"Novruza qədər baş tutacaq, əməliyyatın adı..."
Siyasət 26 Yan 2023 07:25:00 306 0
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Qərb dünyasında Qurani-Kərimin yandırılması kimi absurd bir "ənənə" var. Müsəlman aləmində kiminsə Tövratı, İncili və digər səmavi kitabları yandırması, təhqir etməsi kimi faktlar mövcud deyil. Sizcə, Qərbdə bu "ənənəyə sadiq qalanlar" kimlərdir, nə məqsəd güdürlər?
- İslam dünyasına qarşı bu cür qərəzli mövqe Vatikanın qəbul etdiyi qərardan asılıdır. Çünki onlar 20 il öncə planlaşdırmışdılar ki, 2025-ci ildə dünyada müsəlmanların sayı 1 milyard 600 milyon olacaq. Beləliklə də xristianlara çatacaqlar. Amma indi məlum oldu ki, hələ 2023-cü ildir və artıq müsəlmanlar 1 milyard 850 milyon olub. Bu müddət ərazində isə hər ilin statistikası ilə xristianların azalması sürətlənib. Hazırda xristianların ümumi sayı 1 milyard 500 milyon təşkil edir. Ona görə də, bu qüvvələr çox narahat olublar. Burada başqa bir məqam Quranda əks olunan, yəni "bütün dünya vahid dinə gələndə axirət yaxınlaşacaq" hökmü ilə bağlıdır. Ən gənc din İslam dinidir. Eyni zamanda İslamda olan bu irəliləyişi görüb düşünürlər ki, məhz belə yollarla onu gecikdirəcəklər. İslama qarşı nifrətin artmasının da səbəbi məhz budur. Vatikanın yaratdığı dərin dövlətin əsas məqsədi o idi ki, bu məsələni qloballaşma ilə həll etsinlər. Müharibələrlə də buna nail ola bilmədilər. Son 20 ildə xristian ölkələrinin heç birində nə müharibə baş verib, nə də ki, onlar işğal etdiyi ölkələrə xristian əsgərlərini göndərməyiblər.
- Rusiya-Ukrayna müharibəsi iki xristian dövlətinin savaşı hesab edilmir?..
- Ruslar da, ukraynalılar da provaslavlardır. Onları narahat edən isə katoliklərdir. Ona görə də, bunu istisna hal hesab edilir. Eyni zamanda burada İslam dünyasının, xüsusi ilə türk dünyasının yenidən oyanması məsələsi gündəmə gəlib. Ona görə də, onlar narahatdırlar ki, Türkiyə son 20 ildə nəinki ayağa qalxdı, artıq bu ölkə başqalarını da diz üstə çökdürməyi bacarıb. Türkiyə tək türk dünyasının deyil, İslam dünyasının liderinə çevrildi. Türklərin 1500 il öncə Avropada olan məsələlərdəki rolu, 600 il Osmanlı imperiyasının davam etməsi, Roma imperiyasının çökməsində İslam dünyasının rol oynaması yekunda onları narahat edən faktlardır. Bu, ən çox anqlo-saksları ciddi narahat edir. Müsəlmanlar Yaxın Orta Şərqdə, Cənubi-Şərqi Asiyada yaşayır. Bu ərazilərdə təbii artım yüksəkdir. Eyni zamanda Afrikanın şimalında da eyni hal var. Ərazilərin təbii resurslarla zənginliyi də burada təsiredici amildir. Bütün bu məsələlər qısqanclıq, paxıllıq hissi ilə yanaşı, iqtisadi-siyasi maraqlara, yekunda İslama qarşı nifrətin formalaşmasına təsir edir. Çünki onlar İslamı ekstremist din kimi təqdim edirlər. Məhz bu yolla müsəlmanlara qarşı bir kampaniya həyata keçirirlər.
- İslama, Qurani-Kərimə hücumun qardaş Türkiyənin hədəfə alınması arasındakı bağlılığı necə şərh etmək olar?
- Əslində Quranın yandırılması Türkiyədə keçiriləcək prezident seçkilərinə hesablanmış bir aktdır. Çünki İsveç və Finlandiyanın NATO-ya üzv olması məhz Türkiyədən asılıdır. Onlar da bu "yolla" Türkiyəyə siyasi təzyiq göstəmək istədilər. Bu da uğursuz oldu. Türkiyə ona qarşı "qırmızı xətt" keçiləndə onu qətiyyən bağışlamır. Onlar bu cür addımı atmaqla bütün türk dünyasını öz üzərinə qaldırdılar. İsveçin baş naziri bu halı ədəbsizlik hesab etdi. Amma ən böyük ədəbsizliyi edən Danimarka vətəndaşına o icazəni verən idi. Bu da təbii ki, İsveç hökumətinin razılığı ilə olmuşdu. Niderlandda da ötən günlərdə bir nəfər müqəddəs Quranı polisin gözü qarşısında cırıb ayaqlarının altına sərdi. Növbəti dəfə bu halın Fransada olacağı gözlənilir. Ümumiyyətlə, bu "hallar" bundan sonra da geniş vüsət alacaq.
- ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və daha çox Laçın yolundakı aksiya üzərində qurulan danışığın mahiyyəti diqqəti cəlb edir. Sizcə, Qərb və ABŞ Laçın yolunda azərbaycanlı fəalların aksiyasından bu qədər narahatlığı nə ilə bağlıdır?
