Sədəqə


Digərləri 12 Fev 2023 21:10:00 245 0

Sədəqə

Qur'an:

"Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir."

Hədis:

3516. Allahın Peyğəmbəri (s): "Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar."

3517. Allahın Peyğəmbəri(s): "Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir."

3518. Allahın Peyğəmbəri(s) : "Sədəqə Allahın qəzəbini yatırar."

3519. İmam Əli(ə): "Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir."

1096. Allah sədəqələri qəbul edəndir

"Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir."

Hədis:

3520. İmam Sadiq(ə) : "Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri mə'mur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm."

1097. Sədəqə və bəlanın qarşısını almaq

3521. Allahın Peyğəmbəri(s): "Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.

3522. Allahın Peyğəmbəri (s): "Sədəqə şərrin yetmiş qapısını bağlayar."

3523. Allahın Peyğəmbəri (s): "Sədəqə pis və dəhşətli ölümün qarşısını alar."

3524. Allahın Peyğəmbəri (s): "Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar."

3525. İmam Əli(ə) : "Sədəqə faydalı dərmandır."

1098. Sədəqə ruzinin açarıdır

3526. Allahın Peyğəmbəri (s) : "Çox sədəqə verin ki, ruziniz artsın."

3527. İmam Əli(ə) : "Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin."

3528. İmam Əli(ə): "Kasıb vaxtınızda sədəqə (malı) ilə Allahla sövdələşin (ticarət edin)."

3529. İmam Sadiq (ə): "Bəzi vaxtlar mən kasıblayıram və sədəqə vasitəsilə Allahla sövdələşirəm."

3530. İmam Sadiq (ə): "Sədəqə vermək borcu ödəyər və bərəkət gətirər."

1099. Hər bir yaxşı iş sədəqədir

3531. Allahın Peyğəmbəri(s) : "Müsəlman hər gün sədəqə verməlidir." Ərz etdilər: "Buna kimin qüdrəti çatar?" Həzrət buyurdu: "Ziyan vuran şeyləri yoldan götürüb kənara qoymaq sədəqədir. Bir kimsəyə yol göstərmək, xəstəyə baş çəkmək yaxşılığa də'vət etmək və pislikdən çəkindirmək sədəqədir. Salamın cavabını vermək də sədəqədir."

3532. Allahın Peyğəmbəri (s): "Hər bir yaxşı iş sədəqədir."

3533. Allahın Peyğəmbəri (s): "Dilini saxla. Çünki bu iş özünə verdiyin sədəqədir."

3534. Allahın Peyğəmbəri (s): "Pislikdən çəkinmək sədəqədir."

3535. İmam Sadiq (ə): "Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birilə əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq."

3536. İmam Sadiq (ə): "Kara, təngə gəlmədən bir sözü başa salmaq

gözəl sədəqədir."

3537. Allahın Peyğəmbəri(s): "Ən üstün sədəqə sağlam olduğun, həyata ümid bəslədiyin və yoxsulluğa düçar olmağından qorxduğun vaxt verdiyin, canın bədənindən çıxmasını (ölüm yatağına düşməyini) və "bu qədər mal filankəsin olsun, o qədər mal da bəhmənin olsun." deməyi gözləmədiyin sədəqədir. Çünki o vaxt həmin mal filankəsin və bəhmənin malı olacaq."

3538. Allahın Peyğəmbəri(s): "Ən üstün insan qüdrəti çatdığı qədər sədəqə verəndir."

3539. Allahın Peyğəmbəri(s) : "Ən üstün sədəqə gizlində yoxsula verilən və kasıb vaxtı verilən sədəqədir."

3540. Allahın Peyğəmbəri(s): "Ən üstün sədəqə elə bir dilin sədəqəsidir ki, onunla qanların tökülməsinin, xoşagəlməz hadisənin qarşısını alasan və müsəlman qardaşına xeyir gətirəsən."

İnsanlar teztez əsnəməkdən şikayətlənir like
  • 12 Fev 21:01  
Digərləri İnsanlar teztez əsnəməkdən şikayətlənir

Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox t

arrow Ətraflı
Şəmkirdə ağır yol qəzası like
  • 12 Fev 20:58  
Digərləri Şəmkirdə ağır yol qəzası

Şəmkir rayonunun Şiştəpə kəndində ölümlə nəticələnən yol-nəqliyy

arrow Ətraflı
Hindistan Suriyaya 23 tondan çox humanitar like
  • 12 Fev 20:56  
Dünya Hindistan Suriyaya 23 tondan çox humanitar

Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yar

arrow Ətraflı
Həzrət Əlini gözdən salmaq üçün uydurulmuş hədis like
  • 12 Fev 20:55  
Digərləri Həzrət Əlini gözdən salmaq üçün uydurulmuş hədis

Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsə

arrow Ətraflı
Qəribə elmlər like
  • 12 Fev 20:50  
Digərləri Qəribə elmlər

Əsrlər boyunca insanları maraqlandıran, müxtəlif mübahisələrə səbəb

arrow Ətraflı
İltihabdan tutmuş ürək və xərçəngə kimi – like
  • 12 Fev 20:45  
Digərləri İltihabdan tutmuş ürək və xərçəngə kimi –

Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa he�

arrow Ətraflı
Yeni Zelandiyada 15 minə yaxın ev like
  • 12 Fev 20:43  
Dünya Yeni Zelandiyada 15 minə yaxın ev

"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abone

arrow Ətraflı
Çinin şərq sahillərində UNO like
  • 12 Fev 20:41  
Dünya Çinin şərq sahillərində UNO

Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında namə

arrow Ətraflı
Şükür məqamı like
  • 12 Fev 20:40  
Digərləri Şükür məqamı

Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlar

arrow Ətraflı
Azərbaycanın bəzi rayonlarında yollar like
  • 12 Fev 20:39  
Digərləri Azərbaycanın bəzi rayonlarında yollar

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

arrow Ətraflı
Sabahın havası narahatlıq hissi yarada bilər like
  • 12 Fev 20:38  
Digərləri Sabahın havası narahatlıq hissi yarada bilər

Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında like
  • 12 Fev 20:36  
Dünya Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün g�

arrow Ətraflı
Həzrət Mehdi və Həzrət Yusif like
  • 12 Fev 20:20  
Digərləri Həzrət Mehdi və Həzrət Yusif

İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə

arrow Ətraflı
Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır like
  • 12 Fev 20:15  
Digərləri Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır

Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etmək

arrow Ətraflı
Görəsən, onlar sağdır?  FOTO like
  • 12 Fev 20:11  
Dünya Görəsən, onlar sağdır? FOTO

Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilaset

arrow Ətraflı