19 il sonra, yenə dekabr, yenə


Dünya 26 Dek 2024 09:45:00 124 0

19 il sonra, yenə dekabr, yenə

Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı təyyarədə 67 nəfər olub və onlardan 29-u sağ qalıb.

Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir. Bu hal demək olar ki, dünyada tez-tez yaşanır. Təyyarənin quşlarla toqquşması hava gəmisinin mühərriklərinə ziyan vurduğu üçün pilotlara problem yaradır.

Hətta dünyada baş vermiş ən məşhur təyyarə qəzalarından biri də quşlarla toqquşmadan sonra olub. 2009-cu ildə ABŞ Hava Yollarına məxsus "TWE1549" səfər saylı təyyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra quşlarla toqquşub. Həmin vaxt hava gəmisinin kapitanı Salli Sulenberqer təyyarəni Hudzon çayına endirə bilib. Məhz bundan sonra o, ABŞ-də məşhurlaşıb və haqqında film çəkilib. İndi də ABŞ-də "Hudzon möcüzəsi" ifadəsi geniş yayılıb. Pilot ölkəsində qəhrəman elan edilib. Çünki o, təyyarədəki 155 nəfərin hamısının həyatda qalmasına səbəbkar olub. 

Bununla yanaşı, bu gün baş verən qəzadan sonra Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzalarının sayı və baş verdiyi illər izləyicilərdə maraq yaradıb.

Müstəqillik dövrümüzdə Azərbaycan təyyarələri 4 dəfə qəzaya uğrayıb.

İlk qəza 1995-ci ildə baş verib. Naxçıvandan Bakıya uçan TU-134 B-3 təyyarəsi qəzaya düşüb. Hava gəmisinin göyərtəsində 76 sərnişin və 6 ekipaj üzvü olub. 4-ü ekipaj üzvü olmaqla 52 nəfər həyatını itirib. Qəzanın günahkarı pilotlardan biri olub. Belə ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb. Pilot isə işləməyən mühərrik əvəzinə işləyən digər mühərriki söndürüb. Bu zaman 60 metr hündürlükdə saatda 317 km-lə uçan təyyarə yerə çırpılıb. Təyyarə qəzaya uğrayan zaman həm də elektrik xətlərinə ilişib və aşıb. Bu da əlavə itkilərə səbəb olub. 

1997-ci ildə isə Azərbaycan Hava Yollarının tarixində 2-ci qəza baş verib.

Mayın 15-də Gəncədə təlim uçuşu həyata keçirən YAK-40 təyyarəsi qəzaya uğrayıb. Belə ki, uçuş zamanı hava gəmisində problem yaranıb və təyyarə yaşayış binalarına çırpılmaq təhlükəsi ilə üz-üzə qalıb. Pilotların səyi nəticəsində təyyarə yaşayış binasına deyil, yerə çırpılıb. Göyərtədə olan 6 pilotun hamısı həyatını itirib.

2005-ci ildə baş verən növbəti qəzanın isə bugünkü qəza ilə oxşar cəhəti var.

Belə ki, 19 il öncə Bakıdan Aktauya uçan AN-140 təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra radarlardan itib. Hava gəmisi axtarışına start verilib. Təyyarə Bakı Beynəlxalq Hava Limanından 18 km aralıda - Nardaran ərazisində yerə çırpılmış vəziyyətdə tapılıb. Hava gəmisində olan 23 nəfərin hamısı həlak olub. Onlardan 5-i ekipaj üzvü, 18-i isə sərnişin idi. Maraqlıdır ki, həmin hadisə də dekabrda - ayın 23-ü baş vermişdi. Həmin vaxtkı təyyarənin Aktauya uçması və hadisənin dekabrda baş verməsi bugünkü qəza ilə oxşarlıq təşkil edir.

Bunlar texniki nasazlıqlar səbəbindən baş verən qəzalar idi.  Azərbaycan Hava Yolları tarixində raketlə vurulmuş təyyarə qəzası da var.

Belə ki, 2011-ci ilin iyulunda "Silk Way" aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətinə 18 tonluq yük aparıb. Əfqanıstan üzərinə çatdığı zaman təyyarənin pilotları ilə əlaqə kəsilib. Müəyyən olunub ki, təyyarə "Taliban" terror qruplaşması tərəfindən vurulub. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşı olub.

