Parlamentlərarası İttifaqın prezidenti Azərbaycana təşəkkür etdi


Siyasət 16 Noy 2024 14:15:00 121 0

Parlamentlərarası İttifaqın prezidenti Azərbaycana təşəkkür etdi

Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi üçün təşəkkür edirik. Bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq.

Trend xəbər verir ki, bu fikirləri Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

"İqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsir göstərir. Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib", - deyə Tulia Akson qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

SSRİnin "ilk gözəli" vəfat etdi like
  • 16 Noy 13:59  
Şou-biznes SSRİnin "ilk gözəli" vəfat etdi

Məşhur rusiyalı aktrisa Svetlana Svetliçnaya vəfat edib.

arrow Ətraflı
Azərbaycan etibarlı tərəfdaş kimi like
  • 16 Noy 13:54  
Digərləri Azərbaycan etibarlı tərəfdaş kimi

Dünyanın gözü Bakıdadır. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi

arrow Ətraflı
Ahu Tuğbanın ölüm səbəbi açıqlandı like
  • 16 Noy 13:50  
Şou-biznes Ahu Tuğbanın ölüm səbəbi açıqlandı

ABŞ-da dünyasını dəyişən məşhur aktrisa Ahu Tuğbanın ölüm səbəbi

arrow Ətraflı
COP29da BMT rəsmisi G20 liderlərinə çağırış etdi like
  • 16 Noy 13:41  
Digərləri COP29da BMT rəsmisi G20 liderlərinə çağırış etdi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icr

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 16 Noy 13:34  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Bu gün Əqrəb bürcü ulduzların xüsusi himayəsindədir. Enerjilər bu bür

arrow Ətraflı
Ruslar Ermənistana getməkdən imtina edir like
  • 16 Noy 13:27  
Dünya Ruslar Ermənistana getməkdən imtina edir

Bu il Rusiyadan Ermənistana gələn turistlərin sayında azalma müşahidə ed

arrow Ətraflı
Azərbaycanla Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalandı like
  • 16 Noy 13:17  
Siyasət Azərbaycanla Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalandı

COP29 çərçivəsində keçirilən Parlament Görüşündə Azərbaycan Respubl

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlandı like
  • 16 Noy 13:08  
Digərləri Sabahın hava proqnozu açıqlandı

Noyabrın 17-də gözlənilən hava şəraiti məlum olub.

arrow Ətraflı
Narinin qətli ilə bağlı yeni görüntülər  Məhkəmənin talehini həll edə bilər  FOTO like
  • 16 Noy 13:03  
Digərləri Narinin qətli ilə bağlı yeni görüntülər Məhkəmənin talehini həll edə bilər FOTO

Narin Güranın qətli ilə bağlı yeni görüntülər üzə çıxıb.

arrow Ətraflı
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? like
  • 16 Noy 12:54  
Siyasət Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir?

ABŞ-nin 2024-cü il prezident seçkilərindən sonra Donald Trampın mümkün a

arrow Ətraflı
Azərbaycanda illik inflyasiya oktyabrda 3.4 faizə düşüb like
  • 16 Noy 12:52  
Digərləri Azərbaycanda illik inflyasiya oktyabrda 3.4 faizə düşüb

2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyab

arrow Ətraflı
Azərbaycanda polis nəfəri vəfat etdi like
  • 16 Noy 12:45  
Digərləri Azərbaycanda polis nəfəri vəfat etdi

Tərtərdə polis nəfəri vəfat edib.

arrow Ətraflı
Rusiya XİNdən VACİB AÇIQLAMA: "Sualınızı erməni tərəfinə ünvanlayın" like
  • 16 Noy 12:43  
Dünya Rusiya XİNdən VACİB AÇIQLAMA: "Sualınızı erməni tərəfinə ünvanlayın"

​Ermənistan tərəfinin bəyanatları Ermənistan KTMT-nin müxtəlif səviyy

arrow Ətraflı
Azərbaycanda 6 minə 1200 m² ev satılır like
  • 16 Noy 12:37  
Digərləri Azərbaycanda 6 minə 1200 m² ev satılır

Azərbaycanda ucuz qiymətə fərdi yaşayış evləri satışa çıxarılıb.

arrow Ətraflı