Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar bu tarixdə ödəniləcək
Digərləri 05 Fev 2025 19:24:00 56 0
Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır.
Bu xəbəri də oxu: Televiziyalara yeni tələb: işarət dili də olacaq
Trend xəbər verir ki, bunu dövlət başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov vurğulayıb.
Sədr bildirib ki, sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
"Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.
Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb", - o əlavə edib.
Sədrin sözlərinə görə, dövlətimizin başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.
"Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.
Habelə fevralın 1-dən minimum pensiyanın 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılması nəzərdə tutulub. Müavinət və təqaüdlər də yaxın aylarda artırılacaq.
Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir", - Məmişov vurğulayıb.
Azərbaycanda bir qrup təhsilalanlar dövlət tərəfindən qida ilə təchiz o
"Delta Air Lines" hava yolları şirkətinə məxsus, göyərtəsində
Xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli plastik cərrah kimi ta
Suriya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Şaar kö
Hər bir qadının öz xarakteri var, lakin bəzi bürc əlamətləri bir şey s
Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yax�
"Amerikada İlon Maskın yüksək dövlət vəzifəsinə təyinatı ciddi r
Məşhur model Deniz Akkaya son günlər qızı ilə yaşadığı qalmaqallı ha
AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov v
Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları ə
Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" b
5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günl
Evimizi ən təhlükəsiz yer hesab edirik, lakin gündəlik istifadə etdiyimiz
Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cə
Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da &