Qeyd edək ki, təyyarələr dünyanın ən təhlükəsiz nəqliyyatı sayılır. Belə bir deyim var ki, təyyarə qəzasında həlak olanların sayı ilan vurması nəticəsində ölənlərin sayından daha azdır. Amma təyyarələrdə yaranan nasazlıqlar və problemlər zamanı xilas olmaq şansı çox az olur. Dünyada baş vermiş təyyarə qəzaları zamanı adətən hava gəmisində olanların çoxu həyatını itirir.

Avro ucuzlaşdı, dollar bu qiymətə oldu like
  • 26 Dek 09:26  
Digərləri Avro ucuzlaşdı, dollar bu qiymətə oldu

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

arrow Ətraflı
Milyader Mask trilyonerlərlə görüşdü  VİDEO like
  • 26 Dek 09:21  
Digərləri Milyader Mask trilyonerlərlə görüşdü VİDEO

Sosial şəbəkələrdə İlon Maskın maraqlı görüntüsü yayılıb.

arrow Ətraflı
"Haval"ın Rusiyadakı zavodu yandı like
  • 26 Dek 09:16  
Digərləri "Haval"ın Rusiyadakı zavodu yandı

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tula vilayətinin Uzlovs

arrow Ətraflı
Quterreş Azərbaycana başsağlığı verdi like
  • 26 Dek 09:07  
Dünya Quterreş Azərbaycana başsağlığı verdi

BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərni

arrow Ətraflı
Ekipajın Qroznı dispeçeri ilə danışıqları yayımlandı like
  • 26 Dek 09:00  
Digərləri Ekipajın Qroznı dispeçeri ilə danışıqları yayımlandı

VÇK-OGPU tərəfindən "Bakı-Qroznı" reysi ekipajının Qroznı dis

arrow Ətraflı
Qaraciyəri xilas edən gözlənilməz tərəvəzin adı açıqlandı like
  • 26 Dek 08:59  
Digərləri Qaraciyəri xilas edən gözlənilməz tərəvəzin adı açıqlandı

Populyar tərəvəzlərdən biri qaraciyərin qorunmasında əhəmiyyətli köm�

arrow Ətraflı
Əsma Əsədin sağ qalma şansını 50/50dir like
  • 26 Dek 08:56  
Dünya Əsma Əsədin sağ qalma şansını 50/50dir

Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Asma Əsədin k�

arrow Ətraflı
Dünənki faciə dünya mediasında like
  • 26 Dek 08:47  
Digərləri Dünənki faciə dünya mediasında

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau

arrow Ətraflı
Konsertlərini təxirə saldılar like
  • 26 Dek 08:38  
Digərləri Konsertlərini təxirə saldılar

Daha bir neçə mədəni tədbir və konsert təxirə salınıb.

arrow Ətraflı
Sumqayıtda 30 yaşlı kişi iynədən şoka düşərək öldü like
  • 26 Dek 08:35  
Digərləri Sumqayıtda 30 yaşlı kişi iynədən şoka düşərək öldü

Sumqayıtda 30 yaşlı kişi iynədən şoka düşərək ölüb.

arrow Ətraflı
Təyyarə qəzasında sağ qalanların yeni like
  • 26 Dek 08:25  
Digərləri Təyyarə qəzasında sağ qalanların yeni

İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən

arrow Ətraflı
FHNnin həkim və xilasedicilərindən ibarət qrupu Aktaudadır like
  • 26 Dek 08:23  
Digərləri FHNnin həkim və xilasedicilərindən ibarət qrupu Aktaudadır

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyya

arrow Ətraflı
Sosial yardım nə qədər artacaq? like
  • 26 Dek 08:17  
Digərləri Sosial yardım nə qədər artacaq?

Gələn ildən ünvanlı sosial yardım artacaq.

arrow Ətraflı
Bacılarım sonuncu dəfə mesaj yazdılar ki… like
  • 26 Dek 08:10  
Digərləri Bacılarım sonuncu dəfə mesaj yazdılar ki…

Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinin yaxınları faciə ilə bağl

arrow Ətraflı
Bu gün matəmlə əlaqədar nələr qadağandır? like
  • 26 Dek 08:03  
Digərləri Bu gün matəmlə əlaqədar nələr qadağandır?

Sabah matəmlə əlaqədar nələr qadağandır?Dekabrın 25-də Bakı-Qroznı r

arrow Ətraflı