Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib, istilik dalğaları çoxalıb Nazir müavini
Digərləri 16 Noy 2024 14:08:00 119 0
Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib. Ötən il bizdə 147 hadisə qeydə alınıbsa, bu ilin ötən dövründə onların sayı artıq 109-dur. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin son hesabatlarında istilik dalğalarının tezliyində və müddətində artım qeyd olunur. Azərbaycanda da istilik dalğaları çoxalıb.
Bu xəbəri də oxu: Rumen Radev Azərbaycana başsağlığı verib
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29-da "Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun, Səhiyyə Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tədqiqatları, metodologiyanın işlənib hazırlanması və əlaqələndirilmiş işi yeni növ məhsulun, yəni tibbi-meteoroloji proqnozların və xəbərdarlıqların buraxılması üçün əsas olub.
Bu proqnozlar həm ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar, həm də bütövlükdə əhali üçün hazırlanıb. İsti dövrdə istilik dalğalarının başlaması barədə erkən xəbərdarlıq istivurma və günvurma diaqnozu ilə təcili yardım çağırışlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. İsti günlərin sayının artmasına baxmayaraq, əhalinin məlumatlandırılması nəticəsində əvvəlki dövrlə müqayisədə təcili tibbi yardıma müraciətlərin sayı xeyli azalıb", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Dünyanın gözü Bakıdadır. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi
ABŞ-da dünyasını dəyişən məşhur aktrisa Ahu Tuğbanın ölüm səbəbi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icr
Bu gün Əqrəb bürcü ulduzların xüsusi himayəsindədir. Enerjilər bu bür
Bu il Rusiyadan Ermənistana gələn turistlərin sayında azalma müşahidə ed
COP29 çərçivəsində keçirilən Parlament Görüşündə Azərbaycan Respubl
Narin Güranın qətli ilə bağlı yeni görüntülər üzə çıxıb.
ABŞ-nin 2024-cü il prezident seçkilərindən sonra Donald Trampın mümkün a
2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyab
Ermənistan tərəfinin bəyanatları Ermənistan KTMT-nin müxtəlif səviyy
Azərbaycanda ucuz qiymətə fərdi yaşayış evləri satışa çıxarılıb.
Xəbər verdiyimiz kimi, artıq dünəndən etibarən mənzillərə istilik sist