mənsimovla tanış olan Fazil Qasımov əvvəlcə onun maddi imkanlarından yararlanaraq təhsilini davam etdirib, sonra isə Mənsimovun maliyyələşdirdiyi "Hilal Academy" xaricdə təhsil mərkəzinin təsisçisi olub. Bu qurum vasitəsilə M.Mənsimov Türkiyədəki azərbaycanlı tələbələrə nüfuz etməyə başlayıb, onların təhsil haqqını ödəyib və digər köməkliklər göstərib. 2020-ci ilin martında "Palmali"nin rəhbəri həbs edildikdən sonra Fazil Qasımov fəaliyyət istiqamətini dəyişib və şefinin müdafiəsinin təşkilinə başlayıb. Bu prosesə fəal şəkildə keçmiş ANS-çi Fidan Bayraməliyeva və vəkil Fatih Turhan cəlb ediliblər. Məhz bu dövrdən Mübariz Mənsimov gizli cəbhədə fəaliyyətini genişləndirir və bununla da onun bütün kontaktları üzə çıxmağa başlayır.
M.Mənsimovun təşkil etdiyi qrup Böyük Britaniya, Malta, Sinqapur və digər bu kimi ölkələrin reyestrlərindən azərbaycanlılar haqqında məlumatlar əldə edir, müxtəlif dosyelər hazırlatdırır, Britaniyanın Milli Cinayət Agentliyinə ötürür. Prosesin daha təsirli olması üçün M.Mənsimovun göstərişi ilə "Amsterdam & Partners LLP" və "Omnia Strategy LLP" kimi hüquq şirkətləri ilə müqavilələr imzalanır və əldə olunan məlumatlar bu şirkətlər vasitəsilə Qərb mediasına ötürülərək yayımlanır.
Digər istiqamət kimi "Azərbaycan saatı"nın təsisçisi və aparıcısı Qənimət Zahid, "Azad söz" kanalının təsisçisi Tural Sadıqlı, "Taym" TV-nin təsisçisi Fikrət Hüseynli, hüquqşünas Vidadi İsgəndərli - Azərbaycan hakimiyyətini ən sərt şəkildə tənqid və hətta təhqir edən şəxslərlə əlaqələrin inkişaf etdirilməsi götürülüb. Fazil Qasımov vasitəçi kimi M.Mənsimovun hədəfinə gələn şəxslər barədə ifşaedici materialları yüksək maliyyə müqabilində yuxarıda adları çəkilən şəxslər vasitəsilə yayımlayıb. Bundan başqa, yenə də pul müqabilində həmin şəxslər Mübariz Mənsimovun müdafiəsinə qoşularaq onun xeyrinə öz resurslarında və sosial şəbəkələrdə ardıcıl məlumatlar paylaşıblar.
Digər tərəfdən, 2021-ci ildən başlayaraq F.Qasımov xarici jurnalistlər, hüquq müdafiəçiləri ilə əlaqələr yaradaraq onların imkanlarından yararlanmağa başlayır. Maraqlısı odur ki, bunlar birmənalı şəkildə Azərbaycana qarşı olduqca neqativ mövqe bəsləyən və bu işdə ad çıxarmış şəxslərdir. Məsələn, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsumunun "Panama Papers", "Pandora Papers" və digər bu kimi layihələrində yaxından iştirak edən Pelin Ünkerlə əlaqələr Azərbaycan haqqında materialların əvvəlcə xarici mediaya çıxarılmasına, sonra isə onun Türkiyə və Azərbaycanın informasiya məkanına daşınmasına şərait yaratdı. Türkiyədə həmin materialların yayılması MGTV Yutub kanalının təsisçisi Mustafa Gürbüz vasitəsilə həyata keçirilib.
Məlumata görə, MGTV bilavasitə Mübariz Mənsimovun maliyyə dəstəyi ilə yaradılıb. Əsas məqsəd kimi türkçülüyün təbliği göstərilsə də, kanalın əsas hədəflərindən biri məhz Azərbaycan olur. Bu kanalda boy göstərən Cəmil Həsənli, Tofiq Yaqublu, Qənimət Zahid, Fikrət Hüseynli, İsa Qəmbər, Qubad İbadoğlu, Ərəstun Oruclu, Rəhim Qazıyev, Vidadi İsgəndərli, Süleyman Süleymanlı və digərləri Azərbaycan hökumətini davamlı şəkildə "ağ yuyub qara sərməklə" məşğul olublar. Dünənə kimi "Tərtər işi"ni əsas hədəflərindən biri kimi görən kanal indi də Qubad İbadoğlunun müdafiəsinə geniş yer verməyə başlayıb.
Qubad İbadoğlu
Hazırda həbsdə olan Qubad İbadoğlu ilə Mübariz Mənsimovun əlaqələrinə dair mediada xeyli faktlar dərc edilib. Bu əlaqələrin bir ucunun ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə gedib çıxdığına dair ciddi faktların olduğu deyilir. Bəlkə elə buna görədir ki, Mübariz Mənsimov həbs ediləndə onun ən fəal müdafiəçilərindən biri Qubad İbadoğlu olub və hətta bu məqsədlə müraciət hazırlayıb, yayıb. Niyə də yox? Təsəvvür edin, Qubad İbadoğlunun patronajlığı ilə 2022-ci ildə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondu adlı qurum yaradılır. Onun təsis edilməsi üçün tələb olunan 3.600 funt sterlinq Londonda yaşayan bir azərbaycanlının adına "Ziraat Bank"da olan hesaba köçürülür və sonra Qubad bəyə çatdırılır. Bu, Mübariz Mənsimovun Qubad İbadoğluna göstərdiyi maliyyə yardımının görünən kiçik bir hissəsidir. Aysberqin altında daha nələr var, onu bir Allah bilir.
Mübariz Mənsimovun Fazil Qasımova həvalə etdiyi əlaqələr bununla da bitmir. Mənsimovu müdafiə etmək üçün qurulmuş şəbəkə Türkiyə Prezidentinin Maliyyə İdarəsindən tutmuş, Böyük Millət Məclisinə, siyasi partiyalara kimi uzanır. Adlar, vəzifələr və s. yetərincədir.
M.Mənsimovun F.Qasımov vasitəsilə qurduğu əlaqələrin ən maraqlısını isə Ani Harutunyanla (Ani) sıx təmaslar təşkil edir. Fazilin Ani ilə təmasları qarşılıqlı təriflərdən başlayaraq, müharibənin acı nəticələri (İkinci Qarabağ müharibəsinə qarşı çıxış edən "no war"çıların əsas tezisi), media fəaliyyəti, hüquq müdafiəsi - ümumiyyətlə, mümkün olan hər məsələni əhatə edir. Təbii ki, bu əməkdaşlığın praktiki nəticələri də var və onlar barədə gələn yazılardan birində danışılacaq.
Amma fakt faktlığında qalır: Mübariz Mənsimov bir tərəfdən Türkiyədə Heydər Əliyevin 100 illiyinə həsr olunan təqaüd proqramı elan edir, digər tərəfdən də Heydər Əliyevin siyasi irsini kəskin tənqid edən, Azərbaycan dövlətinə düşmən münasibəti bəsləyən hər kəsi maliyyələşdirir və danışdırır.
Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük ma
Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahl�
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-
Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b
Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludl
Avqustun 22-də saat 08 radələrində Bakının Nərimanov rayonunun Rövşən
Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrin
"BMT Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kipr Türk Respubl