TVlərdə reklam qalmaqalı böyüyür –
Şou-biznes 26 Yan 2023 07:35:00 289 0
Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların reklamını aparırlar, adlarını da "1 nömrə", "əsas həkim" qoyurlar. Bu, sözsüz ki, ayrıseçkilikdir. Çünki jurnalist həkimin fəaliyyətinə qiymət verə bilməz. "Yüksək səviyyəli həkimdir" kimi ifadələrlə qiymət vermək jurnalistin, aparıcının ixtiyarından kənar məsələlərdir. Bu yanaşmalar, anlayışlar "Reklam haqqında" qanuna da ziddir.
Bu xəbəri də oxu: Alla Puqaçovanı kim öldürmək istəyib?
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov son günlər teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspertlərin xüsusi təqdimatı üçün əlavə ödənişlər aldığına dair müzakirələrə münasibət bildirərkən deyib.
O, özünün və həmkarı Əli Məslimlinin "Reklam haqqında" qanunun müəllifləri olduqlarını xatırladıb: "Ona görə də, vurğulamaq istəyirəm ki, bu cür hərəkətlər "Reklam haqqında" qanunun müddəalarına ziddir. Televiziya rəhbərləri, Audiovizual Şura bu məqamları mütləq diqqətdə saxlamalıdır.
Həkimləri efirə çağırıb, hansısa mövzuda danışmaq olar. Amma bu şəkildə həkim reklamı ilə məşğul olmaq qanunsuzluqdur. Bu həkim yaxşıdır, ya pisdir kimi qiymət ictimai münasibətlərdən və ya mütəxəssis rəyindən qaynaqlana bilər".
Vahid Əhmədova görə, həkimlərin teleməkanlarda reklamı faktiki olaraq onların iki qrupa bölünməsi deməkdir.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev hesab edir ki, həkimlərin reklamı ilə bağlı qanunda müəyyən boşluqlar var: "Qanun nəyi qadağan etmirsə, ona icazə verilir. Amma məsələyə məntiqlə, mənəvi tərəfdən, insaf və vicdanla yanaşanda şübhə yoxdur ki, dərmanın, həkimin, klinikanın reklam olunması vətəndaşın cibinə girmək məqsədi daşıyır. Bu, vətəndaşın sağlamlığından kiminsə qazancı üçün istifadə etmək deməkdir.
Bir klinikanın o biri klinikadan, bir həkimin o biri həkimdən, bir dərmanın o biri dərmandan üstünlüyü göstərilməli deyil. Eyni zamanda ölkədə mövcud reklam bazarına baxdıqda televiziyalarda, saytlarda, sosial şəbəkələrdə öncül yerlərdə tibb xidməti, dərman və həkimləri görmək olur. Bu, əslində çox təhlükəli tendensiyadır.
Reklamla xəstə toplayan həkim özünə müştəri yığmış olur. Həkim bununla heç də xəstəni sağaltmağa yox, daha çox qazanc üçün müştəri toplamağa hədəflənir. Bununla da işbaza çevrilir. Həkimin ən böyük reklamı onun müalicə etdiyi xəstəsi olmalıdır".
Komitə sədrinə görə, reklam bazarında mövcud pərakəndəlik aradan qaldırılmalıdır: "Burada zərərli cəhət odur ki, Zaur, Xoşqədəm, Elgiz indi az qala Səhiyyə Nazirliyinin işini görürlər. Bu, diqqətdən kənarda qalan məsələ olmamalıdır.
Bəzən orqanizmdə yeyilən qidalardan asılı olaraq qəbizlik yarana bilər.
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sa
Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilin
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticəl�
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəlik
Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xar
Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər.
"Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa la
Yeni ana olan qadınları düşündürən əsas suallardan biri körpələrinə