Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır
Digərləri 05 Fev 2025 19:44:00 68 0
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 156 və 158 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu xəbəri də oxu: Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar bu tarixdə ödəniləcək
Son.az bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Müsabiqə üçün sənədlər 6 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 156 nömrəli şəhərətrafı (Hökməli qəsəbəsi - "Memar Əcəmi" metrostansiyası ("Beton yol" əlaqələndirməklə)) və 158 nömrəli şəhərətrafı (Xocəsən qəsəbəsi - "Memar Əcəmi" metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda aprelin 4-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
AZAL-ın J2-8243 reysi üzrə Bakı-Qroznı reysini həyata keçirən "Embr
Artıq fermerlər dövlət dəstəyinin verdiyi imkanlardan yararlana biləcək.
Türkiyəli müğənni İrem Derici yeni eşq yaşamağa başlayıb.
Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilm�
Azərbaycanda bir qrup təhsilalanlar dövlət tərəfindən qida ilə təchiz o
"Delta Air Lines" hava yolları şirkətinə məxsus, göyərtəsində
Xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli plastik cərrah kimi ta
Suriya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Şaar kö
Hər bir qadının öz xarakteri var, lakin bəzi bürc əlamətləri bir şey s
Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yax�
"Amerikada İlon Maskın yüksək dövlət vəzifəsinə təyinatı ciddi r
Məşhur model Deniz Akkaya son günlər qızı ilə yaşadığı qalmaqallı ha
AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov v
Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları ə
Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" b