Diqqət dağınıqlığı
Digərləri 26 Yan 2023 08:01:00 386 0
Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir. Diqqət pozğunluğu olan uşaqlar adətən ətrafa qaynayıb-qarışa bilməyən, fikri özündə olmayan və "savadı var, amma ondan istifadə edə bilmir" biri kimi təqdim edilir. Ən pisi də belə uşaqların valideyinlərinin diqqət pozğunluğuna tibbi cəhətdən məhəl qoymamalıddır. Diqqət dağınıqlığı olan uşaqlar diqqətlərini bir yerə toplaya bilmir və bunu müxtəlif bəhanələrlə əsaslandırırlar. Diqqət pozğunluqlarının əlamətləri nələrdir? - İncəlikləri gözdən qaçırma. Diqqət pozğunluğundan əziyyət çəkən uşaqlar gördükləri bir çox detalları yaddaşlarında saxlaya bilmirlər. Onlar gördükləri işdə olan qüsurları görmürlər. Belə uşaqlar ən sadə riyazi məsələləri həll edərkən belə çətinlik çəkirlər. Diqqət dağınıqlığı olan uşaqlar baxdıqları kinonun və ya oxuduqları kitabın bütün detallarını xatırlamırlar. - Dərsələrə diqqət verə bilməmək. Diqqət dağınıqlığı olan uşaqlar imtahanlara lazım olan qədər hazırlaşa bilmirlər. Onlar riyazı dərslərdə yaşıdlarından geri qalırlar. Belə uşaqlar gördükləri işi ləng həyata keçirirlər. - Onunla danışdıqda diqqətlə qulaq asmırlar. Diqqət pozğunluğu olan uşaqlar onunla söhbət edən adama diqqətlə qulaq asmır və gözünü ondan çəkməyə çalışırlar. Belə uşaqlar elə bil "xəyal aləmində" olurlar. Onlar ətrafda " fikri başqa yerdə olan adam" kimi tanınırlar. Bəzən belə uşaqları adı ilə çağırdıqda onlar gec cavab verir. - Gördüyü işi tamamlamama. Diqqət dağınıqlığından əziyyət çəkən uşaqlar ona tapşırılan işi axıra çatdıra bilmirlər və ya çətinlik çəkirlər. Onlar gördükləri işi qüsursuz yerinə yetirə bilmirlər. - Dağınıqlıq. Diqqət pozğunluğundan əziyyət çəkən uşaqların otaqları, çantaları və masalarının üstü daima dağınıq olur. Onlar adətən getdikləri yerə gecikir və tapşırıqlarını vaxtında yerinə yetirmirlər. - Əşyaları itirmə. Diqqət pozğunluğu olan uşaqlar qoyduqları əşyaların yerini xatırlamaqda çətinlik çəkirlər. Onlar hətta hər gün istifadə etdikləri geyimlərinin, kitablarının yerini yada salmaqda çətinlik çəkirlər. - Yaddaşsızlıq. Diqqət dağınıqlığı olan uşaqlar evdən məktəbə, məktəbdən evə gələrkən bir və ya bir neçə əşyasını orada unudur. Belə uşaqların diqqəti tez dağılır. Yoldan gələn maşın, musiqi və ya uşaq səsi onların fikirlərini asanlıqla yayındıra bilir. Diqqət pozğunluqlarına böyüklərdə də rast gəlmək mümkünddür. Bu əgər uşaqlıq yaşlarından qalma qüsur deyilsə, o zaman müəyyən xəstəliklərin əlaməti kimi meydana çıxır. Mütəxəssislər hər iki halda xəstələrin həkimə müraciət etmələrini tövsiyə edir.
Bu xəbəri də oxu: Putin başsağlığı verdi
Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət
Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tə
Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat Qırmı
Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların rekla
Bəzən orqanizmdə yeyilən qidalardan asılı olaraq qəbizlik yarana bilər.
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sa
Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilin
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticəl�
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəlik
Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xar