Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Dünya 26 Dek 2024 13:41:00 70 0
Suriyada Bəşər Əsəd rejimini devirən müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə bağlı diqqətçəkən fikirlər səsləndirilir. Bəzi ekspertlər onun İsrailin MOSSAD xidmətinin agenti olduğunu iddia edir.
Bu xəbəri də oxu: "İsrail bir neçə ilə mütləq yox olacaq"
Colaninin İsraillə əlaqəli şəxslərə xas bədən dilindən istifadə etməsi bu iddiaları gücləndirib.
Suriyada hökumət çevrilişi ilə bağlı prosesə rəhbərlik edən, hətta "Ankaranın adamı" kimi təqdim olunan və "türk" adlandırılan HTŞ rəhbəri MOSSAD agenti ola bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Colani ilə bağlı iddialar həqiqəti əks etdirmir:
"Bu kimi fikirləri səsləndirən ekspertlər İran və Rusiya mətbuatının təsiri altında qalanlardır. Suriyada nəzarət iddia olunduğu kimi İsraildə deyil. Burada yeni təyin edilən xarici işlər naziri və Hələbin valisi Türkiyədə təhsil almış şəxslərdir. Bir neçə gün öncə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Dəməşqə gedərək HTŞ lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşmüşdü. O, Kalının əyləşdiyi avtomobili birbaşa özü sürürdü.
Yeri gəlmişkən, Türkiyənin xarici işlər xaziri Hakan Fidanın da Suriyaya səfəri xüsusi diqqət çəkdi. Yəqin ki, yaxın zamanda Prezident Rəcəb Tayyib Ərdoğan özü Dəməşqə gedib, buradakı Əməvi məscidində namaz qılacaq".
Ekspertin sözlərinə görə, Türkiyənin sürprizi qarşısında bir çoxları özlərini itiriblər:
"Suriyada ən azı 4 dövlət yaratmaq istəyirdilər, Türkiyə bu planı pozdu. İndi İsrail çalışır ki, Dəməşqdə "Dürzi" dövləti yaratsın və onlar da könüllü şəkildə Təl-Əvivin himayəsini tələb etsinlər. ABŞ da həmçinin PKK-nın yerləşdiyi əraziləri qorumaq istəyir. Ələvi dövlətinin qurulması ilə bağlı məsələ isə artıq alınana oxşamır.
Türkiyə və Suriyada qurulan yeni rejim PKK-nın tutduğu ərazini azad edəcəklərini, başqa dövlət yaratmağa imkan verməyəcəklərini bildirirlər. İsrailin Baş naziri Benyamin Netanyahunun oğlunun qəfil PKK sevgisinin və Suriyaya hücumun da səbəbi budur.
Fikrimcə, dünya ictimaiyyəti həm Dəməşqdəki yeni hökuməti tanıyacaq, həm də İsraili Suriya ərazilərini tərkə məcbur edəcək".
"Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus təyyarən
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolla
"Biz artıq enəndə zərbə iki oldu. Mən kreslodan yapışırdım. Sa�
"Sağ qalan şəxslərin ölkəyə gətirməsi günün ikinci yarsında hə
Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.
"Qızım sərnişinləri atası və anasından üstün tutdu".
İrana məxsus Aseman Hava Yollarına məxsus təyyarə Məşhəd hava limanın
Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaran
Dekabrın 25-də Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Mura
Aktauda qəzaya uğrayan təyyarənin düşməzdən əvvəlki görüntülərin
Azərbaycan Mərkəzi Bankı (AMB) iki fiziki şəxsə verdiyi sığorta agenti
Bakıda Yeni il" bayramı ilə bağlı bəzədilmiş şam ağaclarının i
Dünən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli B
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş vermiş