Saxta xəbərdarlıqlara qarşı diqqətli olun:


Digərləri 16 Noy 2024 16:59:00 133 0

Saxta xəbərdarlıqlara qarşı diqqətli olun:

Son vaxtlar sosial şəbəkələrdə yayılan bəzi saxta və mənbəyi bəlli olmayan xəbərdarlıqlar diqqət çəkir və istifadəçiləri təşvişə salır. Bunlardan bir növü də telefonunuza zəng edirlər və deyirlər ki, əgər peyvənd olunmusunuzsa, 1 düyməsinə basın. Belə xəbərlər yayılır ki, 1 düyməsinə basıldıqda smartfon bloklanır və şəxsi məlumlatlar qarşı tərəfə ötürülür.

Bu cür məlumatlar sanki təəssürat yaradır ki, istifadəçilər təşvişə düşməlidir. Həmçinin, deyirlər ki, bank kartlarınız da telefona bağlıdır, buna görə də ehtiyatlı olmaq lazımdır və s.

Bəs kimi hallardan necə qorunaq?

Mövzu ilə bağlı Son.az-a informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev açıqlama verib.

O açıqlamasında bildirib ki, texnoloji prosesdən xəbəri olmayan insanları qorxutmaq məqsədi daşıyan bu cür mənbəsiz məlumatlara inanmaq lazım deyil.

"Heç bir əlaqədar dövlət qurumu bizim peyvənd olunub-olunmadığımızı öyrənmək üçün bizdən soruşmaz. Əgər bu məlumatlar dövlətə lazım olarsa, bizdən soruşmağa ehtiyac yoxdur. İstifadəçilərin qeyri-dəqiq məlumatlar verməsi əsasında heç bir qərar qəbul edilə bilməz. Bu, sadəcə bir fikir deyil, konkret məlumatdır. Məlumat isə yalnız dəqiq verilənlər əsasında toplanır.

Eyni zamanda, texnoloji baxımdan zəng əsnasında hansısa düyməyə basaraq qarşı tərəfə müraciət etmək mümkündür, amma geriyə müraciət mümkün deyil. Yəni, bizə zəng edib "1 düyməsinə basın" deməklə heç bir nəticə alınmaz. Bəlkə sadəcə ekranda "1" yazısı görünsün. Bu məntiqsiz olduğuna görə, belə bir zəngin kiməsə gəldiyinə inanmaq çətindir.

Bu ssenaridə kiminsə başına hər hansı bir hadisənin gəlməsi də şübhəlidir. Gizli nömrələrdən gələn zənglərdən ehtiyatlı olmaq lazımdır. Buna görə də zəngin nömrəsinə, mövzusuna və məzmununa diqqətlə yanaşmaq vacibdir. Əgər az da olsa şübhə yaranarsa və ya məntiqi əsası yoxdursa, dərhal əlaqədar qurumun qaynar xətti ilə dəqiqləşdirmək lazımdır. Daimi maariflənmə bizə bütün risklərdən uzaq durmağa kömək edəcəkdir".

Aysel Əkbər Son.az

İspaniyada qocalar evində faciə  Ölənlər var like
  • 16 Noy 16:49  
Dünya İspaniyada qocalar evində faciə Ölənlər var

İspaniyanın şimalındakı Saraqosa şəhərində qocalar evində yanğın ba�

arrow Ətraflı
Ən faydalı balıq növləri hansılardır? like
  • 16 Noy 16:40  
Digərləri Ən faydalı balıq növləri hansılardır?

Sağlamlıq üçün ən faydalı balıq olaraq tez-tez somon (qızılbalıq) gö

arrow Ətraflı
COP29un altıncı günündən like
  • 16 Noy 16:34  
Digərləri COP29un altıncı günündən

Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29

arrow Ətraflı
Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır? like
  • 16 Noy 16:33  
Siyasət Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır?

Xəbər verdiyimiz kimi, Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək. R

arrow Ətraflı
"İnsanların cinsi tələbatı ödənmir deyə yollarda tıxac yaranır" like
  • 16 Noy 16:27  
Digərləri "İnsanların cinsi tələbatı ödənmir deyə yollarda tıxac yaranır"

Ekspert tıxacların yaranmasını yataq münasibətləri ilə əlaqələndirdi

arrow Ətraflı
İlham Əliyev ƏlƏzhərin Şeyxinə başsağlığı verdi like
  • 16 Noy 16:20  
Siyasət İlham Əliyev ƏlƏzhərin Şeyxinə başsağlığı verdi

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şuras�

arrow Ətraflı
Bu marşrutların fəaliyyəti bərpa edilir like
  • 16 Noy 16:17  
Digərləri Bu marşrutların fəaliyyəti bərpa edilir

Noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyəti bərpa edir.

arrow Ətraflı
Hobbi üçün 10 toyuq alan elektrik "milyonçu" oldu like
  • 16 Noy 16:11  
Dünya Hobbi üçün 10 toyuq alan elektrik "milyonçu" oldu

Türkiyənin Hakkari vilayətində yaşayan elektrik ustası hobbi məqsədi il�

arrow Ətraflı
Dreyk Taysona görə 350 min itirdi  FOTO like
  • 16 Noy 16:00  
Şou-biznes Dreyk Taysona görə 350 min itirdi FOTO

Dünyaca məşhur repçi Dreyk Taysona görə pul itirib.

arrow Ətraflı
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı like
  • 16 Noy 15:53  
Siyasət Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı

ABŞ Konqresinin ermənipərəst üzvü Frank Pallone BMT-nin İqlim Dəyişikli

arrow Ətraflı
Mask İranın BMTdəki səfiri ilə gizli yerdə görüşdü like
  • 16 Noy 15:52  
Dünya Mask İranın BMTdəki səfiri ilə gizli yerdə görüşdü

Dünyanın ən zəngin adamı və ABŞ prezidenti seçilmiş Donald Trampın yax

arrow Ətraflı
İbn Sinanın saç tökülməsini dayandıran resepti like
  • 16 Noy 15:42  
Digərləri İbn Sinanın saç tökülməsini dayandıran resepti

Sağlamlıq sahəsində qabaqcıl fəaliyyəti ilə tanınan İbn Sinanın saç

arrow Ətraflı
Azərbaycanda tanınmış dosent vəfat etdi like
  • 16 Noy 15:30  
Digərləri Azərbaycanda tanınmış dosent vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakült

arrow Ətraflı
Tanınmış müğənninin ölüm xəbəri yayıldı like
  • 16 Noy 15:15  
Şou-biznes Tanınmış müğənninin ölüm xəbəri yayıldı

Müğənni Mansur Samedin ölüm xəbəri yayılıb.

arrow Ətraflı