Həzrət Əlini gözdən salmaq üçün uydurulmuş hədis
Digərləri 12 Fev 2023 20:55:00 295 0
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsən, Hüseyn və Fatimənin (ə) fəzilətləri barədə yüzlərlə hədis həm şiə, həm də sünni mənbələrini bəzəyir. Qeyd deməliyik ki, Əhli-beytin üstünlükləri barədə sünni mənbələrindəki hədisləri, sünni üləmasının bu mövzuda söylədiyi yüksək fikirləri saymaqla qurtaran deyil. Nəinki Əhli-beyti sevən şiəli-sünnili müsəlmanlar, hətta Əhli-beytlə düşmən olan nasibilər belə, tarix boyunca bu müqəddəs zatların fəzilətini etiraf etməyə məcbur olmuşlar. Çünki Allahın hər cür eyibdən təmizləyib pak etdiyi (Əhzab, 33) məsum zatları heç bir nöqsanda ittiham etmək mümkün deyil. Onların uca məqamına və məsumluq zirvəsinə kölgə sala biləcək bircə mötəbər rəvayət belə, tarix səhifələrində qeydə alınmayıb.
Bu xəbəri də oxu: Kasko sığortası ucuzlaşa bilər
Burada "mötəbər" sözünü vurğulamağımızın səbəbi var. Məsələ bundadır ki, bəzi mənbələrdə Əhli-beytə açıq və ya gizli formada irad bildirən rəvayətlərə az da olsa rast gəlirik. Peyğəmbərin nəsli ilə düşmənçilik etmiş, bunun naminə hər cür vasitədən yararlanmış Əməvi və Abbasi xilafətinin muzdurları tərəfindən bu cür qondarma rəvayətlərin uydurulması əslində heç də təəccüblü deyil. Təəccüblü olan bəzi savadlı alimlərin öz kitablarında bu kimi iftiralara yer verməsi və günümüzdə də bəzi insanların həmin yalanlara inanmasıdır. Çox təəssüf ki, dini biliyi yüksək səviyyədə olmayan müsəlmanlar bu cür iftiraları oxuyanda inanırlar.
Aşağıda Həzrət Əliyə (ə) qarşı irəli sürülən əsas iddialardan birinə - guya o həzrətin Fatimeyi-Zəhra (ə) ilə evli olduğu halda Əbu Cəhlin qızına elçi düşməsi barədə rəvayətlərə aydınlıq gətirəcəyik. Həmin rəvayətlərdə guya Əlinin (ə) bu hərəkətlə Fatiməni (ə) incitməsi və Peyğəmbəri (s) özündən narazı salması, sonra peşman olub fikrindən daşınması bildirilir.
Mənbələr
Bu hadisə barədə əhli-sünnənin bir çox mötəbər mənbələrində məlumat verilir. Məsələn, əhli-sünnənin 6 ən məşhur hədis məcmuəsindən beşi bu hadisəni fərqli variantlarda nəql edir. Buxari və Müslim bu mövzuda hər biri 4, Əbu Davud 3, Tirmizi və İbn Macə hər biri 2 hədis vermişlər. Hakim Nişaburinin "Müstədrək", Əhməd ibn Hənbəlin "əl-Müsnəd" və "Fəzail", İbn Əbu Şeybənin "əl-Müsənnəf", Heysəminin "Məcmə əl-zəvaid", Təbəraninin hər üç "əl-Möcəm", Müttəqi Hindinin "Kənz əl-ümmal", İbn Həcər Əsqəlaninin "əl-Mətalib əl-aliyə" kitablarında və başqa əsərlədə bu mövzu bir neçə dəfə xatırlanır.
Ümumi müddəalar
Bütün hədisləri ümumiləşdirərək bunları deyə bilərik: Hədislərin bir qismində Əlinin (ə) guya Əbu Cəhlin qızı ilə evlənmək təşəbbüsü Əliyə (ə), bəzi hədislərdə isə Əbu Cəhl ailəsinin üzvlərinə aid edilir. Bəzi hədislərdə Peyğəmbərin bu işdən xəbər tutub etiraz etməsi göstərilir, bəzi hədislərdə isə Əli (ə) ilə Əbu Cəhl ailəsinin üzvləri arasındakı söhbət zamanı bu izdivacın uğursuz olacağı və Peyğəmbəri narahat edəcəyi əsas gətirildiyindən sövdələşmənin pozulduğu deyilir.
Bir qrup hədislərə görə, Peyğəmbər Əlinin (ə) məqsədini bildikdən sonra müsəlmanların qarşısında xütbə oxuyaraq öz etirazını bildirmiş, onun qızı ilə bir müşrikin qızının eyni adamla evli olmasını qeyri-mümkün adlandırmışdır. Daha bəzi rəvayətlər isə xəbər verir ki, guya Fatimeyi-Zəhra (ə) atasına bu barədə şikayət etmiş və narazılığını bildirmişdi.
