Deksametazon hansı xəstələrə nə vaxt vurulur?
Digərləri 12 Fev 2023 21:15:00 357 0
İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronaviruslu xəstələrdə effektiv təsir etməsi barədə Amerika və Avropa institutları məlumat verəndən sonra Azərbaycanda da həkimlər ağır koronavirus xəstələrində bu dərmandan istifadə etdiklərini bildirib.
Bu xəbəri də oxu: Yanacaq nasosunun ömrünü
Bundan sonra nəinki yüngül xəstələr, hətta adi qrip olan və ya heç xəstələnməyən insanlar apteklərdən bu dərmanı qutu-qutu almağa başlayıb.
Həkimlər isə bu hormonal preparatın normal orqanizmə dəhşətli fəsadlar verəcəyindən narahatdır. Bu dərman yalnız o halda istifadə olunur ki, artıq xəstə ölümlə qalım arasındadır və digər əks zərərlər əhəmiyyət daşımır.
Medicina.az deksametazonun koronavirus xəstələrində effekti barədə ilk geniş elmi təcrübəni keçirən Oksford Universitetinin tədqiqatını təqdim edir.
Onlar pandemiyanın əvvəlindən 11 000 koronavirux xəstəsu üzərində qızıl standart hesab edilən RECOVERY araşdırması aparıblar.
Burada həkimlər təyinatında koronavirus olmayan bir çox dərmanları təlimatdan kənar olaraq ağır koronavirus xəstələri üzərində sınayıblar. Bunlardan ən yaxşı nəticə verəni deksametazon olub. 2104 nəfər ağır xəstələrə 10 gün ərzində aşağı dozada bu dərmandan verilib. Bu qrupu digər bu dərman tətbiq olunmayan 4321 xəstə ilə müqayisə ediblər.
Məlum olub ki, steroid dərman qəbul edən süni tənəffüs aparatına qoşulmuş xəstələrdə ölüm 30% azalmışdır. Lakin özü nəfəs alan orta ağır və yüngül xəstələrdə deksametazon heç bir effekt verməmişdir.
Buna görə də indi bu dərman İVL aparatına qoşulmuş ölüm-dirim savaşında olan xəstələrə aşağı dozalarda tətbiq oluna bilər.
Artıq ÜST bu nəticəni "tibdə həyat qurtaran elmi inqilab" kimi dəyərləndirib.
Deksametazon 1960-cı ildən icad edilib, autoimmun, revmatik artrit, sistem qudeşənəyi, astma və allergik xəstəliklərdə istifadə edilir.
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında sila
Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox t
Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yar
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsə
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa he�
"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abone
Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında namə
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün g