Zəncəfilin faydaları
Digərləri 26 Yan 2023 07:51:00 318 0
Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha çox Hindistan, Yaponiya, Çin, Mərkəzi Amerika və Seylon adalarında rast gəlinir. Zəncəfil Avropa ölkələrinə Şərqdən gətirilib. Zəncəfilin əsasən kökündən istifadə edilir. Dünyanın bir çox ölkələrinin mətbəxində zəncəfildən ən faydalı və ətirli ədviyyat kimi istifadə olunur. Zəncəfilin tarixi və yayılması: Zəncəfilin müalicəvi və faydalı xüsusiyyətləri qədimdən məlumdur. Qədim Şərq təbabətində zəncəfil ən universal dərman vasitəsi hesab edilir. Zəncəfilin ilk dəfə Hindistanda becərildiyi güman edilir. Sonralar onun kiçik cücərtiləri Aralıq dənizi bölgələrinə gətrilmişdir. Zəncəfil sonralar ərəb tacirləri tərəfindən Şimali Afrikaya, Ərəb ölkələrinə və Çinə aparılmışdır. Avropa ölkələrinə gətirildikdən sonra qısa bir müddət ərzində zəncəfil sevilmiş və geniş istifadə edilməyə başlanmışdır. Zəncəfilin növləri: Zəncəfilin müxtəlif növləri var. Onlar bir-birindən aşağıdakılara görə seçilirlər: * özünün və qabığının rəngi fərqli olub, orta hissəsindən ayrılan növ zəncəfil Bu növ zəncəfilin qabığı ağ rəngdən sarı-qəhvəyi rəngə qədər dəyişə bilir. Onun orta hissəsi bəzən narıncı rəngdə olur. Zəncəfilin bu eqzotik növünün mərkəz hissəsi bəzən yaşıl rəngdə də ola bilir. * qoxusuna görə fərqli olan zəncəfil Zəncəfilin bu növü təzə ot, sitrus ətri saçır. * formasına görə fərqli olan zəncəfil Zəncəfilin bu növü əl və barmaqlar formasında olur. Satış və istifadə məqsədilə əsasən zəncəfilin bu növündən istifadə edilir. Onun kökünün doğranmış və toz halından istifadə olunur. Saxlanılması: Təzə zəncəfili 7 gün müddətinə soyuducunun alt gözündə saxlamaq mümkün olur. Qurumuş zəncəfili isə 4 aya qədər saxlamaq olur. Donmuş zəncəfili istifadə etdikdən sonra onun qalan hissəsini yenidən dondurucuya qoymaq olmaz . Bu zaman zəncəfilin faydalı xüsusiyyətləri məhv olur. Zəncəfil (Lat.Zingiber)nın Tərkibi 100 qram zəncəfildə olan qida dəyəri: - Zülallar - 9,1 qr - Yağlar - 5,9 qr - Karbohidratlar - 58,2 qr - Su - 9,4 qr - Kalori - 347 kKal. Zəncəfil kökündən istifadə etməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Onun tərkibində olan faydalı maddələrin məhv olmaması üçün onun üst qabığının zədələnməməsi lazımdır. Zəncəfili keramik və ya şüşə bıçaqla doğramaq onun tərkibindəkilərin zədələnməməsinə səbəb olur. Zəncəfil çayı: Zəncəfil çayı həzm sistemi pozğunluqları (ürəkbulanma, qəbizlik, həzmsizlik və s.), mədə xəstəlikləri səbəbli baş verən ağrılar zamanı içilir. Hamiləlik toksikozları zamanı hamilə qadınların zəncəfil çayı içmələrində fayda var. Zəncəfil çayı immuniteti yüksəldir, qızdırmanı aşağı salır, virus xəstəlikləri səbəbindən baş verən əzələ ağrılarının aradan qalxmasına səbəb olur. Zəncəfil çayı orqanizmə antioksidant təsir bağışlayır. O orqanizmdə yığılıb qalmış toksinlərin, şlakların xaric olunmasına səbəb olur. Zəncəfil çayı maddələr mübadiləsini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır. Zəncəfil çayını dəmləmək üçün 1-2 xörək qaşığı təzə doğranmış zəncəfili 200 ml qaynar suda 5-10 dəqiqə dəmləmək və içmək lazımdır. Zəncəfil cövhəri: Zəncəfilin spirtdə dəmlənmiş cövhərindən qanın təmizlənməsi, görmənin yaxşılaşması, qadınlarda və kişilərdə cinsi həvəsin artması, tonuslandırıcı, fiziki və əqli yükləməni aradan qaldırmaq üşün istifadə edilir. Klassik zəncəfil cövhəri bu qaydada hazırlanır. 400 qram təzə zəncəfil sürtkəcdən keçirilir və şüşə butulkaya tökülür. Butulkaya bir litr araq əlavə edildikdən sonra sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. İki gündən bir butulka çalxalanaraq qarışdırılır. İki həftə keçdikdən sonra şüşədəki araq süzülür və gündə 2 dəfə 1 çay qaşığı olmaq şərti ilə içilir. Cövhəri içərkən ona qənd və ya bal əlavə etmək mümkündür. Zəncəfil yağı: Zəncəfildən alınan efir yağından kosmetologiyada, aromaterapiyada, massajlarda, vannaların qəbul edilməsi zamanı, kompress qoymaq məqsədilə istifadə edilir. Zəncəfil yağını daxilə qəbul etdikdə o ağrıkəsici effekt verir. Zəncəfil yağını iyləmək orqanizmə sakitləşdirici təsir bağışlayır. Bu yağı qaynar suya damızdıraraq içmək soyuqlama əlamətlərinin aradan qalxmasına səbəb olur. Müalicəvi istifadəsi: Zəncəfildən müalicəvi məqsədlərlə istifadə edildiyi zaman həkimlə məsləhətləşmək lazımdır. Onu dərman vasitələri ilə birlikdə qəbul etmək orqanizmə zərər verə bilər. Zəncəfil (Lat.Zingiber)nın ziyanı Zəncəfil az allergik qida olduğuna görə onun zərərli xüsusiyyətləri çox azdır. Hamiləliyin ikinci üçaylığında zəncəfildən çox istifadə etmək olmaz. Mədə-bağırsaq xəstəliklərinin kəskinləşdiyi dövrlərdə də zəncəfildən istifadə etmək məsləhət görülmür. Yeddi yaşına qədər uşaqlara zəncəfindən isstifadə eləmək tövsiyə edilmir. Həddindən çox zəncəfildən istifadə eləmək ürəkbulanmaya və allergik reaksiyalara səbəb ola bilər.
Bu xəbəri də oxu: Qəzada sağ qalanların ADLARI SİYAHI
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat Qırmı
Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların rekla
Bəzən orqanizmdə yeyilən qidalardan asılı olaraq qəbizlik yarana bilər.
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sa
Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilin
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticəl�
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəlik
Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xar
Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər.
"Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa la