Kombilərə son, yeni tikililərə də mərkəzi istilik veriləcək
Digərləri 16 Noy 2024 12:14:00 121 0
Xəbər verdiyimiz kimi, artıq dünəndən etibarən mənzillərə istilik sistemi verilib. İstər çoxmənzilli binalarda, istərsə də fərdi evlərdə istilik mənbələrinin seçimi vacibdir. Hazırda ölkəmizdə mənzillər və evlər müxtəlif üsullarla isidilir. Paytaxt Bakı və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının əksəriyyəti mərkəzi istilik sistemi ilə təmin edilir. Bununla yanaşı, kombi istilik sistemlərinə də böyük maraq var. Bir çox vətəndaş, xüsusən fərdi evlərində və çoxmərtəbəli binaların mənzillərində istilik sistemlərinin rahatlığı və sərfəliliyi səbəbindən kombi qurulmasına üstünlük verirlər. Lakin, hansı istilik sisteminin daha etibarlı və iqtisadi cəhətdən sərfəli olduğu barədə mübahisələr hələ də davam edir.
Bu xəbəri də oxu: Rusiyada fövqəladə vəziyyət elan edildi
Kombi ya mərkəzi istilik sistemi hansı daha sərfəlidir? Mövzu ilə bağlı Son.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.
O bildirib ki, kombi cihazlarının ekologiyaya və vətəndaşların maddi vəziyyətinə vurduğu zərər, xüsusilə geniş sahəli mənzillərdə daha çox nəzərə çarpır. Məsələn, belə mənzillərdə aylıq istilik ödənişləri 50 manatdan 150 manata qədər dəyişə bilir.
"Bu, həm ekoloji, həm də iqtisadi baxımdan problem yaradır. Çünki çoxmənzilli yaşayış binaları fərdi şirkətlər tərəfindən inşa edildiyindən gələcəkdə hər bir binada mərkəzi istilik sisteminin qurulması üçün avtomobil yollarının qazılması və digər infrastrukturların yenidən sıradan çıxması tələb oluna bilər. Bununla yanaşı, Bakı şəhərinin baş planı artıq 2040-cı ilə qədər hazır olunmuş formada olacaq. Şəhər yeni bir quruluş alacaq. Bu plana əsasən, gələcəkdə bütün binaların mərkəzi istilik sistemləri ilə təmin olunması nəzərdə tutulur. Beləliklə, yaxın gələcəkdə yeni tikilən binalar bu xətlə uyğun inşa edilərsə, vətəndaşlar öz mənzillərində istifadə etdikləri kombi sistemlərindən imtina edə bilərlər".
Ekspert qeyd edib ki, bütün bunlar ekologiyanın qorunmasına kömək edəcək və vətəndaşların maliyyə yükünü azaldacaq. Mərkəzi istilik sistemlərinin genişlənməsi həm enerji sərfiyyatını daha səmərəli hala gətirəcək, həm də ətraf mühitə vurulan təsiri minimuma endirəcək.
Aysel Əkbər Son.az
Avroviziya təmsilçimiz Dihaj "Wolt"dan şikayət edib.
Anasını xüsusi amansızlıqla öldürən şəxs Bakı Ağır Cinayətlər M�
"Evdə Tək Başına" filminin çəkildiyi villanın yeni görüntül�
Dövlət Xidməti korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir
Saxta malı əslindən belə ayırın
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Mil
Mebel seçərkən həm estetik, həm də funksional baxımdan doğru seçim etm�
Bütün dünyada hər noyabr ayının sonuncu cümə günü "Black Friday&q
"Porsche" xüsusi hazırlanmış 911 Dakar modelini təqdim edib.
Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sah�
Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.
Saxlanılan məşhur müğənni Sərdar Ortaç 25 milyon lirə itirib.
Bu gündən etibarən POS-terminal quraşdırılmayan vergi ödəyiciləri ilə
Yenidən prezident seçilən Tramp Kampaniyanın sözçüsü Stiven Çunqu Komm