Hədislərdən görünür ki, əhvalat Əlinin (ə) Fatimə (ə) ilə izdivacından, eləcə də, Əbu Cəhlin ölümündən sonra, Peyğəmbərin sağlığında baş vermişdir. Aşağıda izah ediləcək səbəblər üzündən hadisənin hicri 8-11-ci illər arasında baş verdiyi iddia olunur.
Hədisin raviləri kimlərdir?
Hadisəni təsvir edən rəvayətlərin böyük əksəriyyəti Misvər ibn Məxrəmə adlı bir nəfərin dilindəndir. Buxari və Müslimin hədisləri yalnız bu şəxsdən rəvayət edilir. Digər mənbələrdəki hədislərin də böyük əksəriyyətinin sənədi Misvərə gedib-çıxır. Maraqlıdır ki, hətta İmam Zeynül-abidinin (ə) də bu hadisəni Misvərin dilindən eşitdiyi və rəvayət etdiyi söylənilir.
Hədisin başqa mənbələrdəki variantlarının raviləri sırasında Abdullah ibn Abbas (Peyğəmbərin əmisi oğlu), Abdullah ibn Zübeyr, qardaşı Ürvə ibn Zübeyr, Mühəmməd ibn Hənəfiyyə (İmam Əlinin oğlu), Amir Şəbi, İbn Əbu Müleykə, Süveyd ibn Ğəflə və adı bilinməyən bir nəfər Məkkə sakini də vardır.
Bunların sırasında bir neçəsinin rəvayəti ciddi şübhə doğurur. Çünki hədis elmi baxımından onların rəvayəti mötəbər sayıla bilməz. Məsələn, Ürvə ibn Zübeyr, Mühəmməd ibn Hənəfiyyə, Amir Şəbi, Süveyd və İbn Əbu Müleykə bu hədisi Həzrət Mühəmməd Peyğəmbərdən (s) birbaşa nəql edə bilməzdilər, çünki onlar Peyğəmbəri görməmişlər.
Mühəmməd ibn Hənəfiyyə Həzrət Zəhranın (ə) vəfatından sonra İmam Əlinin (ə) Bəni-Hənifə qəbiləsindən olan qadınla izdivacından doğulmuşdu.
Ürvə ibn Zübeyr hicri 19-cu ildə, Ömər ibn Xəttabın hakimiyyəti zamanı dünyaya gəlmişdi.
Amir Şəbi də Ömərin hakimiyyətinin sonuna altı il qalmış doğulmuşdu.
Süveydə gəlincə, onun Mədinəyə gəlişi Peyğəmbərin dəfnindən sonra baş vermişdi.
Hədisin Bəzzaz və Təbərani tərəfindən nəql edilmiş variantlarından bəzisi Abdullah ibn Abbasa əsaslanır. Lakin həmin sənəd zəncirindəki Übeydullah ibn Təmmam adlı ravi rical elmində ciddi şəkildə tənqid edilir. İbn Həcər, Darqutni, Əbu Hatim, Əbu Zürə, Saci, Heysəmi kimi böyük əhli-sünnə alimləri onun özünü zəif və yalançı, hədislərini isə münkər (qeyri-məqbul, rədd edilən) saymışlar.
Hədisin railərindən daha biri olan İbn Əbu Müleykə isə Abdullah ibn Zübeyrin tərəfdarlarından olmuş, onun zamanında qazılıq və müəzzinlik etmişdir. İbn Əbu Müleykə İmam Əlinin (ə) və ya Osmanın hakimiyyəti zamanı anadan olmuş, hicri 117-ci ildə ölmüşdür. Beləliklə, onun da Peyğəmbərdən bilavasitə hədis rəvayət etməsi qeyri-mümkündür. Qeyd edək ki, hədisin fərqli mənbələrdəki bəzi variantlarında İbn Əbu Müleykənin adı Misvər ibn Məxrəmədən sonra çəkilir, yəni o, hədisi Misvərdən rəvayət edir. Ola bilər ki, hədisin İbn Əbu Müleykədən bilavasitə rəvayət edilən variantlarında yanlışlıq baş verib və Misvərin adı hər hansı səbəb üzündən sənəddən düşüb, ondan sonra gələn İbn Əbu Müleykənin adı birinci yerdə qalıb.
Əhməd ibn Hənbəl və Hakim Nişaburi hədisin daha bir fərqli variantını adı məlum olmayan Məkkə sakinindən nəql etmişlər. Bu hədislərdə nə həmin Məkkə sakininin, nə də adı ondan sonra çəkilən Hənzələ adlı insanın şəxsiyyəti məlum deyil. Ona görə də bu cür qeyri-ciddi sənədə malik olan bir hədisə etibar etmək məntiqə uyğun olmaz.
İkinci hissə
Abdullah ibn Zübeyr də yəqin ki hədisi Misvərdən eşitmişdi
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa he�
"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abone
Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında namə
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün g�
İmam Mehdini (ə.f) bir çox peyğəmbərlərə bənzədirlər. İmam Mehdi (ə
Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etmək
Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilaset
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd
Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�
Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala