Tarixin ən böyük yanğını Kaliforniya necə külə çevrildi?
Dünya 13 Yan 2025 12:26:00 70 0
12 yanvar 2025-ci ildə Los Anceles şəhərində baş verən yanğınlar tarixinin ən böyük və dəhşətli meşə yanğınlarından hesab olunur.
Bu xəbəri də oxu: Bu ölkədə təyyarə timsahlarla dolu çaya düşdü ölən və yaralanan var
Son.az xəbər verir ki, yanğınlar nəticəsində ən azı 24 nəfər həyatını itirib, 10 mindən çox ev və iş yeri külə dönüb. 153 min insan təxliyə edilib, 166 min insan isə təxliyə əmrlərinə hazır olmaq barədə xəbərdar edilib.
Los-Ancelesdəki yanğın qəsdən törədilib? - Gizli mesaj ifşa olduYanğın 4 gündür davam edir və azı 13 min hektar yaşayış məntəqəsi külə dönüb. Ən böyük yanğınlar Palisades və Eaton bölgələrində baş verib və hələ də nəzarətdən çıxmış vəziyyətdədir. Yanan ərazilərdə 150 milyard dollar dəyərində maliyyə itkisi baş verib.
Yanğından ən çox zərər görən ərazilərdən biri də Malibu olub. Bu bölgə təbii gözəlliyi və dəbdəbəli həyat tərzi ilə tanınır. Yanğın nəticəsində Malibu çimərlikləri və ətraf sahələr tanınmaz hala gəlib. Eyni zamanda, məşhur aktyorlar Billy Crystal, Eugene Levy, Mel Gibson və Paris Hilton kimi məşhurlar da bu yanğından evlərini itirənlər arasındadır.
Maxar Technologies tərəfindən təqdim edilən peyk görüntüləri yanğının miqyasını daha yaxşı göstərir. Yanğının başlanğıcında Malibu sahil xətti əvvəlki vəziyyəti ilə müqayisə edildikdə, kəskin şəkildə dəyişmişdir.
Yanğınların nəzarət altına alınmaması və çox geniş sahələrə yayılması, yerli hakimiyyətin hazırlıqsız olduğunu göstərir. Baş verən yanğınlar yerli əhalinin və mütəxəssislərin ciddi tənqidlərinə səbəb olub. Ərazidə yaşayanlar yerli məmurları da sorğuya çəkirlər, çünki hakimiyyətin yanğına hazırlıqsız yaxalandığını və adekvat reaksiya vermədiyini bildirirlər. Yanğın zamanı şəhər bələdiyyəsinin sədri Karen Bassın şəhərdən kənarda olması da bu tənqidləri daha da gücləndirib. Bununla yanaşı, yanğınsöndürmə işləri zamanı şlanqlara bərkidilə bilən su kranlarının səmərəsizliyi də müzakirə olunur.
Bu ilki yanğınların sürətlə yayılmasının səbəbləri arasında hidroklimat dəyişiklikləri və Santa Ana küləklərinin təsiri ön plana çıxır. 2024-cü ildə El Nino ilə əlaqəli güclü yağış dövründən sonra, son aylarda yağıntıların olmaması, meşə yanğınlarının daha tez və geniş yayılmasına şərait yaradıb. Küləkləri də yanğınların genişlənməsinə səbəb olub. Bu küləklər sürəti saatda 130 kilometrə çata bilər və yerli bitki örtüyündən daha çox nəm çıxara bilər, nəticədə yanğınlar daha sürətlə yayılır.
2018-ci ilin ən dəhşətli yanğını olan Camp yanğını ilə müqayisədə bu ilki hadisə daha geniş miqyaslı və ağır nəticələrə səbəb olub.
Nərmin Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmi
Qeyri-rəsmi birlikdə yaşadığı kişini öldürməkdə ittiham olunan Ruhiyy
Aliment deyəndə çoxlarının ağlına yalnız boşanmadan sonra valideynlərd
Son vaxtlar Nikol Paşinyanın bəyanatlarına əsasən Ermənistan, nəhayət,
İstanbulda tender fırıldaqçılığı ilə əlaqədar əməliyyat çərçivə
Ötən il dekabrın 25-də Bakı - Qroznı reysini yerinə yetirən Azərbaycan
Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəl
Qanda şəkər sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır və on
Almaniyanın Brandenburq əyalətində 35 ildən sonra ilk dəfə camış sürü
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün iş planı
Prezident İlham Əliyev ötən həftə Samir Şərifovu maliyyə naziri vəzif�
Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün Azərbaycan Respub
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Sumqayıtda avtomobilin içərisində yanaraq, ölən şəxs narkotik istifadə�
Amerikalı iş adamı, milyarder İlon Mask Kaliforniyanın Los-Anceles şəhər