Seçkilər ertələnməsə və Ərdoğan
Siyasət 12 Fev 2023 21:16:00 321 0
Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınması çağırışları və təşəbbüsləri getdikcə artır. Hətta nüfuzlu "Röyters" agentliyi belə, Türkiyə hökumətinin buna hazırlaşdığını yayıb.
Bu sözləri politoloq Elxan Şükürlü Türkiyədə seçkilərin ertələnməsi barədə ehtimallar haqda qeyd edib.
Onun fikrincə, seçkilərin təxirə salınması qaçılmaz olacaqsa, Ərdoğan hökuməti üçün ən yaxşı variant seçkilərin gələn ilə - 2024-ə keçirilməsidir:
"Çünki 2024-cü ildə həm Rusiyada, həm ABŞ-da, həm də Rusiya və ABŞ-dakı seçkilərin taleyini müəyyənləşdirəcək Ukraynada prezident seçkiləri olmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı seçkilərdən yararlanaraq, Türkiyəni qarışdırmağa və öz cinahına çəkməyə çalışan güclərin əsas diqqəti öz daxillərinə yönələcək.
Əgər Türkiyə Böyük Millət Məclisi ölkəyə bir müharibədən daha çox ziyan vurmuş zəlzələni əsas götürərək, seçkiləri iyuna deyil, 1 il sonraya ertələyərsə, bu, Ərdoğana da zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq və faciədən yararlanaraq, onu yıxmağa çalışan rəqiblərini seytnota salmaq üçün kifayət qədər geniş zaman qazandırmış olacaq.
Əks halda, arxasında xarici güclərin durduğu müxalifət zəlzələnin vurduğu zərəri bütövlükdə Ərdoğan komandasının ayağına yazmaqla, ictimai etirazları körükləyəcək, onun hakimiyyətdən getməsi üçün hər şeyə əl atacaq. Bu isə Türkiyəni, eləcə də onun rəhbərliyi ilə qurulan Türk Dövlətləri Təşkilatlarında birləşmiş ölkələri uzun illər geriyə atacaq, türk-müsəlman coğrafiyasını yeni geopolitik toqquşma meydanlarına çevirəcək".
İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronavir
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında sila
Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox t
Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yar
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsə
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa he�
"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abone
Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında namə
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.