- Ermənistan və onu dəstəkləyən qüvvələr, o cümlədən, Cənubi Qafqaza sahib olmaq istəyən Qərb dövlətləri Azərbaycanın belə bir addım atacağını gözləmirdi. Bu, həddən artıq düşünülmüş, ağıllı bir taktikadır. Adətən bu tip taktikalardan anqlo-sakslar istifadə edir. Amma onların ağlına gəlmədi ki, Azərbaycan indi həddən artıq modern bir siyasət yürüdərək belə gedişlər etsin. Bu da sözsüz ki, onları çaşdırıb. Ona görə də, Azərbaycana qarşı təzyiqlər göstərmək istəyirlər. Çünki onlar Cənubi Qafqaza sahiblənə bilmədilər. Azərbaycan bu gün milli maraqlar nəzəriyyəsi üzərindən düzgün hərəkət edir. Adət etmişdilər ki, bütün müsəlman ölkələri onlar nə tapşırıq versə, onu icra edəcək. Amma Azərbaycan bütün hallarda milli maraqlar kontekstindən çıxış edərək siyasət həyata keçirir. Bu baxımdan da Qərb dövlətləri xüsusi ilə Fransanın təkidi ilə bu məsələləri gündəmə gətirirlər. ABŞ-ın isə burada öz məqsədləri var. Blinkenin ölkə başçısına zəngi, Avropa Parlamentinin qəbul etdiyi absurd qətnamə Azərbaycana təzyiq üçün nəzərdə tutulub. Amma bunlar heç bir nəticə verməyəcək.
- Avropa İttifaqının indiki halda Ermənistana uzunmüddətli missiya göndərməsi Azərbaycanla mümkün sülh prosesinə necə təsir göstərəcək?
- İlk növbədə onlar çalışır ki, Azərbyacanla Ermənistan arasında sülh olmasın. Çünki sülh müqaviləsi imzalandıqdan sonra onların burada heç bir işi qalmır. Digər tərəfdən Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyirlər. Amma bu da alınmır. Eyni zamanda burada Azərbaycana mümkün qədər təzyiq etməyi düşünürlər. Avropa Parlamentinin qəbul etdiyi absurd qərarda da guya Azərbaycanın Ermənistan ərazisinə "daxil olması" ilə bağlı məsələ yer alıb. Əslində isə Ermənistan Avropa İttifaqının missiyasını öz ərazisinə buraxmaqla Rusiyadan daha bir cavab alacaq. Rusiya nəyi bağışlasa da, bunu bağışlamayacaq. Eyni zamanda bu günə qədər Azərbaycan tərəfi olaraq Rusiyaya başa sala bilmirdik ki, ermənilər satqındır. Çünki ermənilərin tarixdə olduğu indiki ərazi onların 4-cü yerdəyişməsidir. Görünür, onların 5-ci yerdəyişməsi Rusiyanın əli ilə olacaq. Bu gün KTMT-də Ermənistan elə bir rola malik deyil. Aİ-nin erməni tərəfinə göndərdiyi missiyanın Azərbaycan heç bir təsiri olmayacaq. Fakt odur ki. Ermənistan bu məsələdə həm Rusiyanı, həm də İranı satmış olub.
- Separatçı Ruben Vardanyanın BBC-yə müsahibəsi ilə bağlı fərqli fikirlər var. Sizcə, ümumilikdə onun Azərbaycan ərazisində qondarma rejim təmsilçisi kimi beynəlxalq media məkanına çıxarılması hansı məqsədlərə xidmət edirdi?
- Bu,əslində informasiya müharibəsində həqiqətin içərisində yalanın yer almasıdır. Çünki BBC kimi bir media mənsubunun Vardanyandan müsahibə götürməsi absurd idi. Müsahibə onlayn olsa da bu, Azərbaycanın daxilində olan məsələlərə müdaxilədir. Hamı bilir ki, Vardanyan Rusiyanın Paşinyanın yerinə gətirmək istədiyi bir adamdır. Əslində olmayan dövlətin absurd nazirinin BBC kimi media arenasına çıxarılmasının özü böyük bir xəyanətdir. Görünür, bu, ingilis kəşfiyyatının razılığı ilə olub. BBC İngiltərədə M-5, M-6-nın adamları ilə doludur. Bu, həmçinin anqlo-saksların həyata keçirmək istədiyi bir siyasətdir. Amma bu cür davranışlarla Azərbaycanla Ermənistan arasında yeni bir müharibəni qızışdırmaq cəhdi də görünür. Müşahidələr onu göstərir ki, Novruz bayramına qədər Azərbaycan III Qarabağ müharibəsinə başlamasa da, ən azı güclü bir antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qalacaq. Azərbaycanı bu saat məhz buna təhrik edirlər. Paşinyanın əli ilə Azərbaycanı müharibəyə təhrik etdilər və "Dəmir yumruq"la cavablarını aldılar. İndiki cavab isə Azərbaycanın "Polad yumruğu" ola bilər.
Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sa
Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilin
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticəl�
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəlik
Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xar
Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər.
"Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa la
Yeni ana olan qadınları düşündürən əsas suallardan biri körpələrinə
Bəzi insanlar üçün yatdıqları saatlar günün ən gözəl vaxtlarıdır. O
Diş çıxarma dövü həm valideynlərin, həm də körpələrin ən sıxıntı