Qəribə elmlər


Digərləri 12 Fev 2023 20:50:00 307 0

Qəribə elmlər

Əsrlər boyunca insanları maraqlandıran, müxtəlif mübahisələrə səbəb olan mövzulardan biri də qəribə elmlərdir (ülumi-qəraib). Müasir dildə bunlara metafizik, mistik biliklər və fövqəltəbii hallar deyilir. Tarixin hər bir mərhələsində qəribə elmlərə böyük maraq olmuşdur. Dünya sivilizasiyalarının əksəriyyətinin tarixində bu iş sahiblərinin cəmiyyətdə böyük şöhrət sahibi olmasının, bəzən isə dövlət və din tərəfindən təqib edilməsinin şahidi oluruq. Xüsusilə, Şərq dünyasına məxsus qədim Misir, Babilistan, fars, ərəb sivilizasiyalarında qəribə elmlər geniş yayılmışdı. Digər rasional elmlərlə yanaşı, bu elmlər də xüsusi məktəblərdə və ya fərdi formada öyrədilir, gündəlik həyatda praktikaya tətbiq edilirdi. Orta əsrlər Avropasında bu işlərlə məşğul olanları cadugər adıyla təqib edir, inkvizisiya məhkəmələrində mühakiməyə məruz qoyur, əksər hallarda tonqalda yandırır, suda batırır yaxud digər üsullarla edam edirdilər. Cadugərliklə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslər, hətta kilsənin bəyənmədiyi və qəbul etmədiyi elmi bilikləri yayan alimlər də qəribə elmlərlə məşğul olmaq ittihamı ilə üzləşirdilər. Aşağıdakı məqalədə qəribə elmlərin təsnifatı, mövzusu, İslam tarixində yeri və İslam dininin bunlara münasibəti haqqında qısaca da olsa məlumat verməyə çalışacağıq. Diqqətdən qaçırmamalıyıq ki, mövzu əqli və rasional çərçivəni aşdığına görə bu barədə düzgün və qərəzsiz informasiya əldə etmək çətindir.

Bəzi tədqiqatçıların fikrincə, müsəlmanların arasına qəribə elmlər qədim Misir, Babil, yunan, zərdüşti mədəniyyətlərindən keçmişdir. İslam fəthləri nəticəsində bu yerlərin əhalisi ilə qaynayıb-qarışan, yerli kahinlərlə ünsiyyət quran, fəth olunmuş torpaqlardakı kitabxanaların fondu ilə tanış olan müsəlmanlar bu elmlər barədə biliklərini artırdılar, bilmədiklərini öyrəndilər. Xüsusilə, Abbasilər dövründə ərəb dilinə tərcümə edilmiş kitablar buna təkan verdi. Lakin İslamdan əvvəlki ərəblər arasında da bir qism qəribə elmlərin yayılması faktını unutmamalıyıq.

Qədim yunan alimlərindən Pifaqor və Apolloniy görkəmli riyaziyyatçı olmaqla yanaşı, həm də metafizik elmlərin bilicisi sayılırdılar. Əməvi xəlifəsi Xalid ibn Yezidin zamanında Stefanus adlı xristian tərcüməçi qədim yunan alimlərinin əlkimiya və astrologiya mövzusunda kitablarını ərəb dilinə çevirmişdi. Deyilənlərə görə, böyük müsəlman alimi Cabir ibn Həyyan da əlkimiya ilə məşğul olurdu. Qəribə elmlər deyərkən, əksər insanların öyrənib istifadə edə bilmədikləri sirrli biliklər nəzərdə tutulur. Bunların obyekti bəzi fövqəltəbii qüvvələrdir, həmin qüvvələri öyrənmək və nəzarətdə saxlamaq insana qeyri-adi işlər görmək bacarığı qazandırır.

