Şok versiya: təyyarə raket zərbəsi...
Digərləri 26 Dek 2024 09:56:00 54 0
Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər "Pantsir-S1″ hava hücumundan müdafiə raketinin zərbəsinin nəticələrinə bənzəyir.
Bu xəbəri də oxu: Təyyarədən sağ çıxan rusiyalı stüardessanın cəsarətindən danışdı
Son.az xəbər verir ki, bu barədə öz təhlillərini dərc edən OSINT analitikləri fikir səsləndiriblər.
Analitik Oliver Aleksandrın fikrincə quşlarla toqquşma zamanı təyyarədə bu cür dəliklər açıla və belə zərər dəyə bilməz.
"Əgər zərər quşların vurulması və ya təyyarənin yerə çırpılması nəticəsində yaransaydı, o zaman dəliklərin ətrafındakı gövdədə daha çox çuxurlar yaranardı. Belə görünür ki, təyyarəyə dəyən zərbənin gövdəni deşmək üçün kifayət qədər kinetik enerjisi olub".
"Bild"in hərbi analitiki Julian Röpke adı açıqlanmayan aviasiya eksperti ilə danışıb. Aviasiya eksperti isə bu qəzanın xarici təsir nəticəsində baş vermə ehtimalının ola biləcəyini deyib.
Quşlarla toqquşma versiyasını qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev də istisna edib. Onun sözlərinə görə, bu halda mühərriklərdən biri sıradan çıxsa belə, təyyarə ikinci mühərriklə uçuşunu davam etdirə bilərdi.
"AeroDinamik Advisory" konsaltinq şirkətinin analitiki Riçard Aboulafia "Reuters" agentliyinə bildirib ki, quşların zərbələri adətən təyyarənin ən yaxın sahəyə enməsi ilə nəticələnir. "Bu zaman təyyarəyə nəzarəti itirmək mümkündür, ancaq nəticədə ən yaxın məsafəyə eniş etmək olar".
Hərbi ekspert Yan Matveev isə bildirib ki, gövdəyə dəyən zərərin bir hissəsi silindrik formadadır ki, bu da "Pantsir-S1" raketinin vurucu elementlərinin formasına uyğundur. Üstəlik, əgər təyyarə kifayət qədər hündürlükdədirsə, o zaman bu raketin gücü təyyarəni dərhal sıradan çıxarmaq üçün kifayət etməyə bilər.
CIT analitik qrupunun təsisçisi Ruslan Leviev deyir ki, qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsinə bənzəyir. Eyni zamanda, Leviev bunun raket zərbəsi olduğunu iddia etməyə hazır olmadığını vurğulayıb. /Globalinfo.az
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Aktaudan Moskva
Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan Hava Yolları" aviaşirk
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Sosial şəbəkələrdə İlon Maskın maraqlı görüntüsü yayılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tula vilayətinin Uzlovs
BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərni
VÇK-OGPU tərəfindən "Bakı-Qroznı" reysi ekipajının Qroznı dis
Populyar tərəvəzlərdən biri qaraciyərin qorunmasında əhəmiyyətli köm�
Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Asma Əsədin k�
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau
Sumqayıtda 30 yaşlı kişi iynədən şoka düşərək ölüb.
İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyya