Uşaq travmalarının oyun terapiyası ilə müalicəsi
Digərləri 26 Yan 2023 07:21:00 1835 0
Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sağaltmaq mümkündür.
Bu xəbəri də oxu: İnsan orqanizmində yeni həyat forması tapıldı
İmmunitet.az xəbər verir ki, bu haqda türkiyəli psixoloq və oyun terapevti Nihat Doğan məlumat verib. Onun sözlərinə görə, oyun və oyuncaqlardan istifadə edərək depressiya, diqqət əksikliyi, travma, gecə yerini islatma, yemək və yuxu kimi problemləri həll etmək olar:
"Bunun sayəsində uşaqlar özlərini ifadə edə bilirlər. Bu üsul problemlərin həllinə və ya azaltmağa kömək edən terapiya növüdür".
Azyaşlının iç dünyasını, duyğularını anlamağın vacibliyini vurğulayan psixoloq, oyun terapiyasının əsas hədəfinin uşaqların narahat olduqları problemlərini həll etmək olduğunu bildirib:
"Oyunu maraqsız əyləncə kimi adlandırmaq olmaz, son zamanlar kifayət qədər mühüm xarakter daşıyır.
Böyüklər üçün sözlər nə məna kəsb edirsə, uşaqlar üçün də oyun odur".
Mütəxəssis bu terapiyanın adətən 2-12 yaş arası uşaqlara tətbiq olunduğunu qeyd edib.
"Terapiyada seçilmiş oyun materiallarında azyaşlılar özlərini ifadə və kəşf edirlər. Terapevt uşaqların istəyini qəbul edər, amma, eyni anda sərhəd də qoyar. Çünki səhədlər fiziki və duyğusal baxımından onları güvəndə hiss etdirər",-deyə terapevt Doğan bildirib.
Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilin
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticəl�
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəlik
Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xar
Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər.
"Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa la
Yeni ana olan qadınları düşündürən əsas suallardan biri körpələrinə
Bəzi insanlar üçün yatdıqları saatlar günün ən gözəl vaxtlarıdır. O
Diş çıxarma dövü həm valideynlərin, həm də körpələrin ən sıxıntı