Qəribə elmlərə münasibət birmənalı deyildir. Bəziləri ümumilikdə bunların mövcudluğunu və həqiqətini inkar edir, hamısını gözbağlıca qismindən sayır, yaxud insanın özünə təlqin etməsi ilə bağlı olduğunu deyirlər. Bəziləri qəribə elmlərin bir qisminin mövcudluğunu qəbul edir, amma bunlarla məşğul olmağı qəti surətdə, qeydsiz-şərtsiz olaraq haram (günah) sayırlar. Bəziləri isə zərurət halında bu elmlərə müraciət etməyi, əsas qaydaları gözləmək şərti ilə onları öyrənib-öyrətməyi icazəli bilirlər. Həm astronomiya, riyaziyyat kimi rasional dünyəvi elmlərin, həm fiqh, hədis, təfsir kimi adi dini elmlərin, həm də qəribə elmlərin mahir bilicisi olmuş Şeyx Bəhai (1547-1622) aşkar elmlər, yəni "ülumi-cəliyyə" qarşısında gizli elmlər, yəni "ülumi-xəfiyyə" ifadəsini işlədirdi. Səbəbini də bununla izah edirdi ki, aşkar elmləri açıq şəkildə mədrəsələrdə öyrədilir, məclislərdə müzakirə edilir və bu elmlərin kitabları tanınır. Amma gizli elmlər, onlaın əhli (yəni layiqi) olmayanlardan gizlədilir, hikmət sahibləri bu elmləri gizlində tədris edirlər, bu elmlərə aid kitablar da simvolik dildə, rəmzlərin vasitəsilə yazılır.

Daha sonra Şeyx Bəhai qeyd edir ki, gizli elmlər 5 hissədən ibarətdir: kimiya, limiya, himiya, simiya və rimiya (bunların mənası barədə məqalənin növbəti bölümlərində məlumat verəcəyik). Bu elmlər haqqında keçmiş alimlərdən biri irihəcmli bir kitab yazmış və adını "Külluhu sirr" qoymuşdu. Şeyx Bəhai qeyd edir ki, o, hicri 957-ci (yəni miladi 1550-ci) ildə Herat şəhərində həmin kitabı görmüşdür və bu kitab bu mövzuda yazılmış ən gözəl əsərdir. Həmçinin, Şeyx Bəhai qəribə elmlər mövzusunda daha bir kitabın adını çəkərək yüksək qiymətləndirir. Söhbət 5 elmdən üçünü - limiya, himiya və simiyanə əhatə edən "Sirr əl-məktum" kitabından gedir ki, məşhur alim İmam Razi (Fəxrəddin Razi) tərəfindən qələmə alınmışdır (Şeyx Bəhai. Kəşkul, səh. 537).

Qəribə elmlər Abbasilər xilafətinin zamanında yüksək səviyyədə tədqiq edilirdi. Monqolları tərəfindən Abbasi xilafətinin süqut etməsindən sonra, Elxanilər, Teymurilər və Səfəvilər zamanında da bu elmlərlə məşğul olan çoxlu alim yaşamışdır. XIII əsrdə monqolların müsəlman məmləkətlərinə hücumundan sonra mistik elmlərə maraq kəskin şəkildə artdı. Bəzi tədqiqatçılar bunu əqli elmlərin mütəxəssisi olan alimlərin böyük hissəsinin monqol hücumu zamanı öldürülməsi və kitabxanaların dağıdılması ilə bağlayırlar. Bəzilərinin fikrincə, monqol hücumunun dəhşəti insanlarda ümidsizlik və çaşqınlıq yaratmış, buna görə insanlar mistik elmlərə bağlanaraq, bu yolla fəlakətlərdən çıxış yolu axtarmağa çalışmışlar.

(ikinci hissə)

Monqol əsilli Elxanilər öz inanclarına uyğun olaraq mistik biliklərə ciddi əhəmiyyət verirdilər. Xüsusilə, bu sülalənin İslamı qəbul etməzdən əvvəlki hökmdarları barədə bunu demək yerinə düşür. Məsələn, Hülaku xan rasional elmlərə hər nə qədər meyilsiz olsa da (Nəsirəddin Tusi çox çətinliklə onu Marağa rəsədxanasını inşa etməyə razı sala bilmişdi), ölümdən sonrakı həyatla bağlı ciddi şəkildə maraqlanırdı. Hülakunun anası vəfat edəndə onun axirət həyatına kömək etməsi üçün bir neçə şəxsi öldürüb, anası ilə birlikdə dəfn etdirmişdi (bununla bağlı Hülaku ilə Nəsirəddin Tusi arasında baş vermiş hadisə məşhurdur).

Bəziləri bu görüşü müdafiə edirlər ki, mistik elmlərə təmayülün artması sufiliyin geniş yayılması ilə bağlıdır; təsəvvüfdəki kəşfü kəramət məfhumu, şeyxlərin möcüzə və kəramətləri barədə xəbərlər buna təkan vermişdir. Hər bir halda, XIII-XV əsrlər qəribə elmlərin intişarı ilə xarakterizə edilir (bax: d-r M.Govhəri və d-r M.Kazimbəgi. "Monqolların hücumundan sonra qəribə elmlərin vəziyyəti (Molla Hüseyn Vaiz Kaşifinin əsərləri misalında)" məqaləsi, "Tarix və fərhəng" dərgisi, 1394 h-ş, sayı 95, səh. 138-139).

İltihabdan tutmuş ürək və xərçəngə kimi – like
  • 12 Fev 20:45  
Digərləri İltihabdan tutmuş ürək və xərçəngə kimi –

Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa he�

arrow Ətraflı
Yeni Zelandiyada 15 minə yaxın ev like
  • 12 Fev 20:43  
Dünya Yeni Zelandiyada 15 minə yaxın ev

"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abone

arrow Ətraflı
Çinin şərq sahillərində UNO like
  • 12 Fev 20:41  
Dünya Çinin şərq sahillərində UNO

Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında namə

arrow Ətraflı
Şükür məqamı like
  • 12 Fev 20:40  
Digərləri Şükür məqamı

Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlar

arrow Ətraflı
Azərbaycanın bəzi rayonlarında yollar like
  • 12 Fev 20:39  
Digərləri Azərbaycanın bəzi rayonlarında yollar

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

arrow Ətraflı
Sabahın havası narahatlıq hissi yarada bilər like
  • 12 Fev 20:38  
Digərləri Sabahın havası narahatlıq hissi yarada bilər

Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında like
  • 12 Fev 20:36  
Dünya Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün g�

arrow Ətraflı
Həzrət Mehdi və Həzrət Yusif like
  • 12 Fev 20:20  
Digərləri Həzrət Mehdi və Həzrət Yusif

İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə

arrow Ətraflı
Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır like
  • 12 Fev 20:15  
Digərləri Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır

Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etmək

arrow Ətraflı
Görəsən, onlar sağdır?  FOTO like
  • 12 Fev 20:11  
Dünya Görəsən, onlar sağdır? FOTO

Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilaset

arrow Ətraflı
Tövbə like
  • 12 Fev 19:55  
Digərləri Tövbə

"Tövbə" sözünün ərəb dilindən tərcüməsi "qayıdış&qu

arrow Ətraflı
Peyğəmbərin əxlaqı hədislərdə like
  • 12 Fev 19:50  
Digərləri Peyğəmbərin əxlaqı hədislərdə

Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd

arrow Ətraflı
Bir gecədə böyüyən uşaqlar  FOTO like
  • 12 Fev 19:47  
Digərləri Bir gecədə böyüyən uşaqlar FOTO

Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�

arrow Ətraflı
Salavatdan sonra "və əccil fəracəhum" demək like
  • 12 Fev 19:20  
Digərləri Salavatdan sonra "və əccil fəracəhum" demək

Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala

arrow Ətraflı
Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı təbii məcun like
  • 12 Fev 19:15  
Digərləri Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı təbii məcun

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri s

arrow Ətraflı