Adılbek Kasımaliyev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib
Digərləri 26 Dek 2024 17:10:00 67 0
Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu xəbəri də oxu: Moskvanın hava limanları bağlandı
Son.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, A.Kasımaliyev Azərbaycanın Bişkekdəki səfirliyini ziyarət edərək qəza qurbanları ilə bağlı başsağlığı kitabına səmimi hüzn və Azərbaycan xalqına dərin həmrəylik ifadə edən qeydlər yazıb.
"Qırğızıstan Respublikasının Nazirlər Kabineti adından və şəxsən öz adımdan Azərbaycan vətəndaşlarının həlakı ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Həlak olanların yaxınlarına və doğmalarına səmimi başsağlığı diləyir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm", - deyə Nazirlər Kabinetinin sədri qeyd edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau �
Heydər Əliyev prospektinin köməkçi yolunda qəza baş verib.
Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov "Az�
Qəzaya uğrayan AZAL-a məxsus Embraer ERJ-190 təyyarəsinin göyərtəsində
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa ç�
Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak o
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al N
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əl
Qazaxıstanda qəzaya düşən təyyarənin qalıqları hələ də hadisə yerin
"Rovatineks" dərman vasitəsinin bir seriyası geri çağırılıb.
Bu, münasibətləri, dürüstlüyü və mühüm qərarlar qəbul etmək bacarı
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təs
AZAL-ın qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala saki