Rusiya və Azərbaycan birgə karbon bazarlarının yaradılmasını müzakirə edir Boris Titov
Digərləri 16 Noy 2024 16:25:00 152 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Yaralı Nurulla Siracov: Gəlib mənlə görüşüb, getdilər
Budəfəki müsahibimiz Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi sədri Boris Yuryeviç Titovdur.
B.Titov Trend-ə özəl müsahibəsində bildirib ki, Rusiya və Azərbaycan birgə karbon bazarlarının yaradılmasını müzakirə edir.
"Biz insani, siyasi və iqtisadi mənada çox yaxın ölkələrik. Bir çox məsələdə baxışlarımız üst-üstə düşür. Ekoloji gündəmə gəldikdə isə, biz ikitərəfli formatda olduğu kimi, ŞƏT və BRICS çərçivəsində də birgə həll yollarını müzakirə edirik. Məsələn, birgə karbon bazarlarının yaradılması və ya onların tələblərinin unifikasiyası kimi. Bu, "yaşıl" layihələrin inkişafını aktivləşdirmək üçün mühüm bir addımdır. Bu, əməkdaşlığın perspektivli formatlarından biridir", - B.Titov qeyd edib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı yüksək səviyyədədir.
"Əvvəla, bizim əməkdaşlığımız tarixən həmişə çox sıx olub. İnsanlar, xalqlar arasında iqtisadi, ictimai və mədəni sahələrdə saysız-hesabsız əlaqələr var. Hətta dünən xalça sərgisinin açılışında Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin sənətçilərinin işləri nümayiş olundu.
Bu gün bizi bir çox müxtəlif sahələrdə əlaqələr bağlayır. İqtisadi cəhətdən yeni imkanlar açılır. Məsələn, hazırda həyata keçirilən "Şimal-Cənub" kimi böyük nəqliyyat layihələri. Müxtəlif sahələrdə - kimya, maşınqayırma, kənd təsərrüfatında birgə müəssisələr fəaliyyət göstərir. Buna görə də iqtisadi cəhətdən bu gün həmişəkindən daha yaxınıq", - B.Titov əlavə edib.
Titov qeyd edib ki, "Şimal-Cənub" kimi beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində kiçik və orta biznes (KOB) üçün böyük imkanlar yaranır.
"Bu, genişmiqyaslı layihədir və kiçik biznesə çox kömək edəcək, çünki logistika əhəmiyyətli dərəcədə sadələşəcək. Bu, həmçinin, məhsulların daha ucuz çatdırılmasını təmin edəcək. Eyni şey İran üçün də keçərlidir. Bu, həqiqətən, böyük bir dəhlizdir.
Kiçik biznes yalnız logistika üstünlükləri deyil, həm də əlavə sifarişlər alacaq. Belə magistralların xidmət göstərilməsi üçün bir çox şirkətlərin iştirakına ehtiyac var - texniki xidmət işlərindən tutmuş ərzaq tədarükünə qədər. Beləliklə, kiçik biznes həmişə qazanır", - deyə o vurğulayıb.
Boris Titov vurğulayıb ki, hər iki ölkə bir çox layihələri müzakirə edir.
"Bu gün müxtəlif institutlar fəal işləyir. Ən əsası, hökumətlərarası komissiya və biznes şurasıdır ki, bu şurada bir çox sahibkarlar ümumi maraq nöqtələrini tapır. Mən şəxsən hökumətlərarası komissiyanın iclaslarında iştirak etmişəm. Bu, ciddi bir işdir və bu işə iki baş nazirin müavini - Mustafayev və Overçuk rəhbərlik edir.
Bir çox layihələr müzakirə olunur və hər bir sahibkar, əgər onun layihəsi yaxşı hazırlanıb və yalnız biznes üçün deyil, hər iki ölkə üçün də faydalıdırsa, dəstək almaq hüququna malikdir və bu dəstəyi əldə edir", - deyə Titov bildirib.
Xüsusi nümayəndə əlavə edib ki, Rusiya və Azərbaycan "yaşıl" layihələrin inkişafında fəal əməkdaşlıq edir.
"Hər iki tərəfdə çoxlu layihə var. Bu, həm alternativ enerji mənbələri, həm də qazın utilizasiyası məsələlərini əhatə edir. Bu istiqamətdə aktiv inkişaf müşahidə olunur", - deyə o əlavə edib.
Onun sözlərinə görə, kiçik və orta biznes birgə işlərdə öz fəaliyyətini 2, hətta 3 dəfə artıra bilər.
"Xüsusilə kənd təsərrüfatı və geniş istehlak malları çox perspektivlidir. Məsələn, şərabçılıq: Rusiyada bu gün çoxlu kiçik şərab zavodları fəaliyyət göstərir ki, onlar öz məhsullarını Azərbaycana ixrac edə bilər. Azərbaycanda da bu sahə sürətlə inkişaf edir. Birgə səylərlə vahid şərab bazarı yaradıla bilər", - deyə o vurğulayıb.
B.Titov əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarətə maneə yaradan əhəmiyyətli baryerlər mövcud deyil.
"Maneələr çox azdır. Bizdə azad zona var, tariflər yoxdur ki, bu da ticarəti asanlaşdırır", - deyə o qeyd edib.
RF Prezidentinin xüsusi nümayəndəsi iki ölkə arasında kiçik və orta biznes sahəsində əməkdaşlıq üçün üç perspektivli sahəni qeyd edib.
"Birinci növbədə kənd təsərrüfatı, qida sənayesi və şərabçılıqdır. Bundan başqa, restoran və ictimai iaşə sahələri də çox perspektivlidir. Moskvada çoxlu Azərbaycan restoranları fəaliyyət göstərir, Azərbaycanda isə Rusiya restoranları yaranmağa başlayır. Bu sahədə hələ böyük potensial var. Ona görə də iki ölkə arasında kiçik və orta biznesin perspektivlərini çox yüksək qiymətləndirirəm", - deyə Boris Titov fikirlərini yekunlaşdırıb.
Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şuras�
Noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyəti bərpa edir.
Türkiyənin Hakkari vilayətində yaşayan elektrik ustası hobbi məqsədi il�
Dünyaca məşhur repçi Dreyk Taysona görə pul itirib.
ABŞ Konqresinin ermənipərəst üzvü Frank Pallone BMT-nin İqlim Dəyişikli
Dünyanın ən zəngin adamı və ABŞ prezidenti seçilmiş Donald Trampın yax
Sağlamlıq sahəsində qabaqcıl fəaliyyəti ilə tanınan İbn Sinanın saç
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakült
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Yeni Zelandiyada Te Pati Maori millət vəkilləri rəqs edərək parlamentin ic
İraqda səlahiyyətlilər qadınlar üçün nikah yaş həddini 18-dən 9 yaşa
Tanınmış aparıcı Zaur Baxşəliyev televiziyadan getmə istəyindən danı�
Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi �