Təyyarə qəzasında bu şirkətin 2 əməkdaşı həlak olub
Digərləri 26 Dek 2024 16:18:00 103 0
Qəzaya uğrayan AZAL-a məxsus Embraer ERJ-190 təyyarəsinin göyərtəsində 6 Qazaxıstan vətəndaşı olub.
Son.az xəbər verir ki, Qazaxıstanın "KazMunayQaz" şirkətinin kollektivi Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və bildiriblər ki, həlak olanlar arasında şirkətin 2 işçisi də olub:
"Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həmkarlarımız Baurjan Cumaqulov və Sandibek Tulesinov-un faciəli şəkildə həlak olmasını kədərlə bildiririk. "KazMunaiQaz" "ÖzenMunaiService" və "MunaiFieldService" şirkətlərinin vəfat etmiş əməkdaşlarının qohumlarına və yaxınlarına bütün lazımi yardımı göstərir", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Nərmin Son.az
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa ç�
Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak o
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al N
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əl
Qazaxıstanda qəzaya düşən təyyarənin qalıqları hələ də hadisə yerin
"Rovatineks" dərman vasitəsinin bir seriyası geri çağırılıb.
Bu, münasibətləri, dürüstlüyü və mühüm qərarlar qəbul etmək bacarı
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təs
AZAL-ın qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala saki
Qazaxıstanda qəzada həlak olan sərnişinlər arasında Ural Hava Yollarını
Ermənistan baş naziri Nikol Paşinyan COVID-19 testi müsbət çıxdığını
Aktau sakinləri təyyarə qəzasında həlak olanlar üçün qan vermək üçü
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb