"Qış təlimi 2025"in "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Digərləri 05 Fev 2025 18:02:00 77 0
Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" birgə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar monitorda və ərazinin sxemi üzərində təqdim olunub, videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib.
Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxış keçirib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Qış təlimi - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib. Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyuş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.
Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.
Təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günl
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Evimizi ən təhlükəsiz yer hesab edirik, lakin gündəlik istifadə etdiyimiz
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da &
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən və "əsrin fəlakəti
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çər
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Sevgililər Günündə Türkiyənin məşhur müğənnisi Ebru Gündeş möhtə�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakı metrosunda qatarlardan birinin kamerasında su sızması baş verib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Fevral ayı hər zaman bürclərlə bağlı maraqlı məlumatlar gətirir. Bu ay
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyəli məşhur aktyorlar Belçim Bilgin və Mehmet Günsür uzun fasilən
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Xarici kiber müdaxilələrlə 2024-cü ildə 16 804 fakt üzrə vətəndaşlar
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bəzi kolbasalarda ət əvəzinə toyuq başına rast gəlinib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)