"Biz artıq enəndə iki zərbə oldu, mən kreslodan yapışdım"
Digərləri 26 Dek 2024 12:48:00 77 0
"Biz artıq enəndə zərbə iki oldu. Mən kreslodan yapışırdım. Sağ tərəf tamamilə uçdu, ön hissə partladı. Özümə gəldikdə gördüm ki, ayağım sıxılıb". Son.az xəbər verir ki, bunu Aktau yaxınlığında Embraer təyyarəsinin qəzaya uğramasından sonra sağ qalan Kristina deyib.
Bu xəbəri də oxu: Qəzada ölən sərnişinlərin və ekipaj üzvlərinin adları açıqlandı
Onun sözlərinə görə, təyyarə toqquşmadan əvvəl təxminən bir saat göydə dövr edib.
"Kabin xidmətçisi sərt eniş olacağını xəbərdarlıq etmişdi və başımızı aşağı salmağı məsləhət görmüşdü. Enmə zamanı gövdəyə vurulma hissi yaranıb, bu, mühərrikə quşun çırpılması kimi hiss olunub".
Pilotlar rusca danışmırdılar, buna görə Kristina təyyarənin arxa hissəsindəki oturacaq yoldaşından tərcümə etməsini xahiş edib. Yerdəki toqquşmadan sonra qız huşunu itirib. Özünə gələndə ayağının sıxıldığını görüb, ona tibbi müdaxilə edilib.
Qeyd edək ki, dünən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.
"Göyərtədə 37 Azərbaycan vətəndaşı olub - 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub - 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb", - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.
Ümumilikdə ölənlərin sayı 38 nəfər təşkil edir.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib. Aysel Əkbər Son.az
"Sağ qalan şəxslərin ölkəyə gətirməsi günün ikinci yarsında hə
Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.
"Qızım sərnişinləri atası və anasından üstün tutdu".
İrana məxsus Aseman Hava Yollarına məxsus təyyarə Məşhəd hava limanın
Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaran
Dekabrın 25-də Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Mura
Aktauda qəzaya uğrayan təyyarənin düşməzdən əvvəlki görüntülərin
Azərbaycan Mərkəzi Bankı (AMB) iki fiziki şəxsə verdiyi sığorta agenti
Bakıda Yeni il" bayramı ilə bağlı bəzədilmiş şam ağaclarının i
Dünən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli B
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş vermiş
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Aviasiya sahəsində ekspert Eduard Xəlilov təyyarə qəzalarında sərnişinl
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təy
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "