Xocavənd rayonu ərazisində
Digərləri 22 Avq 2023 10:30:00 325 0
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma( improvizə edilmiş) partlayıcı qurğular aşkar olunub.
Bu xəbəri də oxu: Azərbaycanda polis nəfəri vəfat etdi
Bu barədə Son.az-a ANAMA-dan məlumat verilib.
Bir yaşayış evinə birləşik təsərrüfat tikilisində odun qalağının arasında 1 ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prisipi ilə quraşdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu aşkarlanmışdır.
Eyni zamanda, bir evin qarşısında altına bağlamada F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-Э minası, bir məhlə arası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd birbirinə bağlı VOQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda, OZM-72 modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb.
Qeyd edək ki, əvvələr bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb. Aşkar olunan tələ-minaları ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatəmizləmə əməliyyatları nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub.
Düşmən tərəfindən məhz mülki təyinatlı ərazilərdə quraşdırılmış, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyaraq dinc əhaliyə qarşı hədəflənmiş terrordur.
Belə ki, müharibədən sonrakı dövr ərzində keçmiş təmas xəttindən kənar yerləşən ərazilərdə baş verən mina hadisələri zamanı 217 vətəndaşımız mina qurbanına çevrilib. Laçın rayonunun Suarası, Güləbird kəndləri, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar, Mehdili, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Yusifcanlı, Şahbulaq, Tərtər rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysəlli, Yağlıvənd kəndlərində baş vermiş mina hadisələri əvvəllər təmas xətti deyilən ərazilərdən kənarda baş verib.
İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, ölümcül partlayış törətmək məqsədilə sürpriz minaların aşkar olunması icra edilən genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin geri qayıdışına ciddi şəkildə maneə yaradır.
Bütün bu kimi faktlar bir daha Ermənistanın mülki əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlıq əleyhinə törədilən cinayətidir.
ANAMA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bələd olmadıqları ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar.
Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind�
İş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun fə
Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük ma
Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahl�
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-
Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b
Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludl
Avqustun 22-də saat 08 radələrində Bakının Nərimanov rayonunun Rövşən
Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron