"Hüquqşünas kimi işə başlayacaqdı, son uçuşları idi" Hökumənin atası DANIŞDI FOTO
Digərləri 26 Dek 2024 11:15:00 71 0
Dünən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bu xəbəri də oxu: Şok versiya: təyyarə raket zərbəsi...
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara görə 39 nəfər həyatını itirib.
Həyatını itirən şəxslər içərisində "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyeva da var.
Modern.az Hökümə Əliyevanın atası Cəlil Alıyev ilə əlaqə saxlayıb.
Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.
"1993-cü ildə kəndimizin işğalı səbəbi ilə məcburi köçkün kimi Bərdə rayonun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşmışdıq. 1996-cı ildə isə Rusiyaya köçdük, bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökümə burada 1-ci sinifdən 6-cı sinifə qədər şəhərin 178 nömrəli məktəbində oxudu, daha sonra Gəncə şəhərinə köçdük. Hökumə təhsilini burada davam etdirdi, Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, daha sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi", - atası bildirib.
Ailəyə rəsmi qurumlardan bildirilib ki, Hökümə Əliyevanın nəşi ən qısa zamanda ailənin yaşadığı Gəncə şəhərinə aparılacaq.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş vermiş
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Aviasiya sahəsində ekspert Eduard Xəlilov təyyarə qəzalarında sərnişinl
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təy
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "
Türkiyəli tanınmış simalar Aktauda baş verən təyyarə qəzası nəticəs
Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər "Pantsir-S1″ hav
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Aktaudan Moskva
Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan Hava Yolları" aviaşirk
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Sosial şəbəkələrdə İlon Maskın maraqlı görüntüsü yayılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tula vilayətinin Uzlovs
BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərni
VÇK-OGPU tərəfindən "Bakı-Qroznı" reysi ekipajının Qroznı dis