Zeytunun faydaları


Digərləri 26 Yan 2023 04:03:00 289 0

Zeytunun faydaları

Zeytun 5-11 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl zeytun ağacının meyvəsidir. Zeytunun çox da enli olmayan gövdəsi, nazik budaqları, uzun və dar yarpaqları olur. Zeytun yarpaqları boza çalan yaşı rəngdə, uzunluğu 2-4, eni isə 1-2 santimetr ölçüdə, şiş uclu və yumşaq olur. Zeytunun bir-çeçə növü var. Onun yarpaqlarının rəngi növündən asılı olaraq dəyişir. Növündən asılı olaraq zeytun yarpaqları yaşıl, boz-yaşıl,qara, və tünd-bənövşəyi olur. Zeytunun meyvələri ağac çiçəklədikdən 4-5 ay sonra formalaşır. Ağac aprel ayından çiçəklənməyə başlayır və mayın sonuna qədər çiçəklənmə davam edə bilir. Zeytun ağacı 20 il bar vermək qabiliyyətinə malikdir. Zeytun ağaclarının əksəriyyəti növbələşmə ilə bar verir. Yəni ağacların çoxu bir ildən bir bar verir. Hətta iki ildən bir bar verən zeytun ağacları da var. Zeytun meyvəsindən qədim zamanlardan zeytun yağı alınır. Bu ağac yabanı halda bitmir. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Bu ağacın iki min il əvvəllər də yetişməsi barədə əlyazmalarda qeydlərə rast gəlinib. Azərbaycanda da qədim zamanlarda zeytunun yetişdirilməsi ilə məşğul olunub. Ən çox da Abşeron bölgəsində zeytun ağacının yetişdilməsi planlı surətdə həyata keçirilir. Nardaranda 180-200 ildir ki, zeytun yetişdirilir. Zeytundan istifadə edərkən onun süni surətdə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır və onun tərkibində E 579 kimyəvi qatqı var. Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil. Zeytunun tərkibi Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibi 6% zülallar, 9% liflər, 23% su, pektin maddəsi, 56% yağlar, şəkər, karotin, B, C vitaminləri, kalium, kalsium, qlikozidlərlə zəngindir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur. Zeytunun faydaları Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur. Zeytun yemək yaşlı adamların sümük toxumasını möhkəmləndirir və qaraciyər fəaliyyətini yaxşılaşdırır. Dietoloqlar hər zaman qara zeytun yeməyi məsləhət bilmir. Bunun səbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Onların fikrinə görə pəhriz saxlayanların çoxlu qara zeytun yeməsi mədə yaralarının əmələ gəlməsinə səbəb ola bilər. Ayda ən azı 20 zeytun yemək diş daşlarının, öd kisəsi, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır. Zeytun yağı içmək böyrəklərdəki qumların və duzların tökülməsinə səbəb olur. Zeytun yağı ən keyfiyyətli yağ hesab edilir. Yağın tərkibində olan süzülməmiş yağ turşuları ( stearin, olein, palmitin) qanda xolesterinin miqdarının aşağı düşməsinə, orqanizmin qocalmasının qarşısını alınmasına səbəb olur. Zeytun və zeytun yağı Aralıq dənizi bölgələrinin ən vacib qidalarındandır. Zeytun yağının tərkibində olan antioksidantlar xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. O dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytun yağı da təbii yollarla əldə edilmiş zeytun yağı qədər orqanizm üçün çox faydalıdır. Zeytun yağını dəri yanıqlarına, kəsiklərə, sıyrıqlara və ağcaqanad dişləyən nahiyələrə sürtdükdə yaraların sağalması sürtətlənir. Zeytun yağını yumurta sarısı ilə qarışdırıb üzə sürtdükdə dərinin tonusu artır, dəri hüceyrələri təzələnir. Zeytun yağı ilə hazırlanmış şampunlar da saçların sağlamlığının artmasına səbəb olur. Zeytun yarpaqlarından dəmlənmiş çay arterial təzyiqi aşağı salır. Zeytunun zərərləri Zeytunun praktikada heç bir zərərinə rast gəlinməyib. Bəzi hallarda ondan istifadə etmək narahatçılıqlara səbəb olur. Bu isə ən çox özünü xolisistit xəstəliyi zamanı zeytun yağı içdikdə göstərir. Bu zaman ödün ifrazı sürətlənir. Piylənmədən əziyyət çəkənlər zeytundan istifadə edərkən onun miqdarına nəzarət etmələrində fayda var. Qara zeytun yeyərkən diqqətli olmaq lazımdır. Onun texniki işlənməsi zamanı istifadə edilən maddələr orqanizm üçün zərərli ola bilir.

“Moskvadan gələn məktubu gizlətmişdi, dövlətin pullarını qohumlarına xərcləyir...” like
  • 26 Yan 03:22  
Şou-biznes “Moskvadan gələn məktubu gizlətmişdi, dövlətin pullarını qohumlarına xərcləyir...”

"Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa la

arrow Ətraflı
Limon suyunun faydaları like
  • 26 Yan 03:03  
Digərləri Limon suyunun faydaları

Limon bir çox xəstəliklərə qarşı qoruyucu qalxandır.

arrow Ətraflı
Yeni doğulan körpənin doyduğu necə anlaşılır? like
  • 26 Yan 02:02  
Digərləri Yeni doğulan körpənin doyduğu necə anlaşılır?

Yeni ana olan qadınları düşündürən əsas suallardan biri körpələrinə

arrow Ətraflı
Günün yarısını yatmaqla keçirən like
  • 26 Yan 01:22  
Digərləri Günün yarısını yatmaqla keçirən

Bəzi insanlar üçün yatdıqları saatlar günün ən gözəl vaxtlarıdır. O

arrow Ətraflı
Uşaqlarda diş çıxarmağın əsas əlamətləri like
  • 26 Yan 01:01  
Digərləri Uşaqlarda diş çıxarmağın əsas əlamətləri

Diş çıxarma dövü həm valideynlərin, həm də körpələrin ən sıxıntı

arrow Ətraflı
Günün qoroskopu: Fikrinizi cəmləşdirin, sərvaxt olun like
  • 26 Yan 00:01  
Digərləri Günün qoroskopu: Fikrinizi cəmləşdirin, sərvaxt olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bayden: “Ukrayna ordusu əkshücum əməliyyatları keçirməyə hazırlaşır” like
  • 25 Yan 23:59  
Dünya Bayden: “Ukrayna ordusu əkshücum əməliyyatları keçirməyə hazırlaşır”

"Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır&quo

arrow Ətraflı
Ukrayna bu tarixdə Krıma hücuma keçəcək  General like
  • 25 Yan 23:52  
Dünya Ukrayna bu tarixdə Krıma hücuma keçəcək General

Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.

arrow Ətraflı
İsmayıllıda avtomobil yanıb like
  • 25 Yan 23:45  
Digərləri İsmayıllıda avtomobil yanıb

İsmayıllı şəhərində "Daewoo" markalı minik avtomobilinin idar�

arrow Ətraflı
Klimov: Ruslar "Abrams" tanklarını yaxşı tanıyır! like
  • 25 Yan 23:38  
Dünya Klimov: Ruslar "Abrams" tanklarını yaxşı tanıyır!

Amerikanın Ukraynaya göndərdiyi "Abrams" tankları Rusiyanın tank

arrow Ətraflı
Podolyak 44 günlük müharibə ilə bağlı erməni feykini like
  • 25 Yan 23:18  
Siyasət Podolyak 44 günlük müharibə ilə bağlı erməni feykini

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Azatut

arrow Ətraflı
Hələ də Almaniyada işğalçı qoşunlar var  Putin like
  • 25 Yan 23:12  
Dünya Hələ də Almaniyada işğalçı qoşunlar var Putin

II Dünya müharibəsindən sonra Almaniya dörd sektora bölünüb və bu sekto

arrow Ətraflı