Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Digərləri 05 Fev 2025 19:05:00 60 0
Xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli plastik cərrah kimi tanınan həkim Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən danışıb.
Bu xəbəri də oxu: Bakıda ağır QƏZA
Son.az xəbər verir ki, vəkil teleqraf.com-a açıqlamasında deyib ki, birillik hüquqi mübarizə öz həllini tapıb.
"Biz bu məsələ ilə bağlı 2024-cü ilin əvvəlindən Səhiyyə Nazirliyinə müraciət etdik. Səhiyyə Nazirliyinə müraciət əsasında məlum oldu ki, Sevinc Heydərovanın ixtisası əvvəl nevropatoloq olub, sonradan ixtisasını dəyişdirib. İxtisasını dəyişərkən əsas göstərib ki, guya Sevinc Heydərova Türkiyədə "Bağcılar Eğitim ve Araştırma Hastanesi"ndə 2019-cu ildə təhsil alıb və orada çalışıb. Biz bu faktlar əsasında həmin xəstəxanaya sorğu göndərdik. Xəstəxanadan bildirdilər ki, Sevinc Heydərova həmin müddətdə sadəcə bir-iki gün cərrahiyyə kurslarında iştirak edib. Üç-altı ay nə təhsil alıb, nə də praktiki fəaliyyətlə məşğul olub. Biz sənədləri Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə və Türkiyədə müvafiq quruma təqdim etdik.
Çünki ortada saxta sənəd məsələsi və sənədlərin professor Mehmet Bozkurt tərəfindən verildiyi iddia edilmişdi. Amma Mehmet Bozkurt bildirdi ki, Sevinc Heydərovaya sertifikat verməyib və sənədlər ona aid deyil. Sonradan məlum oldu ki, Sevinc Heydərovanın ixtisas dəyişimi qanunsuz şəkildə aparılıb. Beləliklə, bu gün Sevinc Heydərovanın lisenziyası ləğv edildi", - deyə vəkil bildirib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə uğursuz göz əməliyyatına görə Sevinc Heydərovanı məhkəməyə verib.
Suriya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Şaar kö
Hər bir qadının öz xarakteri var, lakin bəzi bürc əlamətləri bir şey s
Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yax�
"Amerikada İlon Maskın yüksək dövlət vəzifəsinə təyinatı ciddi r
Məşhur model Deniz Akkaya son günlər qızı ilə yaşadığı qalmaqallı ha
AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov v
Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları ə
Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" b
5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günl
Evimizi ən təhlükəsiz yer hesab edirik, lakin gündəlik istifadə etdiyimiz
Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cə
Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da &
6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən və "əsrin fəlakəti
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çər