Şükür məqamı
Digərləri 12 Fev 2023 20:40:00 237 0
Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.
Bu xəbəri də oxu: İlin sonuna bir şey qalmayıb: ulduzlar nə vəd edir?
Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında deyir: "Şükür zahiri və batini nemətin etirafı, nemət sahibini tanımaq və neməti Onun göstərişinə uyğun sərf etməkdir". İmam Sadiq (ə) buyurur: "Şükür bütün haramlardan çəkinməkdir". Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: "Pərvərdigara, bizi şükür edənlərdən qərar ver". Rağib İsfəhani deyir: Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb nemət verəni və neməti tanıyır, dil etiraf edir. Neməti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür. İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: "Ey Musa, Mənə layiq olduğum kimi şükür et". Musa ərz etdi: "Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?" Allah-Taala buyurdu: "Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin". İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: "Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq". Həzrət Davud (ə) belə ərz edir: "Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ..." Allah buyurdu: "Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən". Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir.
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün g�
İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə
Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etmək
Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilaset
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd
Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�
Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala
Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri s
1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxs
Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu pro
Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.
"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğ