Rusiya ikinci “Malayziya Boingi” hadisəsi yaşatmaq istəyir: Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır


Siyasət 05 Fev 2025 20:48:00 58 0

Rusiya ikinci “Malayziya Boingi” hadisəsi yaşatmaq istəyir: Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır.

Trend xəbər verir ki, ilkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib.

Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.

Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer "Ковер" əməliyyatı barədə Qoznıya məlumat verir.

Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.

Hesabatdan bu çıxarışları verməkdə məqsədimiz Rusiya tərəfinə məsuliyyətini bir daha xatırlatmaqdır. Belə ki, dünən hesabat yayılandan sonra Rusiyanın aidiyyəti qurumları, xüsusən də "Rosaviasia" məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır.

Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür.

Rusiya tərəfi bununla "Malayziya Boing-2" vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.

Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir.

Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə "Ковер" əməliyyatı barədə Qoznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının "Ковер" əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib.

Qazaxıstanın açıqladığı ilkin hesabatda açıq şəkildə qeyd olunub ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr təyyarənin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

Təyyarənin füzelyajında aşkar olunan zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

Bu qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil.

Kənar obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.

Atəş əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.

Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var", - deyə mənbə bildirib.

Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı təəssüf doğurur. Halbuki araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya və istehsalçı ölkə olan Braziliyadan olan mütəxəssislər də iştirak edir. Başqa sözlə, ilkin hesabatda əksini tapmış məqamlar Rusiya tərəfinə də məlumdur.

Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu "Pantsir-S" raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.

Bununla belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdır.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

İnternetdə avtomobilini satmaq istəyən şəxslərin DİQQƏTİNƏ like
  • 05 Fev 20:43  
Digərləri İnternetdə avtomobilini satmaq istəyən şəxslərin DİQQƏTİNƏ

Avtomobil sahibi Sərxan Ələkbərzadəyə internetdə avtomobilini satmaq məq

arrow Ətraflı
Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı like
  • 05 Fev 20:39  
Dünya Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbə

arrow Ətraflı
Pensiya, müavinət və təqaüdlərdə hansı yeni artımların olacaq? like
  • 05 Fev 20:33  
Digərləri Pensiya, müavinət və təqaüdlərdə hansı yeni artımların olacaq?

1,1 milyon pensiyaçıya şamil olunan bu artım üçün illik əlavə olaraq 53

arrow Ətraflı
Azərbaycanda ən çox istifadə olunan sosial ŞƏBƏKƏLƏR like
  • 05 Fev 20:24  
Digərləri Azərbaycanda ən çox istifadə olunan sosial ŞƏBƏKƏLƏR

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnst

arrow Ətraflı
İmamoğlu həbs oluna bilər  7 il 4 ay like
  • 05 Fev 20:13  
Dünya İmamoğlu həbs oluna bilər 7 il 4 ay

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun

arrow Ətraflı
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb like
  • 05 Fev 19:58  
Digərləri Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb

Jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb.

arrow Ətraflı
Müəllimlərin sertifikasiyası hələ də gecikir like
  • 05 Fev 19:53  
Digərləri Müəllimlərin sertifikasiyası hələ də gecikir

Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi i

arrow Ətraflı
KOBİAnın Müşahidə Şurasının iclası keçirilib like
  • 05 Fev 19:51  
Digərləri KOBİAnın Müşahidə Şurasının iclası keçirilib

KOBİA-nın Müşahidə Şurasının iclasında Agentliyin 2024-cü il üzrə he

arrow Ətraflı
Azərbaycanda 700 min nəfərin maaşı artacaq like
  • 05 Fev 19:49  
Digərləri Azərbaycanda 700 min nəfərin maaşı artacaq

Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir. Bunun 400

arrow Ətraflı
Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır like
  • 05 Fev 19:44  
Digərləri Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin

arrow Ətraflı
Fermerlərin bu xərclərini dövlət qarşılayacaq like
  • 05 Fev 19:37  
Digərləri Fermerlərin bu xərclərini dövlət qarşılayacaq

Artıq fermerlər dövlət dəstəyinin verdiyi imkanlardan yararlana biləcək.

arrow Ətraflı
İrem yeni eşqini elan etdi  Görün kim imiş like
  • 05 Fev 19:25  
Şou-biznes İrem yeni eşqini elan etdi Görün kim imiş

Türkiyəli müğənni İrem Derici yeni eşq yaşamağa başlayıb.

arrow Ətraflı
Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar bu tarixdə ödəniləcək like
  • 05 Fev 19:24  
Digərləri Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar bu tarixdə ödəniləcək

Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilm�

arrow Ətraflı
Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaqlar like
  • 05 Fev 19:23  
Digərləri Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaqlar

Azərbaycanda bir qrup təhsilalanlar dövlət tərəfindən qida ilə təchiz o

arrow Ətraflı