Məhəmməd Şahbaz Şərif Prezidentə başsağlığı verib
Siyasət 26 Dek 2024 14:19:00 57 0
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı verib
Son.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.
Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azə
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərb
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng
Rza Kalkavan saxta spirtli içkidən dünyasını dəyişib.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdı
"Demək olar ki, Qroznıya eniş etməyə hazırlaşırdıq. Şəhər açı
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova AZAL-təyyarəsinin qəzaya uğram
Suriyada Bəşər Əsəd rejimini devirən müxalif "Heyət Təhrir əş-Ş
"Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus təyyarən
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolla
"Biz artıq enəndə zərbə iki oldu. Mən kreslodan yapışırdım. Sa�
"Sağ qalan şəxslərin ölkəyə gətirməsi günün ikinci yarsında hə
Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.