İrəvan seçimini etdi: Kreml xaindir
Siyasət 26 Yan 2023 08:10:00 259 0
Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi, lakin Ermənistan tərəfi qəti şəkildə rədd cavabı vermişdi. Çünki Moskvanın və KTMT-dəki "müttəfiqlərimizin" iki ildən çoxdur atdığı addımlar erməni xalqında və hökumətində etimad yaratmır. Başa düşürük ki, Moskva indi Bakı və Ankara ilə eyni komandada çıxış edir. Və belə bir vəziyyətdə Ermənistanda heç kim keçini kələmlə bağçaya buraxmaq istəmir. Yəni bizim hakimiyyət rusları rədd edib avropalıları seçməklə bir tərəfdən Moskvaya qara bir "quş" qoydu, digər tərəfdən də dünyaya Ermənistanı Qərbə doğru çevirdiklərini göstərdi.
Bu xəbəri də oxu: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə zəng edib
Son.az axar.az-a istinadən bildirir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
"Bəli, biz yaxşı bilirik ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə və ondan sonrakı dövrdə Ermənistana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında Rusiya hərbçiləri və FTX-si ilə doludur. Şübhə etmirəm ki, yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq. Və bu kontekstdə Rusiyanın ərazimizdə hərbi mövcudluğunun dayandırılması məsələsi yenidən kəskin şəkildə ortaya çıxır. Biz öz sərhədlərimizi özümüz qoruya bilərik və AB-nin uzunmüddətli missiyası bizə əlavə təhlükəsizlik zəmanəti verir. Erməni xalqı ümid etmək istəyir ki, hakimiyyət bundan qorxmayacaq və Qərblə, o cümlədən onun hərbi-siyasi strukturları ilə əlaqələri gücləndirmək siyasətini davam etdirəcək. Ermənistanın yeri KTMT və Aİİ-də deyil, AB və NATO-dadır", - o bildirib.
ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi artıq Moskvadadır.
Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə
Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət
Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tə
Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat Qırmı
Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların rekla
Bəzən orqanizmdə yeyilən qidalardan asılı olaraq qəbizlik yarana bilər.
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sa