Həzrət Mehdi və Həzrət Yusif
Digərləri 12 Fev 2023 20:20:00 282 0
İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə.f) sonuncu kamil din sayılan İslam dininin sonuncu nümayəndəsi olduğu üçün onda bütün peyğəmbərlərin nişanəsini görmək olar. Belə bir bənzətmələrdən biri də Həzrət Mehdinin (ə.f) həyatının bəzi nüanslarının Yusif peyğəmbərin (ə) həyatına oxşamasıdır. İndi isə İmam Mehdi (ə.f) və Həzrət Yusif (ə) peyğəmbər arasında olan fərqlərə baxaq. Yusif peyğəmbər (ə) və İmam Mehdi (ə.f) arasında olan oxşar cəhətlərdən biri qeybdir. Hər ikisi onları sevənlərin gözündən uzaq düşmüşlər. Fərq ondadır ki, Həzrət Yusifin (ə) qeybi nisbidir. Həzrət Yusif (ə) atası, qardaşları və sair əzizlərindən uzaq və qeybdə olsa da misirlilərin gözü qarşısında idi. İmam Mehdinin (ə.f) qeybi isə mütləq qeybdir. Yəni o, hər kəsin gözündən qeybdədir. Həzrət Yusifin (ə) qardaşları baş vermiş qıtlığa görə Misirə tərəf üz tutdular. Onlar Həzrət Yusiflə (ə) qarşılaşdıqda onu tanımadılar, amma peyğəmbər (ə) onları tanıyır. İmam Mehdi (ə.f) ictimai yerlərdə insanların arasında yol gedir, amma onu heç kəs tanımır. Allah-Taala özünü tanıtmağa icazə versə, İmam (ə.f) özünü tanıdır. Həzrət Yusifə (ə) də ona özünü tanıtmaq üçün icazə verildikdə o, kimliyini aşkar etdi. Yusif peyğəmbər (ə) gözəllik və səxavətinə görə cəmiyyət içində məşhurlaşmışdı. İmam Mehdidə (ə.f) də hər iki xüsusiyyət vardır. Həzrət Yusifi (ə) qardaşları çox ucuz qiymətə satdılar. Bunun səbəbi isə qardaşlarının həqiqi dəyərini bilməmələri idi. Belə bir sayğısızlıq, əfsuslar olsun ki, İmam Mehdiyə (ə.f) qarşı da edilib. Əbu Tahir Muhəmməd ibn Əli ibn Bilal tamahkar birisi olduğu üçün İmam Mehdinin (ə.f) malına əl qoyaraq özünü onun (ə.f) vəkili kimi təqdim etməyə çalışırdı. Qardaşları tərəfindən işgəncə və zülmlərə məruz qalan Yusif (ə) quyuya atıldı, illər boyu atasından uzaq düşdü. Bəzi qardaşları onu unutsa da atası daim onu xatırladı, onun yolunda gözləri ağlamaqdan tutuldu. İmam Mehdi (ə.f) qeybə çəkildikdən sonra onun həqiqi intizarını çəkənlər hər gün onu xatırlayır, zühuru üçün dua edir və bu inqilab üçün zəminə yaratmağa çalışdılar və çalışırlar. Amma bəzi dönüklər hətta İmamı (ə.f) inkar etməkdən belə əl çəkmədilər. Həzrət Yusiflə (ə) görüş elə də asan olmadı. Belə ki çoxlu əziyyət və çətinliklərdən sonra bu görüş baş tutdu. İmam Mehdi (ə.f) də belə asanlıqla zühur etməyəcəkdir. Bu zühur da uzun sürən əziyyət və çətinliklərdən sonra baş verəcəkdir. İmam Əli (ə) bu haqda buyurur: "İnsanların gözündə ölüdən də alçaq olmayacağınıza qədər Allahın yardımı sizə tərəf gəlməyəcək. Bu, Allahın "Yusif" surəsindən buyurduğu həmin şeydir: "Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!". ("Yusif" 110). Bunu unutmaq lazım deyil ki, Həzrət Yusif (ə) ilə onu sevənlər arasında olan ayrılıq gec-tez sona çatdı və parlayan günəş tutqun buludlar arasından aşkar oldu. İmam Mehdi (ə.f) haqqında verilən vəd də sona çatacaqdır və Allah-Taala höccətini aşkar edəcəkdir. İmam Mehdi (.f) zülm ilə dolmuş dünyanı ədalətlə dolduracaqdır.
Bu xəbəri də oxu: Ən güclü batareyası olan telefon 2 ay
Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etmək
Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilaset
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd
Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�
Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala
Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri s
1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxs
Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu pro
Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.
"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğ
Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ər�
Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəs
Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zen
Hataylı 85 yaşlı İsmihan adlı qadın zəlzələnin 153-cü saatında xilas