İqlim dəyişikliyinə qarşı mübarizədə daha yaxşı qarşılıqlı əlaqə qurmalıyıq UNESCO rəsmisi
Digərləri 16 Noy 2024 14:59:00 111 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Bu şəxslərin pensiyası artacaq
Budəfəki müsahibimiz UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosdur.
Son.az xəbər verir ki, o, Trend-ə açıqlamasında bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün daha yaxşı qarşılıqlı əlaqə qurmalıdırlar.
Qabriela Ramos, COP29-da maliyyələşməni razılaşdırmaq üçün çox vacib nailiyyətlərin əldə edildiyini bildirib:
"Bundan əvvəlki konfranslarda maliyyə ilə bağlı razılıqlara yaxınlaşılsa da, razılıq əldə olunmamışdı. Əsas mesajım odur ki, təslim olmadan birlikdə dünya naminə əlimizdən gələnin ən yaxşısını edək. Çünki buna, həqiqətən də, dünyanın, bəşəriyyətin ehtiyacı var. Bizim tərəflərin öhdəliklərinə, onların bərabər məsuliyyət daşımasına ehtiyacımız var. İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün daha yaxşı qarşılıqlı əlaqə qurmalıyıq".
"Mən COP29-dan çox yaxşı nəticələrin əldə olunmasını səbirsizliklə gözləyirəm. Anlayıram ki, müzakirələr iqlimin maliyyələşdirilməsi ilə bağlıdır. Məncə, bu, çox vacib elementdir. Bizə çox iddialı nəticələr lazımdır. Buna görə də ümid edirəm ki, iştirakçı ölkələr və bütün maraqlı tərəflər bizə lazım olan missiyanın yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklər. Hər kəsin tələb olunan maliyyəni təmin etməkdə davam etməsi çox vacibdir. Azərbaycan hökumətinə bu çox mühüm konfransa ev sahibliyi üçün təşəkkür edir və uğurlar arzulayıram", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
Yeni Zelandiyada Te Pati Maori millət vəkilləri rəqs edərək parlamentin ic
İraqda səlahiyyətlilər qadınlar üçün nikah yaş həddini 18-dən 9 yaşa
Tanınmış aparıcı Zaur Baxşəliyev televiziyadan getmə istəyindən danı�
Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi �
Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib. Ötən
Dünyanın gözü Bakıdadır. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi
ABŞ-da dünyasını dəyişən məşhur aktrisa Ahu Tuğbanın ölüm səbəbi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icr
Bu gün Əqrəb bürcü ulduzların xüsusi himayəsindədir. Enerjilər bu bür
Bu il Rusiyadan Ermənistana gələn turistlərin sayında azalma müşahidə ed
COP29 çərçivəsində keçirilən Parlament Görüşündə Azərbaycan Respubl
Narin Güranın qətli ilə bağlı yeni görüntülər üzə çıxıb.