Tövbə
Digərləri 12 Fev 2023 19:55:00 302 0
"Tövbə" sözünün ərəb dilindən tərcüməsi "qayıdış" deməkdir. Tövbə edən şəxs sanki günahlardan itaətə doğru qayıtmış olur. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə tövbə deyilir.
Bu xəbəri də oxu: "İnsanların cinsi tələbatı ödənmir deyə yollarda tıxac yaranır"
Qurani-Kərimin surələrindən biri (doqquzuncu surə) "Tövbə" adlanır. Müqəddəs Kitabımızda "tövbə" sözü və onunla eyni kökdən olan kəlmələrə 87 dəfə rast gəlinir. Allah bütün möminlərə öz günahlarından tövbə etməyi əmr edir:
"Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasinız" (Nur, 31).
Başqa bir ayədə günahkar insanların axirətdəki acınacaqlı aqibəti haqqında danışıldıqdan sonra buyurulur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir" (Fürqan, 70).
Allah-Taala Qurani-Kərimdə təqvalı (yəni Allahdan çəkinən və günahlardan qaçan) bəndələri təsvir edərkən buyurur:
"O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar" (Ali-İmran, 135).
ALLAH TÖVBƏKARIN GÜNAHLARINI GİZLƏDƏR
Səmimi tövbə edən şəxsin günahlarının üzərinə pərdə çəkilər, hətta qiyamətdə də Allah bu günahların üstünü açmaz. Allahın gözəl adlarından (əsmaül-hüsna) biri də "Səttarül-üyub"dur ki, mənası "eyibləri örtən" deməkdir. Tövbəkarın günahı nə bu dünyada, nə də o biri dünyada aşkara çıxmaz və ona rüsvayçılıq gətirməz. Bu, bəndə ilə Allah arasında sirr olaraq qalar.
Həzrət Musa Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmünı uzun müddət yazğış yağmadı, qəhətlik oldu, camaat aclıqdan əziyyət çəkməyə başladı. Nə qədər dua etdilərsə, faydası olmadı. Allah Həzrət Musaya (ə) vəhy etdi: "Sənin ümmətinin arasında bir nəfər var ki, qırx ildir günah edir, mənim əmrlərimi pozur. Onu özünüzdən uzaqlaşdırın, mən də sizə yağış göndərim".
Musa Peyğəmbər (ə) camaatı bir yerə toplayıb, Allahın kəlamını onlara elan etdi və buyurdu: "Allahın dediyi günahkar adam kimdirsə, irəli çıxsın, bizləri tərk edib getsin".
Heç kim yerindən tərpənmədi. Günahkar da adamların arasında idi, amma utanıb susdu. Amma ürəyində peşman olub Allaha dua etdi: "İlahi! Mən nadanlıq üzündən sənə asi olmuşam. İndi səmimi qəlbdən tövbə edirəm. Günahlarımdan keç, bu ümməti bəladan xilas et". O adamın duası qurtarmamışdı ki, güclü yağış yağdı. Həzrət Musa Peyğəmbər (ə) təəccüb içində olanların səbəbini Allahdan soruşdu, cavab gəldi: "Mənim günahkar bəndəm sidq ürəkdən tövbə etdi, dərgahıma üz tutdu. Mən bu vaxta kimi onun üzündən sizi yağışdan məhrum etmişdim. Amma bil ki, bu gün məhz onun hörmətinə sizə yağış göndərdim. Mənim dərgahımda səmimi tövbənin dəyəri bu qədər böyükdür".
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd
Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�
Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala
Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri s
1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxs
Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu pro
Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.
"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğ
Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ər�
Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəs
Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zen
Hataylı 85 yaşlı İsmihan adlı qadın zəlzələnin 153-cü saatında xilas
Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qal
Türkiyəli komediya ustası Hasan Can Kaya da zəlzələdə zərərçəkənlər
Türkiyədə baş verən şiddətli zəlzələdən sonra dağıntılar altından