Gözəllik salonlarında çalışanlara XƏBƏRDARLIQ cinayət məsuliyyətinə cəlb olunacaqlar...


Digərləri 05 Fev 2025 22:38:00 66 0

Gözəllik salonlarında çalışanlara XƏBƏRDARLIQ  cinayət məsuliyyətinə cəlb olunacaqlar...

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi gözəllik salonlarında həyata keçiriləcək bir sıra qadağalarla bağlı Musavat.com-un suallarını cavablandırıb.

- Gözəllik salonlarında nə zamandan yoxlamalara başlanacaq? Bildirilir ki, lazer epilyasiyası və kosmetoloji prosedurlar yalnız klinikalarda həyata keçirilməlidir. Fəaliyyəti uyğunsuz olanları nə kimi cərimə və cəzalar gözləyir?

- Sorğunuza əsasən bildiririk ki, lazer üsulu ilə epilyasiya proseduru tibbi kosmetologiyaya aid olub, icrası yalnız tibb müəssisələrində, tibb təhsili olan mütəxəssislər tərəfindən (ixtisaslı həkim-dermatoloqun nəzarəti altında, dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı tərəfindən) həyata keçirilməlidir.

Gözəllik salonları bərbər və vizajist xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan sahibkarlıq subyektləri olduğuna görə, onların fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyinə aid deyil və aidiyyəti qurumlar tərəfindən tənzimlənir. Eyni zamanda, gözəllik salonları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli, 37 nömrəli əmri ilə təsdiqlənmiş "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar"a cavab vermədiyindən, həmin müəssisələrdə tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir.

Gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaşlardan və yerli dövlət özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda, Analitik Ekspertiza Mərkəzi tərəfindən plandan kənar yoxlamalar aparılır. Əgər həmin xidmətlərin göstərilməsi yoxlamalar zamanı təsdiqini taparsa, sahibkar subyektlərinə inzibati tənbeh tədbirləri tətbiq edilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunur.

Bu səbəbdən, gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsinin sahibkar subyektləri tərəfindən dayandırılması zəruridir. Əks halda, onlar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

- Mütəxəssislərin tibb sahəsi üzrə ali təhsilli olması mütləqdirmi? Bu məsələ daha çox narazılıq yaradıb. Qeyd edilir ki, Bakıda müxtəlif kurslar təşkil olunur, "Qara Qarayev", "Gənclik", "Neftçilər" metrostansiyalarının yaxınlığında belə kurslar var. Bu kursları bitirənlər həmin klinikalarda çalışa bilərlərmi? Məsələn, peşə məktəblərində lazer epilyasiyası üzrə ixtisaslarda oxumaq kifayətdirmi?

- Tibbi kosmetoloji prosedurların icrası yalnız tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim-dermatoloqun nəzarəti altında, dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməlidir.

"İnstapower"in Azərbaycan üzrə nümayəmdəsinə hökm oxundu like
  • 05 Fev 22:30  
Kriminal "İnstapower"in Azərbaycan üzrə nümayəmdəsinə hökm oxundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "İns

arrow Ətraflı
Rusiya onda nüvə silahından istifadə edəcək ki... like
  • 05 Fev 22:29  
Digərləri Rusiya onda nüvə silahından istifadə edəcək ki...

Rusiya və Belarusa hücum edilərsə və ərazi bütövlüyünə təhlükə yar

arrow Ətraflı
Nigeriyada məktəbdə yanğın: Xeyli sayda şagird öldü like
  • 05 Fev 22:18  
Dünya Nigeriyada məktəbdə yanğın: Xeyli sayda şagird öldü

Nigeriyanın Zamfara əyalətinin Kaura-Namoda yerli idarəetmə bölgəsində m

arrow Ətraflı
"Özünə sənətkar deyən kişi, bir "iPhone"a satılır" like
  • 05 Fev 22:09  
Şou-biznes "Özünə sənətkar deyən kişi, bir "iPhone"a satılır"

"Fikirləşdim ki, susum, danışmayım, amma görürəm ki, alınmır. İs

arrow Ətraflı
Hansı avtomobillər keyfiyyətsizdir? like
  • 05 Fev 22:01  
Digərləri Hansı avtomobillər keyfiyyətsizdir?

Ölkəmizə gətirilən və ucuz satılan nəqliyyat vasitələrinin əksəriyy�

arrow Ətraflı
Ağır qəzaya düşən müğənni hər şeyi etiraf etdi like
  • 05 Fev 21:53  
Şou-biznes Ağır qəzaya düşən müğənni hər şeyi etiraf etdi

Ağır yol qəzasına düşən müğənni Aila Rainin səhhəti yaxşılaşıb.

arrow Ətraflı
Dilqəm Məhərrəmov və xanımı lisenziyasız qaldı like
  • 05 Fev 21:46  
Digərləri Dilqəm Məhərrəmov və xanımı lisenziyasız qaldı

Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnamə

arrow Ətraflı
Laçında aşan yük avtomobilinin görüntüsü like
  • 05 Fev 21:36  
Digərləri Laçında aşan yük avtomobilinin görüntüsü

Xəbər verdiyimiz kimi, Laçın rayonunun Pircahan kəndi ərazisində ağır y

arrow Ətraflı
Bu şəxslər artımlardan sonra 540 manat pensiya alacaq like
  • 05 Fev 21:21  
Digərləri Bu şəxslər artımlardan sonra 540 manat pensiya alacaq

500 manat pensiya alan şəxs artımlardan sonra 540 manat pensiya almış olaca

arrow Ətraflı
Bu məktəbdə yoxlamalar BAŞLADI like
  • 05 Fev 21:14  
Digərləri Bu məktəbdə yoxlamalar BAŞLADI

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şag

arrow Ətraflı
Argentina ÜSTdən çıxır like
  • 05 Fev 21:05  
Dünya Argentina ÜSTdən çıxır

Argentina Prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatınd

arrow Ətraflı
KİV: USAID Qazaxıstanda fəaliyyətini dayandırır like
  • 05 Fev 21:00  
Dünya KİV: USAID Qazaxıstanda fəaliyyətini dayandırır

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qazaxıstanda işini dayandır�

arrow Ətraflı
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı like
  • 05 Fev 20:54  
Digərləri Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı

Yağ qabından gitara düzəldən Natiq Meybullayevi, Acun Ilıcalının media �

arrow Ətraflı
İnternetdə avtomobilini satmaq istəyən şəxslərin DİQQƏTİNƏ like
  • 05 Fev 20:43  
Digərləri İnternetdə avtomobilini satmaq istəyən şəxslərin DİQQƏTİNƏ

Avtomobil sahibi Sərxan Ələkbərzadəyə internetdə avtomobilini satmaq məq

arrow Ətraflı